Cümə axşamı günü, 25 iyun 2026
     

Xətaidə "Ləpələr MTK" bina sakinlərindən hansı növ "vergilər toplayır"?

Image


Xətai rayonu, Süleyman Vəzirov küçəsi 22 ünvanında yerləşən, "Ləpələr MTK" tərəfindən inşa olunmuş binaların sakinləri ciddi problemlərlə üzləşdiklərini bildirirlər.

Sakinlər ünvanladıqları müraciətdə yazıblar ki, 2008-2009-cu illərdə təhvil verilmiş 4 binada 12 ildir yarımçıq qalan işlər hələ də tamamlanmayıb: "Liftlər Belarus istehsalıdır, çox vaxt işləmir, yüksək mərtəbələrə çıxıb-düşmək xüsusən yaşlı sakinlər üçün əzaba çevrilir. Binanın qarajı tikilən vaxtdan necə var, elə də qalıb, betona heç rəng də vurulmayıb. Həyətin girişinə qoyulmuş şlaqbaum da işləmir, kim istəyir girir-çıxır, uşaqların tərpənməsinə belə imkan yoxdur. Hər yer avtomobil dayanacağına çevrilib, kim istəyir gətirib avtomobilini həyətdə saxlayır".

Şikayətdə daha sonra qeyd olunur ki, bloklar, dəhlizlər, komendantların oturduğu budkalar da pis gündədir. Amma bütün ödənişlər vaxtlı-vaxtında yığılır. "Kimin qarajı varsa, ayda 100 manat ödəniş edir. Birotaqlı evlərdən 10, ikiotaqlılardan 20, üçotaqlı evlərdən isə aylıq 30 manat pul toplanır. Amma yığılan vəsaitlər sözügedən problemlərin aradan qaldırılmasına sərf olunmur", - deyə sakinlər bildiriblər.

Şikayətçilər onu da deyiblər ki, MTK rəhbərliyi binanın qarajında yeni "moyka" tikir: "Təsəvvür edin, yağış, qar yağanda zirzəmi az qala dizəcən suyun içində olur. Bu şəraitdə hələ bir "moyka" da açırlar, fikirləşmirlər ki, daha böyük biabırçılıq olacaq".

Sakinlər təsvir olunan dözülməz vəziyyətdən tez-tez kooperativin rəhbərliyinə şikayət etsələr də, nəticəsi olmayıb. Bir neçə dəfə problemlərin həlli ilə bağlı toplantı keçirilməsi təklif olunub, amma rəhbərlik tərəfindən rədd edilib.

Qeyd edək ki, yeni tikili sayılan binaların böyük əksəriyyətində bu problem var.  Binanı tikən MTK-lar kommunal xidməti də öz üzərlərinə götürür və bunun müqabilində ürəkləri istədikləri tarifi müəyyənləşdirirlər. Ancaq təəssüf ki, görülən işlər verilən pullara adekvat olmur.

Bu şikayətlə bağlı "Ləpələr MTK"nın mövqeyini öyrənmək üçün onların əlaqə vasitələrini axtardıq. İnternet üzərindən verdiyimiz axtarışda bu MTK-nın adı yalnız ev satan elan saytlarında çıxdı. Kimsə evini satanda binanın sözügedən MTK-da olduğunu qeyd edib. Şəhərin “Xətai” metrostansiyası ətrafında bahalı mənzillər satan bu MTK haqda internetdə heç bir məlumatın olmaması doğrudan da ciddi şübhə doğurur. Heç bir sosial şəbəkə platformasında qeydiyyatdan keçməyən bu MTK-nın sakinlərdən müxtəlif adlarla yüksək məbləğdə “tarif”lər toplaması nədən xəbər verir?

