Azərbaycanda daha 126 nəfər koronaya yoluxdu, 142 nəfər sağaldı, 3 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.