Baş Prokurorluğun Abşeron rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi və həbslərin olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, icra hakimiyyətində heç bir əməliyyat keçirilməyib: "Bu yanlış xəbərdir. Bir neçə ay bundan əvvəl yayılmış əsassız informasiyanı yenidən məqsədli şəkildə tirajlayıblar. İcra Hakimiyyətində heç bir əməliyyat keçirilməyib, məlumat tam yanlışdır".