İqtisadçı-ekspert Günay Hüseynova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, MTK-ların əksəriyyəti heç bir iqtisadi səbəb olmadan “kommunal pulu” adlandırdıqları aylıq ödəniş məbləğləri təyin edir və onu tez-tez artırırlar: “ Bu isə bir sıra yeni inşa edilmiş yaşayış binalarında sakinlərlə MTK sahibləri arasında narazılığa səbəb olub. Hətta bəzi MTK sahibləri “bir az da uzağa gedərək”, hər evin kvadratmetri üçün aylıq 1 manat 50 qəpik ödəniş təyin ediblər. Bu isə o deməkdir ki, 130 kvadratmetrlik 3 otaqlı mənzil sahibi ayda 200 manata yaxın “kommunal pulu” ödəməlidir. Əsaslandırılması mümkün olmayan ödəniş məbləğidir. Birmənalı şəkildə, MTK sahibləri havadan götürülmüş rəqəmlərə söykənib aylıq ödəniş tələb edə bilməzlər. Ümumiyyətlə, MTK sahibləri ayrıca, yəni sakinlərin və ya onların təmsilçilərinin razılığı olmadan, sərbəst şəkildə aylıq ödəniş məbləğini müəyyənləşdirmək hüququna malik deyillər. Mənzil Məcəlləsinin 109.5-ci maddəsində qeyd edilir ki, “kooperativ binanın tikintisi və yenidən qurulması tam başa çatdıqdan, həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ qanunvericilikdə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra, altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir”.

Ekspertin sözlərinə görə, daha məqsədəuyğunu kommunal xidmətlərlə təmin edilmiş və tam yaşayışlı binaların daha sadə şərtlərlə dövlət qeydiyyatına alınıb, “kupça” ilə təmin olunmasıdır: “Bununla belə, qanunvericiliklə kommunal xidmətlərlə təmin edilmiş, amma hələlik dövlət qeydiyyatına alınmayan binalar üçün də mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılması məcburi hala gətirilə bilər. Digər tərəfdən, əksər MTK sahibinin yüksək aylıq ödənişlər müəyyənləşdirdiyini nəzərə alsaq, o zaman Nazirlər Kabineti tərəfindən maksimum aylıq ödənişlərin tətbiq edilməsi məqsədəuyğun olardı. Bu zaman MTK sahibləri istədikləri rəqəmi aylıq ödəniş kimi elan edə bilməyəcəklər”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

SON XƏBƏRLƏR

25.06.2026 / 09:36
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir

25.06.2026 / 09:23
ABŞ İrana ərzaq satacaq, pulunu da dondurulmuş hesablardan çıxacaq - Tramp İran vəsaitlərindən bəhrələnməyin yolunu tapdı...

25.06.2026 / 09:15
Leyla Əliyeva “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günündə iştirak edib - FOTO

25.06.2026 / 09:08
Mərkəzi Bank kredit götürmək qaydalarını dəyişir...

25.06.2026 / 08:32
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salındı

25.06.2026 / 07:22
Ukrayna müharibəsi Belarusa sıçraya bilər - Səbəb “reduktorlar”(?)…

24.06.2026 / 23:16
ABŞ İranla anlaşdı, təzminatı isə Körfəz ölkələrinin üzərinə qoyuldu - Qətər: “300 milyardı biz ödəyə bilərik”

24.06.2026 / 23:03
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət edildi...

24.06.2026 / 22:57
Büdcəmizin debitor borcu 7 milyardı aşır - Palatının göstərdiyi səbəb əslində “həyəcan təbilidir”...

24.06.2026 / 22:15
Ukrayna dronlarnın Rusiyanı üstələməsinin səbəbi bilindi - Çin ikibaşlı oynayır...

24.06.2026 / 21:56
Çexiyanın prezidenti ilə baş naziri NATO zirvəsinə getmək üstündə bir-birini qırır...

24.06.2026 / 21:43
Əfsanələrə ilham verən qədim şəhər Troya - FOTO

24.06.2026 / 21:07
“Dahilərin görüşü” -Nizami və Əcəmi kompozisiyanın izahı...

24.06.2026 / 20:59
CHP mərkəzi ofisi Kılıçdaroğlu tərəfdarlarının üzünə bağlandı - gənclər barrikada qurdu…

24.06.2026 / 20:57
Dəfn pulu niyə fərqli məbləğlərdə verilir? - Kiminə 3 misli qədər, kiminə 600...

24.06.2026 / 20:43
Rusiya KTMT mövzusunda hədələdikcə Paşinyan daha çox məmnun olur... paradoks?

