16 hakimin işinə xitam verilib, 2 məhkəmə sədri məsuliyyətə cəlb edilib, Şəki Apellyasiya Məhkəməsinin 3 hakiminə töhmət verilib

img

Korrupsiyaya şərait yaradan halların qarşısının alınması və obyektivliyin təmin olunması məqsədilə Şura tərəfindən məhkəmələrdə monitorinqlər aparılaraq, yol verilən bir çox nöqsanlar aradan qaldırılıb, o cümlədən 2 məhkəmə sədri intizam məsuliyyətinə cəlb olunub.

Bunu Məhkəmə Hüquq Şurasının iclasında Şura sədri, ədliyyə naziri Fikrət Məmmədov deyib.

O bildirib ki, ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib, fəaliyyətində aşkar edilən pozuntular 80-dən çox hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb. 16 hakimin səlahiyyətlərinə müxtəlif əsaslarla, o cümlədən səlahiyyət müddəti uzadılmadığına görə xitam verilib.

İclasda o da bildirilib ki, Şəki Apellyasiya Məhkəməsinin 3 hakimi işində yol verdikləri nöqsanlara görə cəzalandırılıb. İclasda qanunvericiliyin tələblərinin pozulmasına görə Şəki Apellyasiya Məhkəməsinin hakimləri Elçin Hüseynov, Ayaz Mahmudov və Vəzirxan Məlikova töhmət verilib, Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevə irad tutulub. Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmaya yol verilməsinə, habelə hakim etikasının pozulmasına görə intizam icraatı başlanılıb.

Son xəbərlər