Daxili İşlər Nazirliyinin Mətbuat xidməti sosial şəbəkələrdə nazirliyin rəsmi “Facebook” səhifəsinin adından vətəndaşa kobud rəy yazılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, sosial şəbəkələrdə yayılan foto həqiqəti əks etdirmir:
"Bu fotoda yazılan həmin rəy montajdır, səhifədə bu cür rəy yazılmayıb".