Azərbaycana COVAX beynəlxalq vaksin mexanizmi vasitəsilə 432 min doza "AstraZeneca" vaksini ayrılıb.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) vaksinlərin paylanması barədə ilkin hesabatında deyilir.
Vaksinlərin Azərbaycana 2021-ci ilin mayınadək tədarük olunması planlaşdırılır.