Postpandemiya dövrü üçün rayon otellərinin yeni müştəri aldatma metodu...

Elçin Rüstəm: “Uzun müddət fəaliyyətsiz qalan otellər artıq qazanc əldə etmək üçün müxtəlif üsullara əl atırlar”

img

Karantin tədbirlərinin yumşaldılması və şəhərlərarası nəqliyyatın bərpası ilə bir çox paytaxt sakini bölgələrə istirahət etməyə yollandı. Uzun müddət istirahət etməyən insanlar karantinin yumşalmasından istifadə edib, bölgələrdə istirahət etməyə qərar verdilər.

 

Otellət əhalinin bu istəyini, fəallığını görüb vəziyyətdən sui-istifadə etməyə qərar verdilər. Belə ki, otel işçiləri turistlərə rezervasiya vaxtı bir qiymət, müştəri otelə gəldikdən sonra isə ona başqa qiymət deyirlər. Otel işçiləri bunu oteldə boş otağın qalmaması, qiymətin baha olması ilə əlaqələndirirlər.

  • “Son zamanlar otellərdəki otaqların qiymətlərində təxminən 10-15 faiz artım müşahidə edilir”

Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm qeyd etdi ki, uzun müddət fəaliyyətsiz qalan otellər artıq qazanc əldə etmək üçün müxtəlif üsullara əl atırlar: “Karantin rejiminin yumşalması ilə otellərin fəaliyyətinə icazə verildikdən sonra şikayətlərin sayı da artıb. Son zamanlar otellərdən müxtəlif mövzu ilə bağlı şikayətlər səslənir. Qiymətin baha olması isə hər zaman aktual olub. Məlumat üçün bildirim ki, son zamanlar otellərdəki otaqların qiymətlərində təxminən 10-15 faiz artım müşahidə edilir. İndi çox sayda otel dinamik qiymətlərə keçir, doluluğundan asılı olaraq qiymət dəyişə bilər. Onu da nəzərə almaq lazımdır ki, bu, otelin qaydalarında qeyd edilir və deyək ki, 5-7 otaq qalıbsa, qiyməti artır. Turizm şirkətlərinin müqavilə qiymətləri vardı və onlar bütün il üçün – yüksək və aşağı fəsillər üçün keçərli idi. Və otel paketçilərindən bir il əvvəl aldığımız qiymətlərə əsasən, turpaketləri hazırlaya bilirdik. Turist səyahətin ona konkret hansı məbləğə başa gələcəyini sifariş zamanı bilirdi. İndi müqavilə qiymətləri olmadan vəziyyət dəyişdi. Bu gün turistə bir qiymət deyirik, sabah fərqli ola bilər. Bunun üçün turizm agentliyi günahkar deyil, ancaq turistlər arasında anlaşılmazlığa və inamsızlığa səbəb ola bilər”.

Günel CƏLİLOVA

Son xəbərlər