Bu il 60 min yeni sosial iş yeri ilk növbədə kimlərə veriləcək...

Musa Quliyev: “Cəbhə bölgəsindən qayıdan gənc insanlar peşə və bacarıqlarına uyğun işlə təmin olunmalıdırlar”

img

Ölkə iqtisadiyyatının böyüməsi, öz növbəsində, yeni iş yerlərinin açılmasına və istehsalın daha da artmasına səbəb olub. Elə bu səbəbdən ötən ilin proqnozlarında 2021-ci ildə daha çox iş yerinin yaradılacağı ehtimal edilir.

 

Bunun bir neçə səbəbi var. İlk olaraq qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra yenidənqurma işləri sürətlənib və sürətlənəcək. Hətta bununla bağlı dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Təbii ki, bu da 2021-ci ildə yeni iş yerlərinin yaradılması anlamına gəlir.

 

Açıqlanan məlumatlara görə, bu il 60 min iş yeri açılacaq. 60 min haqqı ödənilən sosial iş yeri açılcaq ki, o işlər də ilkin olaraq sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslərə təqdim ediləcək.

  • “Cari il ərzində 60 min haqqı ödənilən sosial iş yeri açılacaq ki, o işlər də...

Cari il ərzində açılacaq yeni iş yerləri barədə məlumat verən millət vəkili Musa Quliyev qeyd etdi ki, cəbhə bölgəsindən qayıdan gənc insanlar peşə və bacarıqlarına uyğun işlə təmin olunmalıdırlar. Bu həm sosial müdafiə tədbiridir, həm də o insanlara uğrunda vuruşduqları dövlətin və cəmiyyətin hörmətinin ifadəsidir. Danılmaz faktdır ki, məşğulluğu təmin olunan şəxsin mülki həyata psixoloji adaptasiyası da tez və rahat keçir. Məlumat üçün bildirim  ki, Dövlət Məşğulluq Xidməti tərəfindən veteranların, şəhid ailələrinin, müharibə əlillərinin birinci növbədə işlə təmin olunması üçün qanunvericilikdə müəyyən kvotanın nəzərdə tutulması da bu məqsədə xidmət edir”.

Milət vəkili onu da vurğuladı ki, özünüməşğulluq proqramının bu il daha da genişlənməsi planlaşdırılır: “Onu da qeyd edim ki, cari il ərzində 60 min haqqı ödənilən sosial iş yeri açılacaq ki, o işlər də, ilkin olaraq, sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslərə təqdim olunacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər