Qubadlıda postlar qurulub, təhlükəsizliyə nəzarət edilir - DİN

img

Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

DIN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir.

Rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.

Son xəbərlər