Bakıda güclü külək gənc qadının həyatına son qoydu...

img

Bakıda 28 May metrostansiyası yaxınlığında bədbəxt hadisə baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, səhər saatlarında güclənən külək nəticəsində 28 May metrostansiyası yaxınlığında tikinti sahəsi ətrafına çəkilmiş dəmir konstruksiya yerindən qopub. Külək o konstruksiyanı həmin vaxt ərazidən keçən qadının başına çırpıb.

Nəticədə qadın aldığı zərbədən hadisə yerindəcə keçinib. Polisin araşdırması nəticəsində ölənin 34 yaşlı Abşeron rayon sakini Şəfəq Nemətova olduğu məlum olub.

Külək nəticəsində dəmir parçalarından biri yaxınlıqda olan avtomobilə də ziyan vurub. 

Hazırda faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.

Son xəbərlər