Cümə axşamı günü, 12 noyabr 2026
     

Fevral döyüşlərinin beş qəhrəmanı…

Image


Kürəyində min illərin qüssə-qəmi, ürəyində min oğulun nakam ömrünün ağrısı olan Vətənim. Bu gün o acılarının əvəzidir sənin yaşadığın azadlıq sevinci. Qanlı-qadalı günlərin ardınca gələn al-əlvan bahardı sanki.

Hər dəfə fevral ayı gələndə acımız təkrarlanırdı. 1992-ci il fevralın 17-də  törədilmiş "Qaradağlı faciəsi", ardınca törədilən "Xocalı soyqırımı" bir xalqın yaşaya biləcəyi ən böyük müsibət idi. İllərdən sonra Ermənistan yenə fevral günü Azərbaycan torpaqlarına göz dikdi. 2017-ci il fevral ayının 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri 2016-cı il aprelin 1-dən 5-nə qədər davam edən döyüşlərdə Azərbaycan ordusunun azad etdiyi Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi istiqamətində yenidən təxribat törətməyə başladılar. Ermənilərin əsas niyyəti Xocavənd rayonunda yerləşən Nərgiztəpə yüksəkliyini ələ keçirmək idi. Ermənilər o yüksəkliyi ələ keçirib Beyləqan, Füzuli, Ağdam, Quzanlı, Ağcabədi yolunu kəsib, həmin ərazini nəzarətə götürmək istəyirdilər. Lakin onların arzularını Azərbaycan ordusu ürəyində qoydu. Düşməni layiqli cavabı ilə geri çəkilməyə məcbur edən ordumuzun 5 hərbi qulluqçusu şəhid oldu. Mayor Abdullayev Aqşin İsmayıl oğlu, baş-leytenant Nəzərov Şahlar Yaşar oğlu, baş-leytenant Həşimli Tural Əbdül oğlu, baş-çavuş Qədimov Zülfü Rəhim oğlu və əsgər Cəfərov Zakir Nazim oğlu apreldə şəhid olan şəhidlərin və Xocalı və Qaradağlıda qətlə yetirilən günahsızların qisasını aldılar və azad olan torpaqlarımızı əldən verməyərək yeni bir qəhrəmanlıq salnaməsinə imza atdılar. Gəlin bu beş qəhrəmanı daha yaxından tanıyaq.

Mayor Abdullayev Aqşin İsmayıl oğlu. Qəhrəmanımız 1982-ci il oktyabrın 1-də Şəki şəhərinin Kiş kəndində İsmayıl bəy və Dursun xanımın ailəsində dünyaya gəlmişdi. 1988-ci ildə 4 N - li Kiş kənd tam orta məktəbində təhsil almağa başlamışdı. Məktəbi bitirdikdən sonra vətən sevgisi onun yolunu Bakı Ali Hərbi məktəbindən salmışdı. Ömrünü vətənə həsr edən Aqşin 2003-cü ildə TTM - də təhsil almış, 2003-cü ildə leytenant, 2005-ci ildə baş leytenant, 2009-cu ildə kapitan, 2013-cü ildə mayor hərbi rütbəsi almışdı. Aprel döyüşlərinin də qəhrəman döyüşçülərindən olan Aqşin bir çox medal və fəxri fərmanla təltif edilmişdi. 2017 - ci ildə Fevral döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdu.

Ailəli idi, 3 övladı əmanət qalıb.

Nəzərov Şahlar Yaşar oğlu 1990-cı il aprelin 25 - də Yardımlı rayonunun Peştəsər kəndində dünyaya gəlib. O, 1996-cı ildə Peştəsər kənd məktəbinə gedib. IX sinfi bitirdikdən sonra 2005-ci ildə C. Naxçıvanski adına Hərbi liseydə təhsil alıb. 2008-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub. 2012-ci ildə TTM -nin kursunu keçib. Daha sonra Türkiyədə 3 aylıq təlim kursu keçib. Ş. Nəzərov 2013-cü ildə kəşfiyyat bölüyü, sonra kəşfiyyat tağım komandiri, 2016-cı ildə kəşfiyyat bölüyünün komandiri vəzifəsində çalışıb. Bir çox uğurlu əməliyyata imza atıb. Son döyüşü isə Fevral döyüşləri olub.