24.06.2026 / 20:31
Qəbul imtahanının nəticəsi açıqlandı

24.06.2026 / 20:27
Putin Britaniyanın daxili siyasətini "idarə edir" - Starmerin istefasının gizli məqamları...

24.06.2026 / 20:25
İlham Əliyev hara baxır?!...

24.06.2026 / 20:18
Avropa Birliyi Özbəkistanı "ştrafnoy" ölkəyə çevirmək istəyir - Afrikanın Ruanda dövləti kimi...

24.06.2026 / 20:14
Trampın adamı BMT TŞ-də Rusiyanı hədələdi - Ukraynada vaxt sizə işləmir...

24.06.2026 / 20:12
Türklərin yaşadığı 2 kənd başqa dövlətə verildi...

24.06.2026 / 20:09
Oman Hörmüz boğazında pulsuz dəhliz açdı...

24.06.2026 / 19:53
BTQ Qərbi Azərbaycanda aparılan etnik təmizləmə ilə bağlı Vaşinqtonda çağırış etdi - "...cavab versinlər"...

24.06.2026 / 19:42
İsmayıllıda meşədə narkotik yetişdirənlərə qarşı əməliyyat keçirildi... - FOTO

24.06.2026 / 19:37
İsrail ABŞ-ı təhdid etdi – hesablaşacağıq...

24.06.2026 / 19:20
Yay semestrində daha çox tələbə “kəsmək” universitetlərin yeni qazanc mənbəyinə çevrilir...

24.06.2026 / 18:55
Avropa İttifaqında Putinin əleyhdarları ilə gizli toplantı keçirildi...

24.06.2026 / 18:39
İsrail Avropa İttifaqına da “müharibə açdı” - Kallas İsrail rejiminə “aparteid” dedi...

24.06.2026 / 18:33
İraq Prezidenti Prezident İlham Əliyevi təbrik etdi

24.06.2026 / 18:27
Əli Əsədov TBMM sədri Numan Kurtulmuşla görüşdü - FOTO

24.06.2026 / 18:23
Dron hücumları Rusiyada yanacaq qıtlığını böhrana çevirdi - regionlarda benzinə limit qoyulur...

24.06.2026 / 18:15
Rəsmi Bakıdan Fransaya sərt cavab - 30 il qayğısına qaldığınız separatçı liderlər... cəzalarını çəkirlər

24.06.2026 / 18:04
Yeni müstəmləkəçilikdən əl çəkməyən ölkələrdən biri də Böyük Britaniyadır...

24.06.2026 / 17:55
"Azərbaycan dövləti İranın yanında olub, arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın" - Prezident

24.06.2026 / 17:50
Prezident İlham Əliyev İran spikeri Qalibafı qəbul etdi - FOTO

24.06.2026 / 17:46
Paşinyana qarşı "üçlər ittifaqı" - "məğlublar" bu dəfə tələsməyəcəklər...

24.06.2026 / 17:29
"Mən partiyanı İvanişvili kimi yox, Nelson Mandela kimi idarə edəcəyəm" - Gürcüstan qarışacaq...

24.06.2026 / 17:20
"Azərikard" kart hesablarındakı problemin səbəbini açıqladı...

24.06.2026 / 17:15
Qazaxıstan Azərbaycanın tranzit imkanları hesabına Avrointeqrasiyanı gücləndirir - lakin "1 problem var"...

24.06.2026 / 17:05
İstilər Avropanı yandırır - ÜST xəbərdarlıq etdi...

24.06.2026 / 17:04
Tramp Putinin ələ keçirdiyi Ukrayna ərazilərini Kuba və Koreya ilə bir tutdu...

24.06.2026 / 16:58
Səməd Ağaoğlu haqqında monoqrafiya yayınladı

24.06.2026 / 16:57
Rusiya mediası "Qarabağ təxribatlarından" əl çəkmir - "Artsax", "ermənilər qovuldu"...

24.06.2026 / 16:43
Ceyhun Bayramov Polşaya getdi - Ukrayna Bərpa Konfransında iştirak edəcək...

24.06.2026 / 16:26
Bank kartlarında problem yarandı - kartlardan pul silinir...

