Cümə axşamı günü, 12 noyabr 2026
     

20 ildir orta məktəbin tarix dərsliklərini eyni müəlliflər yazır - Ekspert Mübariz Ağalarlı ali məktəb dərsliklərini də “göyə sovurur”...

Image


“Mən evdə götürüb bir neçə dərsliyə baxdım. Baxırsan ki, dərslik müəllifləri eyni şəxslərdir. “Azərbaycan tarixi”nə, “Ümumi tarix”ə baxdım. Elə bil müəlliflər iki qrupa ayrılıblar. Beş müəllif qrup şəklində bir tərəfdə, beş-altı nəfər müəllif isə başqa bir tərəfdədir. 20-30 ildir ki, dərslikləri bu adamlar yazırlar. Təbii ki, burada müəyyən əlaqələr də var, başqa amillər də nəzərə alınır.

Elektron dərsliklərlə bağlı müzakirələrdə iştirak etsək də, təkliflərimizi versək də, təəssüf  ki, bunlar nəzərə alınmayıb. Mütəxəssislərin bütün təklif və rəylərinə həssas yanaşılmalı və onların iradları, təklifləri nəzərə alınmalıdır, dərsliklərin ictimai müzakirəsi keçirilirsə, bu, formal xarakter daşımamalıdır. 

Bu yaxınlarda  “Türk xalqlarının ümumi tarixi” kitabını götürdüm və bu məni çox məyus etdi. Çox təəssüf  ki, burada Azərbaycan tarixinin heç bir faizi əks olunmayıb, bu kitabda Eldəgizlər dövlətindən başqa ikinci bir Azərbaycan dövlətinin adı yoxdur. Belə çıxır ki, Azərbaycan dövlətləri içərisində bir dənə türk dövləti Eldəgizlər dövləti olub, qalanları “qeyri-türk dövlətləri”dir. Moğolları salıblar, osmanlıları salıblar, Göytürkü, Hunu salıblar, amma kitabda nə Atropatena, nə Albaniya, nə Sacilər, nə Salarilər var. Belə çıxır ki, “bunlar türk dövlətləri deyil, biz də hansısa millətlərdən dönmə bir millətik”. Yəni yazılan kitabların çoxunun mahiyyətində, metodologiyasında bu cür ciddi səhvlər var. Söhbət ondan gedir ki, bu kitablar 30 ildir Sovet təfəkkürü, metodologiyası əsasında yazılan kitablar və monoqrafiyalar əsasında yazılıb. Tələbələr dərsdə deyirlər ki, müəllim, biz internetdən oxuyuruq, dilləri bilirik və başqa dillər vasitəsilə də məlumatlar alırıq, təqdim edilən kitablar inandırıcı kitablar deyil. Kitablara inanmırlar. Tələbələr deyirlər ki, 300 il əvvəl erməni dilinə, qrabarcaya üzü köçürülən və bu vəziyyətdə gəlib bizim əlimizə çatan Musa (Moyisey) Kalankatlının  “Albaniya tarixi”nə biz inanmırıq. Tələbələr deyirlər ki, biz erməni dilində olan mənbəyə necə inanaq? Ermənilər burada da saxtalaşdırma aparıblar. Sual budur. Bu gün əsas məsələ dərsliklərin yeni metodologiya əsasında yazılmasıdır. Biz müstəqil Azərbaycan dövlətinin maraqlarına, milli ideologiyamıza, milli məfkurəmizə uyğun dərsliklər yaratmalıyıq. İnanın ki, bu dərslikləri yazmaq üçün çox güclü mütəxəssislərimiz də var, potensialımız kifayət qədərdir, sadəcə, bu insanlara şərait yaradılmalıdır ki, yeni metodologiya əsasında dərsliklər yaratsınlar”.

  • “Bu dərsliklərin səviyyəsi ali məktəb tələbələrini qane etmir”

Bunu “Bakı-Xəbər”ə mövcud dərsliklərin vəziyyətini, səviyyəsini şərh edərkən AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı bildirib.

M.Ağalarlının sözlərinə görə, dərslik müəllifləri dərslikləri elə hazırlamalıdırlar ki, bu həm şagirdləri, həm də müəllimləri qane etsin, çünki istehlakçı şagirdlər və müəllimlərdir.