Ailəli olan şəhidimiz şəhadətə ucaldıqdan bir neçə gün sonra əkiz oğul övladları dünyaya gəlib və əkizlərdən birinə atasının adı verilib.

Haşımlı Tural Əbdül oğlu 1988 - ci il 27 dekabrda NMR - nın Ordubad şəhərində anadan olmuşdu. 1996-cı ildə Rahim Babayev adına məktəbə qədəm qoymuşdu. O, lX sinfi bitirdikdən sonra 2004-cü ildə Heydər Əliyev adına Hərbi liseyə qəbul olmuşdu. Daha sonra Heydər Əliyev adına Hərbi Akademiyada oxumuşdu. Bakıda, Ağcəbədidə, Lənkəranda xidmət edən qəhrəmanın sonuncu xidmət etdiyi yer Xocavənd olmuşdu. Üç il Xocavənddə xidmət edən qəhrəman Fevral döyüşləri zamanı digər yoldaşları kimi qəhrəmancasına şəhadətə yüksəlmişdi.

Qısa müddət öncə ailə quran Turalın şəhadətə ucaldıqdan sonra oğul övladı dünyaya gəlib. İndi şəhid oğlu atasının adını qürurla daşıyır.

Qədimov Zülfü Rəhim oğlu da vətəni bizə əmanət qoyan qəhrəmanlardan biridir. O, 1988-ci ilin 16 iyununda Ağdam rayonunun Nərzili kəndində anadan olub. Ağdam işğal olunan zaman Zülfü də yurdundan didərgin düşüb. 1995-ci ildə Ağdamın Ergi kənd orta məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra universitetə qəbul olsa da o imtina edib hərbi xidmətə gedib. Xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə başlayıb. XTQ - nin kursunu keçib və Xocavənddə xidmət edib. Xocavənd uğrunda can verən qəhrəmanlardan biri kimi tarixdə iz salıb.

Cəfərov Zakir Nazim oğlu 1993-cü il mayın 3-də Bakı şəhərində anadan olmuşdu. 2002-ci ildə Bakı şəhəri Nizami rayonunda yerləşən 201 N - li məktəbdə təhsil almağa başlamışdı. O, təhsilini 109 N - li məktəbdə davam etmişdi. 2011-ci ildə lX sinfi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetin nəzdində "Avtomobil yolları və aerodromların tikintisi və istismarı" fakultəsini oxumuşdu. 2016-cı il yanvarın 7-də hərbi xidmətə yola düşmüşdü. Aprel döyüşləri zamanı Zakir də qəhrəmanlıq göstərən oğullardan olmuşdu. Onun da ömür yolu Xocavənd torpağında şəhid kimi nöqtələnmiş, adı qəhrəman əsgər kimi tarixin yaddaşına həkk olunmuşdu.

Vətənin əsil vətəndaşı və vətən daşı olan beş qəhrəman xalq olaraq bizə şəhidlərin əmanəti olan torpaqlara necə sahib çıxmaq gərəkdiyini bir daha təkrarlatdı. Hər beş qəhrəman şəhid olduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə " Şücaətə görə" medalı ilə təltif ediliblər.

BEŞ İGİD

Beş igid birlikdə bir tarix yazıb,

Canın sipər etdi torpaq yolunda.

Biri digərinin dadına çatdı,

Dostu can tapşırdı dostun qolunda.

 

Torpaq doya-doya durmadan içdi,

Aqşinin, Turalın, Şahların qanın.

Bir an düşünmədi Zülfü və Zakir,

Onlar fəda etdi vətənə canın.

 

İndi o tarixdən neçə il keçib,

Ancaq unudulmur həmin şanlı gün.

Vətənin, torpağın keşiyin çəkdi,

Gözünə dik baxdı onlar ölümün.

 

Onlar can verdiyi hər qarış torpaq,

Daha azadlığın qoynunda uyur.

Bütün şəhidlərin müqəddəs ruhu,

Azadlıq sevincin cənnətdə duyur.

Manya SƏXAVƏTQIZI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