Cümə axşamı günü, 12 noyabr 2026
     

Tarix dərsliklərindəki rüsvayçı səhvlərə görə kimlər məsuliyyət daşıyır – müəlliflər, Tarix İnstitutunun keçmiş rəhbərliyi və...

Image


AMEA Tarix İnstitutunda 2021/2022-ci tədris ilində ölkənin dövlət ümumtəhsil müəssisələrinin şagirdləri üçün yeni və təkmilləşdirilmiş dərslik komplektlərinə (dərslik və metodik vəsait) dair ictimai rəyin öyrənilməsi çərçivəsində təqdim olunan dərsliklər üzrə (www.trims.edu.az) müvafiq komissiyalar yaradılıb.

İnstitutdan mətbuata verilən məlumata görə, VI sinfin Ümumi tarix dərsliyi üzrə (Ağalarov P., Quliyev N., Qasımov E., Hüseynov E. “Ümumi tarix”. VI sinif üçün dərslik) irad və təkliflərin bildirilməsi üçün yaradılmış komissiya (Qədim dövr tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent A.Əlimirzəyev və Orta əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent T.Nəcəfli) tərəfindən həmin dərslik üzrə elmi səhv və qüsurlar müəyyən olunub.

VI sinif tarix dərsliyində 56 qüsur və səhv tapılıb və buna görə də Tarix İnstitutunda komissiya yaradılıb.

Ümumiyyətlə, tarix dərsliklərində zaman-zaman ideoloji qüsurlar olub. Bir çox ekspert hesab edir ki, orta məktəb tarix dərsliklərin müəlliflərindən biri olduğu üçün Tarix İnstitutunun keçmiş direktoru, akademik, millət vəkili Yaqub Mahmudov buna göz yumub, nəticədə isə qüsurlu dərsliklər meydana çıxıb. Belə bir komissiya əvvəlki rəhbərliyin dövründə niyə yaradılmayıb, buna niyə barmaqarası baxılıb?

  • “VI sinif tarix dərsliyində aşkarlanan 56 səhv, qüsur adi məsələ deyil”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, əvvəlki zamanlarda da tarix dərsliklərində mövcud olan qüsurlar müzakirə edilib. “Həmişə demişik ki, hər bir xalqın həyatında böyük rol oynayan milli şüur iki hissədən ibarətdir. Onun biri tarixi şüurdur, o biri isə mədəni şüurdur. Çünki hər bir milləti var edən və keçmişdən bu günə, bu gündən gələcəyə ayaq üstə tutan məhz milli şüurdur. Milli şüurun da ən əsas xətlərindən biri tarixi şüurdur. Bu baxımdan, hər bir xalq, hər bir cəmiyyət məhz özünün tarixi şüuruna son dərəcə önəm verir. Çünki tarixi şüur olmadan və tarixi şüuru doğru-düzgün şəkildə əks etdirmədən o millətin varlığı və onun gələcəyə doğru addımlaması çox çətindir. Bu anlamda Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra hələ də tarix dərsliklərində, tarix kitablarında biz yetərli bir nəticəyə gələ bilməmişik.

