Sumqayıt şəhərində yük qatarı ilə avtobus toqquşub. Trend-in məlumatına görə, hadisə Sumqayıt şəhəri, H. Z. Tağıyev qəsəbəsində baş verib. Nəticədə "Azərbaycan Dəmir Yolları" QSC-nin bir əməkdaşının öldüyü deyilir.
Əraziyə hüquq-mühafizə orqanları və digər aidiyyəti qurum əməkdaşları cəlb edilib.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib ki, bu gün Baş Sumqayıt stansiyasının yaxınlığında ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub: "Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib. Hadisənin başvermə səbəbini müvafiq orqanlar aidiyyəti üzrə araşdırıb, hüquqi qiymət verəcək.