FHN əməkdaşlarının vaksinasiyası aparılır...

img

Bu günə qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) 300-dən artıq əməkdaşı vaksinasiya olunub. Trend-in məlumatına görə, bunu FHN-nin Tibb Xidmətinin rəis müavini, tibb xidməti mayoru Vəfa Dadaşova deyib.

O bildirib ki, artıq bir neçə gündür FHN əməkdaşlarının vaksinasiya prosesinə başlanılıb: “Bu günə qədər 300-dən artıq şəxsi heyət vaksinasiya prosesinə cəlb olunub. Vaksinasiya könüllülük prinsipi ilə həyata keçirilir. Vaksin vurulan əməkdaşlarda heç bir yan təsir müşahidə edilməyib”.

Son xəbərlər