Sözün açığı, Çar Rusiyası, xüsusilə də Sovet Rusiyası dövründə bizim tarixi şüurumuz o qədər dolaşdırıldı, “qordi düyünü” kimi ortaya qoyuldu ki, o düyünü açmaq, Azərbaycan xalqının, Azərbaycan türklərinin istədiyimiz anlamda milli şüurunun formalaşdırılmasında hələ də çətinlik çəkirik. Yəni Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məhz Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu  keçən əsrin 90-cı illərinin sonu 2000-ci illərinin əvvəllərində Azərbaycan tarixi 7 cildliyinin 6 cildini ortaya qoydu. Halbuki, 6 cild, əslində, keçən əsrin 70-80-ci illərində hazırlanmışdı və sovet ideologiyasına uyğun, sovet tarixi metodologiyası əsasında hazırlanmışdı. O dövrdə Tarix İnstitutuna  İqrar Əliyev rəhbərlik edirdi. Həmin vaxt, faktiki olaraq, İqrar Əliyevin rəhbərliyi dövründə Tarix İnstitutunun ortaya qoyduğu 6 cildlik təkrarən heç bir dəyişiklik edilmədən, cüzi korrektura edilərək nəşr edildi. Bu 6 cildlik milli şüur, tarixi şüur baxımından kifayət qədər qüsurlu idi. Məncə, onun bu formada nəşri qətiyyən doğru deyildi. Həmin 6 cild və ondan sonra çap olunan yeddinci cild bir çox məsələdə orta məktəb tarix dərsliklərimizlə üst-üstə düşmürdü. Düzdür, orta məktəb tarix dərsliklərində də kifayət qədər nöqsan var idi. Məsələn, 6, 7-ci sinif tarix dərsliklərindən danışsaq, orada Azərbaycan xalqının bu torpaqlarda yerli, aborigen xalq olduğundan bəhs edilsə də, 7 cildliklərdə tamam başqa fikirlər ortaya atılırdı. Biz zaman-zaman görürük ki, orta məktəb tarix dərsliklərində (istər Azərbaycan tarixi, istərsə də Ümumi tarix dərsliyi) də kifayət qədər nöqsan vardı. Bəzən elə məsələlər, elə ciddi yanlışlıqlar o dərsliklərdə öz əksini tapır ki, bu nəinki milli-ideoloji anlamda doğru deyil, hətta obyektiv anlamda, yəni tarixi məsələlərə baxışlarda da ziddiyyətlərlə müşayiət olunur.

VI sinif tarix dərsliyində aşkarlanan 56 səhv, qüsur adi məsələ deyil, necə ola bilər ki, bir dərslikdə bu qədər ciddi yanlışlığa yol verilib? Tarixi dövrlərlə bağlı bir çox məsələ ilə əlaqədar bu qədər yanlışlığın olmasını da, sözün açığı, başa düşmək mümkün deyil. Sözümün canı odur ki, İqrar Əliyevdən sonra Yaqub Mahmudov uzun illər Tarix İnstitutuna rəhbərlik etdi. O dönəmdə də tarixi şüur və ideoloji anlamda bir çox dəyişikliyə cəhd göstərildi. Məncə, müəyyən irəliləyişlər də əldə olundu, amma yenə də qüsurlar qalmaqdadır. Yəni bir çox məsələdə yenə də biz görürük ki, yetərli olmadı, hələ də bir çox məsələdə nöqsanlar var. Şübhəsiz ki, bunun özünə  də diqqət yetirmək lazımdır, bu kimi məsələlər o dönəmdə hansı səbəbdən milli şüur və tarixi şüur baxımından öz əksini tapmadı? Tarix İnstitutunun yeni rəhbərliyi tarix dərslikləri ilə bağlı bir komissiya yaradıb, dərsliklərimizdəki nöqsanları aradan qaldırmağa çalışır. Bu da müsbət haldır. Ümid edirik ki, bundan əvvəl dərsliklərdə mövcud olan bir çox nöqsan düzəldiləcək”.

F.Ələkbərli hesab edir ki, gənc nəsil Azərbaycan və Ümumi tarixi daha dərindən öyrənməlidir. Dərsliklər sahəsində ciddi dönüş olacağına ümid etdiyini deyən ekspertin sözlərinə görə, tarix dərslikləri mükəmməl yazılmalıdır: “Bu çox önəmlidir ki, tarix dərsliklərinə, xüsusən də orta məktəblər üçün yazılan tarix dərsliklərinə çox ciddi nəzarət sistemi qurulmalıdır, yaradılmalıdır. Bu işə nəzarət edilməsi çox vacibdir. Burada bir ideoloji nəzarət olmalıdır. Hər bir söz, hər bir cümlə, hər bir anlayış nəzarətdən keçməlidir” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