Dərsliklərin dilinin də kifayət qədər mürəkkəb olduğunu deyən M.Ağalarlı hesab edir ki, dərsliklərin metodologiyası düzgün qurulmalıdır. Qədim dövrdən başlanmalı və müasir dövrə qədər standart bir xətt müəyyən olunmalı və onun əsasında da dərslik yazılmalı olduğunu deyən ekspert hesab edir ki, kosmetik dəyişikliklərlə dərsliklərin vəziyyətini düzəltmək olmaz. “30 ildir ki, belə edilir, amma heç bir müsbət nəticəsi olmur. 30 ildir ki, kitab yazan ziyalıların bundan sonra keyfiyyətli dərsliklər yazacaqlarına əmin deyiləm. Zatən, 30 ildir yazdıqlarını yazıblar, ortaya qoyduqlarını qoyublar. Məsələ burasındadır ki, bu adamlar artıq geri çəkilməlidirlər, bu sahə ilə daha güclü potensialı olan mütəxəssislər məşğul olmalıdırlar, dediyim kimi, çox ciddi elmi potensialımız, mütəxəssislərimiz var ki, bu dərslikləri yarada bilərlər. Yeni təfəkkürlü alimlər, ziyalılar ortaya çıxmalıdırlar, bunlar da öz içimizdə var. Amma hər biri öz işi ilə məşğuldur. Akademiyada elə konseptual məsələləri ortaya qoyan  alimlərimiz var ki, onları irəli çəkmək lazımdır. Dərsliklərlə bağlı nə qədər təklifimiz, təşəbbüsümüz olub, amma bunlara əhəmiyyət verilməyib. 30 ildir ki, bu dərslikləri yazan adamların hamısı dərsliklərin yazılması prosesindən uzaqlaşdırılmalıdırlar. Təhsil Nazirliyinin aidiyyəti sahə üzrə nümayəndələri, dərslik yazmağı bacaran, bu sahəni bilən təhsil işçiləri ilə Azərbaycanın gerçək alimləri bir komissiyada birləşməli və dərsliklər yeni metodologiya əsasında yazılmalıdır. Alimlər Azərbaycan tarixi ilə bağlı informasiyalar verməli, təhsil mütəxəssisləri isə həmin məlumatları qayda-qanunla dərsliklərdə yerləşdirməlidirlər, nəticədə ortaya çox gözəl dərsliklər çıxacaq.

Sizə bir misal deyim, ərəb xilafəti dövründən kitab yazılıb, dərs vəsaitidir. Ramin Ağayevin ərəb xilafəti dövrü ilə bağlı olduqca qiymətli bir kitabı çıxıb. Dərslik yazanlar isə bu cür sanballı kitabdan istifadə etməyiblər. Qiymətli orta əsr Səfəvilər dövrü  mənbələri var, dərslik müəllifləri heç onlara da əhəmiyyət verməyib, öz dərsliklərində bundan yararlanmayıblar”.    

M.Ağalarlının sözlərinə görə, metodologiya düzgün qoyulmalı və yüksək səviyyəli dərsliklər yazılmalıdır ki, tələbələri və şagirdləri qane etsin. “Şəxsən mən bu günə qədər yazanların potensialına inanmıram, yazsaydılar, indiyə kimi yazardılar. Hesab edirəm ki, peşəkar təhsil işçilərinin və akademiyanın yüksək səviyyəli alimlərinin təmsilçiliyi ilə komissiya yaradılmalı və burada heç kəsin iştirakı formal olmamalı, hər kəs öz əməyini ortaya qoymalı, dərsliklər hazırlanmalı, o dərsliklərin geniş şəkildə ictimai müzakirəsi keçirilməlidir. Hətta müzakirələrə şagirdlər, tələbələr də qatılmalıdırlar. Elə bir kitab, dərslik ortaya çıxarılmalıdır ki, hər kəsi qane etsin. Yoxsa, indi dərslik yazıb çap edirlər eyni müəlliflər, eyni rəyçilər, eyni elmi redaktorlar... Belə olmaz. 1993-1994-dən bu yana nəşr olunan dərsliklərin çoxunun müəllifi eyni adamlardır, dəyişikliklər cüzidir.

Bu dərsliklərin səviyyəsi ali məktəb tələbələrini qane etmir, dərsliklərin səviyyəsindən narazı qaldıqlarını deyirlər. Elə savadlı tələbələrimiz var ki, çoxu bir neçə dil bilir, bildikləri dillər vasistəsilə başqa dillərdə olan məlumatları da oxuyurlar, müqayisə edirlər. Bu halda biz tələbəyə saxta dərslikləri necə təqdim edək ki, bunu oxuyun. Mümkün deyil. Sözümün canı odur ki, bu dərsliklərin dövranı keçib, ortaya artıq yeni dərsliklər qoyulmalıdır.

30 ildir ki, Azərbaycan tarixinin metodologiyası yazılmayıb, nə o adamlar özləri yazıb, nə də yazmağa imkan veriblər”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