Cümə axşamı günü, 12 noyabr 2026
     

Ağ günlərinə qovuşan Ağbulaq və ya qış turizminin yeni istiqaməti - FOTO

Image


Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Dərələyəz və Zəngəzur dağ silsilələri arasında yerləşən gözəl bir kənd var. Bura büllur kimi saf, təmiz bulağın adından götürülən Ağbulaqdır. Ağbulaq Şahbuz rayonunun ucqar dağ kəndidir. 10-15 il bundan qabaq kimsənin diqqətini çəkməyən bu kənd indi qonaq-qaradan əskik deyil.

Naxçıvan şəhərindən rayon mərkəzinə 26 km, mərkəzdən dağlar gözəli Ağbulağa 18 km olan yolçuluq isə yolçuya istirahətinin gözəl və mənalı keçəcəyindən soraq verir. Naxçıvan şəhərindən ucqar dağ kəndinədək uzanan rahat və hamar yolboyu həm də Şahbuzun təbii hüsnünə daha da gözəllik verən müasir yaşayış məntəqələri səni müşaiyət edir. Mərəlik, Sələsüz, Daylaqlı kəndləri, Şahbuz şəhəri, Kolanı kəndi müasir infrastrukturu və insanlarının yaşam tərzi ilə ilkin təəssüratı formalaşdırır. Dağlıq bir ərazidə yerləşən rayonun yaşayış məntəqələrində ucaldılan, 2,3 hətta 5 mərtəbəli təhsil ocaqları bu yerlərdə inkişafın göstəricisi kimi göz oxşayır. Təbiətinə isə söz ola bilməz. 4 fəsil öz çalarları ilə təbii zənginlikləri və bu ərazinin geniş imkanlarını sərgiləyir. Təsadüfi deyil ki, Naxçıvan üçün ilk olan Xizək mərkəzi də məhz burada yaradıldı.

Ağbulaq hələ Sovetlər dönəmində diqqəti cəlb etmiş və burada məktəblilərin yay düşərgələri təşkil olunmuşdu. Düşərgə olaraq Ağbulağın seçilməsi buranın təbii zənginlikləri, saf havası və istirahət üçün uyğunluğu idi. 90-cı illərin acı nəticələri təbii ki, digər yaşayış məntəqələrimiz kimi Ağbulağa da sirayət etdi. Müstəqillik illərində Ağbulaq yenidən quruldu, dirçəldildi və artıq ağ günlərinə qovuşub.

2013-cü ildə kənddə quruculuq işlərinə başlanılıb, məktəb, kənd və xidmət mərkəzləri tikilib, yol, elektrik, qaz və digər infrastruktur yenilənib, insanların rahat yaşayışı üçün lazımi şərait yaradılıb. Müasir yaşayış məntəqəsinə çevrilən Ağbulaq həm də turizm bölgəsi kimi hədəf idi. Elə həmin ildə  kənddə aparılan kompleks quruculuq işləri, yollarının abadlaşması, eləcə də turistləri qarşılaya biləcək xidmət obyektinin-Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi yeni mərhələnin başlanğıcı oldu.

Görülən işlərin davamı olaraq 2018-ci ildə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradıldı. İmkanlar bir az da genişləndi. Ərazinin relyefi və iqlim xüsusiyyətləri dağ xizəkçiliyinin inkişafı üçün əlverişli idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülməyə başlandı. Burada məqsəd həm də Naxçıvanda turizmin mövsümilik problemini aradan qaldırmaq idi. Artıq bir neçə ildir ki, muxtar respublikada turizm məhsullarının diversifikasıyası siyasəti öz müsbət nəticələrini verib. İstər tarixi-mədəni, sağlamlıq, dini, ekoloji, kənd yaşıl, işgüzar və digər turizm növlərinin məqsədyönlü şəkildə inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər turistlərin cəlbi baxımından mühüm əhəmiyyət daşıyıb. 

Ağbulağın turizm bölgəsinə çevrilməsi üçün sərf olunan 7 ildə yaradılan yüksək şərait, təşkil olunan nümunəvi xidmət və nəhayət bu yaxınlarda istifadəyə verilən Xizək Mərkəzinin qapısı turistlərin üzünə açıqdır.

