İşçilərin ixtisarı zamanı pensiya yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması təklif edilir.
Trend-in məlumatına görə, bu, Azərbaycanda insan hüquqlarının qorunması haqqında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində qeyd edilib.
Hesabatda qeyd edilir ki, işçilərin ixtisarı zamanı pensiya yaşının çatmasına azı 5-7 il qalmış işçilərin əmək və sosial təminat hüquqlarının müdafiəsi məqsədi ilə yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunsun və bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə müvafiq əlavələr edilsin.
Ödəmə qabiliyyətini itirmiş qeyri-dövlət müəssisələri tərəfindən işçilərə əmək haqları üzrə və istehsalatda alınmış xəsarətlərə görə borcların ödənilməsi məqsədi ilə dövlət təminat sisteminin yaradılsın və bununla bağlı zəruri mexanizmlər hazırlansın.