24.06.2026 / 16:17
Məleykə Abbaszadə düzmü düşünür? - ödənişli apellyasiya daha çox ziyan vura bilər...

24.06.2026 / 16:00
Rusiya Trampın "Ukrayna vasitəçiliyindən" imtina etdiyini rəsmən təsdiqlədi...

24.06.2026 / 15:51
Lənkəranda fəaliyyət göstərən mağazada normativ tələblərin pozulduğu aşkarlanıb

24.06.2026 / 15:49
Tramp İranın ABŞ-a güzəştə getməyə hazır olduğunu bildirib

24.06.2026 / 15:44
İngiltərədə minlərlə məktəb bağlanıb-isti hava səbəbindən...

24.06.2026 / 15:42
Cənubi Livan Beyrutun nəzarətinə verilə bilər

24.06.2026 / 14:57
Zelenskinin təhdidi Putini və Lukaşenkonu narahat edib...

24.06.2026 / 14:48
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib - FOTO

24.06.2026 / 14:35
Emin Əmrullayev təhsil haqqı ilə bağlı fikirlərinə aydınlıq gətirdi - Məqsəd heç də təhsil haqlarını qaldırmaqla bağlı deyil...

24.06.2026 / 14:09
Misir Mədəniyyət Mərkəzində "Mədəniyyətlərin səsi" adlı sərgi keçirildi

24.06.2026 / 13:59
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı

24.06.2026 / 13:48
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin üçüncü təlimi

24.06.2026 / 13:15
Bakı–Naxçıvan reysləri ləğv edildi

24.06.2026 / 12:59
Xüsusi karantin rejiminin müddəti uzadıldı

24.06.2026 / 12:50
251 saylı məktəbdə “son zəng” üçün şagirdlərdən 1800 manat pul yığılıb - İDDİA...

24.06.2026 / 12:38
Dövlət Proqramında pambıqçılıqla bağlı konkret hədəf qoyuldu - məhsuldarlığın 50 sentnerə çatdırılması...

24.06.2026 / 12:34
Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır? – Ali Məhkəmədən açıqlama...

24.06.2026 / 12:23
Bakı–Tbilisi qatarına biletlər ucuzlaşdı...

24.06.2026 / 12:11
Xaçmazda evlərdən və oteldən oğurluq edənlər saxlandı - FOTO

24.06.2026 / 11:56
Senatın müharibəni dayandırmaq çağırışı Trampı özündən çıxardı - "...düşmənə kömək edirlər"...

24.06.2026 / 11:43
“TikTok” canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu

24.06.2026 / 11:38
İranla Omanın Hörmüz boğazı razılaşması ABŞ-ı qəzəbləndirdi....

24.06.2026 / 11:24
"İllik inflyasiyanın hədəf daxilində qalacağı proqnozu dəyişməz qalır" - AMB

24.06.2026 / 11:20
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR verdi...

24.06.2026 / 11:19
Ağcabədidə 7 kiloqramdan artıq marixuana aşkarlandı

24.06.2026 / 11:16
Turizm şirkətləri Bakı–Tbilisi qatarlarına biletləri toplu şəkildə alıb özləri satır? - ADY-dən iddialara reaksiya...

24.06.2026 / 11:03
"İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik" - Prezident

24.06.2026 / 10:54
Prezident İlham Əliyev: "İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib"

24.06.2026 / 10:50
"Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər islamofobiyanın açıq-aydın təzahürüdür" - Prezident

24.06.2026 / 10:44
Prezident İƏT üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciət etdi

24.06.2026 / 10:36
Bakıda İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimi keçirilir

24.06.2026 / 08:45
Qalibaf Bakıya gəldi...

24.06.2026 / 08:31
Gələn həftə vətəndaşların sığortası ilə bağlı yeni qayda qüvvəyə minəcək

23.06.2026 / 23:38
Xameneyinin gizli məktubları açıldı, canlı yayım kəsildi, yüksək vəzifəli məmur istefa verdi - İranda XƏYANƏT QALMAQALI…

23.06.2026 / 23:10
Rusiya dizelin ixracına tam qadağa qoymağa hazırlaşır...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