Zirvə Dağçılıq və Doğa Sporları Klubunun rəhbəri Orhan Kozan 4 ildir ki, Naxçıvana səyahət edir. Hər gəlişində Haçadağ zirvəsini fəth edən türkiyəli turist yeni yerlərin axtarışında olduğunu da bildirdi: Naxçıvanda yeni yerlər kəşf etmək bizi xoşbəxt edir. Bu səfərimizdə də Ağbulaq Xizək Mərkəzini kəşf etdik. Xizəkçiliyi yeni öyrənənlər üçün yaxşı şərait yaradılıb. İstər otel, istər mətbəx,  kirslərin gözəlliyi, uşaqlar üçün də xizək mərkəzində xidmətlərin təklif olunması, daha vacib təbiətin gözəlliyi və ekonomik qiymətlər Türkiyədəki xizəksevərlər üçün əsl töhfədir. 

Kanatla gəzintidən sonra bizimlə həmsöhbət olan Əminə özdəmir təəssüratlarını bizimlə bölüşdü: Mən təbiət idmanı ilə maraqlanan biri olaraq bir çox xizək mərkəzlərində olmuşam. Ağbulaq Xizək mərkəzi çox gözəl.  Ayrıca uşaqların kirşədə qar üstündə sürüşməsi və əylənməsi üçün hər şərait yaradılıb. Xizək sürə bilməyənlər isə kanatla dağ gəzintisinə çıxmaqla təmiz dağ havası ala bilər. Bunun üstünlüyü çox.Təklif olunan xidmətlər və yeməklər əladır. Ənənəvi Naxçıvan mətbəxinə məxsus yeməklərin hazırlandığı mətbəxi var. Naxçıvanda ən gözəl yeməyi Ağbulaqda yedim, deyə bilərəm. Qiymətlər də Türkiyədəki qiymətlərlə müqayisədə çox ucuz. Yəni hər kəsin cibinə uyğun. Hamını bu Xizək Mərkəzinin təklif etdiyi xidmətlərdən faydalanmağa çağırıram. Əziz dostlarıma Ağbulaqdan salamlar!

Anadolu Ajansın müxbiri Bülent Mavzer həm əylənir, həm də fürsəti dəyərləndirərək müsahibələr alır, foto və videolar çəkirdi. Təbəssüm dolu çöhrəsi və jestlərindən hiss olunurdu ki, o da Ağbulaq səfərindən xeyli məmnundur: “Ağbulaq Xizək Mərkəzi Azərbaycanın qış turizminin yeni istiqamətidir. Müşahidələrim onu deməyə əsas verir ki, yerli turistlər üçün də turizmin bu növü çox maraqlı olub. Xizək və snoubord sürənlər, kirşədə sürüşənlər çox əylənir. Adrenalin həvəskarları üçün bu bir yenilikdir. Naxçıvanda qış turizminin ideal məkanı olaraq təqdir edirəm və bu, bizim Naxçıvana son səfərimiz deyil”.

Mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, 219 metrlik konveyer xətləri,  uzunluğu 980 metr olan kanat quraşdırılmışdır ki, onun da başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olan 59 oturacaq vardır ki, bu da saatda 1000-dən artıq turistə xidmət etməyə imkan verir.

Ərazidə mərkəz üçün 2 mərtəbəli inzibati bina, hər biri 2 nəfərlik olmaqla, 3 kottec, 1-i inzibati binanın ikinci mərtəbəsində, 1-i isə kanat liftinin sonuncu dayanacağında olmaqla 2 kafe fəaliyyət göstərir. İnzibati binanın birinci mərtəbəsində qeydiyyat, xizəklərin və müvafiq geyimlərin təhvil verilməsi xidməti göstərilir.

Qışda dağlarının başından qar əskik olmayan, yayda yaşıllıqları ilə göz oxşayan, insana mənəvi dinclik, rahatlıq, əyləncə və adrenalin bəxş edən Ağbulaqla siz də istirahət günlərinizi dəyərləndirin.  Çox da uzaq olmayan, Naxçıvan şəhərindən cəmi 44 km məsafədə yerləşən, büdcənizə və zövqünüzə uyğun çeşidli xidmətlərilə Ağbulaq Xizək Mərkəzi sizin yolunuzu gözləyir.

Ruhiyyə Rəsulova
Naxçıvan Televiziyasının baş redaktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