Cümə axşamı günü, 12 noyabr 2026
     

“Qarabağ” ordenli cəsur baş leytenant... - FOTO

Image


Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti də əzmlə vuruşaraq, düşmənə sarsıdıcı zərbələr endirib və əsl qəhrəmanlıq nümunələri göstərib. Vətən müharibəsi zamanı qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər hərbi qulluqçu isə yaralanıb və xəsarət alıb. Döyüş meydanlarında dəmir yumruqla erməni işğalçılarının başını əzərək düşməni diz çökdürən hərbi qulluqçularımızın şərəfli döyüş yolunu öyrənmək və cəmiyyətdə geniş təbliğ etmək hər birimizin vətənpərvərlik borcudur.

Vətən uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalmış cəsur silahdaşlarımızdan biri də baş leytenant Kazımov Kamran Qurbanəli oğludur.     

Baş leytenant Kamran Kazımov 1990-cı il dekabrın 7-də Rusiya Federasiyasının Voloqda vilayətinin Vaşki rayonunda anadan olub. Daxili Qoşunların veteranı, ehtiyatda olan polkovnik-leytenant Qurbanəli Kazımovun və Elmura ananın böyüdüb tərbiyə etdiyi üç övladdan (Kamran, Xəyalə və Orxan) biri, həmçinin, ailənin böyük övladı idi Kamran...

Orta təhsilini 1997-2008-ci illərdə Xətai rayonundakı şəhid Sədrəddin Həsənov adına 63 saylı orta məktəbdə alıb. Kamran orta məktəbdə oxuduğu illərdə idmanın karate növü ilə məşğul olub və 1-ci dan “Qara kəmər” ustası dərəcəsinədək yüksəlib. Bununla yanaşı, musiqilə həvəskar səviyyədə məşğul olub və fortepianoda məharətlə ifa etməyi bacarıb. Fəal şagird kimi orta məktəbdə keçirilən tədbirlərdə, eləcə də ictimai işlərdə hər zaman fərqlənib.   

Müddətli həqiqi hərbi xidmətini 2010-2011-ci illərdə Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib. Bu barədə məlumat verən, o dövrdə xüsusi təyinatlı dəstənin komandiri olmuş və Vətən müharibəsində iştirakı ilə əlaqədar “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş polkovnik-leytenant Tural Novruzov cəsur silahdaşımızı öz üzərində çalışan fəal hərbi qulluqçu kimi xatırladığını deyir: “Xüsusi təyinatlıya xas olan bütün müsbət xarakterik xüsusiyyətlər Kamranda vardı. İradəli və dözümlü olmaq kimi müsbət keyfiyyətləri, hər zaman öz üzərində çalışması sayəsində dəstənin qabaqcıl hərbi qulluqçularından biri olmağı bacarmışdı. 

Yaxşı yadımdadır, dəstənin şəxsi heyətilə istər atəş və fiziki hazırlıq, istərsə də digər fənlər üzrə keçirilən praktiki məşğələlər zamanı göstərdiyi müsbət nəticələrilə bağlı hətta bir neçə dəfə onu sıranın qarşısına çıxarıb, yoldaşlarına nümunə də göstərmişdim”.     

Beləliklə, hərbçi ailəsində böyüyüb boya-başa çatan və uşaq yaşlarından bu peşəyə böyük həvəsi olan Kamran müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra qoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə keçirilərək, Vətənə olan borcunu şərəflə və böyük qürur hissi ilə yerinə yetirməyə başlayıb. Zabit kimi atasının yolunu davam etdirmək arzusunda olan silahdaşımız 2012-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) daxil olub. 2014-cü ildə bu hərbi təhsil ocağını bitirərək “leytenant” hərbi rütbəsi alan Kamran yenidən “N” saylı hərbi hissədə xidmətini davam etdirib. 2017-ci ilin noyabr ayınadək burada müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət edib. Nümunəvi komandir və bir zabit kimi bilik və bacarığı sayəsində böyük rəislərin etimadını və tabeliyində olan şəxsi heyətin hörmətini qazanmağa müvəffəq olub. Hər zaman yüksək döyüş hazırlığı və qüsursuz xidmətilə fərqlənən hərbi qulluqçu kimi 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib, eləcə də hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.  

Keçirilən təlimlərə böyük həvəslə qatılan Kamranın ən böyük arzusu isə döyüş meydanında düşməni məğlub etmək və işğal olunan doğma Qarabağımızı yağı tapdağından azad etmək olub.

“N” saylı hərbi hissədə “Kobra” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülən, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş polkovnik-leytenant Füzuli İmrəliyev vaxtilə birgə xidmət etdiyi qrup komandirini böyük qürur hissi ilə xatırladığını deyir: “Müqəddəs torpaqlarımızın azad olunması ilə nəticələnən və tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində dəstəmizin 9 nəfər hərbi qulluqçusu qəhrəmancasına vuruşaraq şəhid olub. Onlardan biri də qrup komandiri, baş leytenant Kamran Kazımovdur. 

Həm bir komandir, həm də olduqca vətənpərvər, ləyaqətli zabit kimi tabeliyində olan şəxsi heyət üçün hər zaman nümunə idi Kamran. İstəyərdi ki, keçirilən bütün praktiki məşğələlərdə məhz onun komandiri olduğu qrup birinci olsun və fəaliyyətini də əsasən bu istiqamətdə qururdu. Bir insan kimi çox səmimi, mehriban, gülərüz, tabeliyində olanlara qarşı son dərəcə diqqətcil idi. Dəstənin bütün şəxsi heyətinin uğuruna hədsiz dərəcədə sevinərdi.

Olduqca cəsarətli, gözündə heç zaman qorxu hissi olmayan bir komandir və mükəmməl döyüşçü idi. Elə döyüşdə də əsas amalı gözünü qırpmadan ancaq irəliyə - düşməni məğlubiyyətə uğradanadək üzərinə getmək olub. Onun qrupu cəsur komandirlərinin qorxmazlığından və vətənpərvərliyindən güc alaraq, döyüş meydanında əsl qəhrəmanlıqlar göstərdi”.   

Baş leytenant K.Kazımovun döyüş yolu elə Vətən müharibəsinin ilk günündən - 2020-ci il sentyabrın 27-dən başlayıb. Bu tarixdən etibarən onunla birgə döyüşlərə qatılmış “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində müddətdən artıq xidmət edən qazi silahdaşlarımız - çavuşlar Fərid Bağırlının və Ramiz Həsənovun qeyd etdikləri kimi, Kamran komandir olmaqla yanaşı, həm də əsl döyüşçü kimi öz cəsurluğunu və qorxmazlığını Murovdağ istiqamətində bir sıra strateji yüksəkliklərin azad olunması uğrunda başlayan ilk hərbi əməliyyatlarda göstərib: “Gözündə heç bir qorxu hissi olmayan və hər zaman özünə şəhid olmağı arzulayan komandirimiz vuruşmaqla yanaşı, şiddətli döyüşlərin gedişində irəli atılaraq neçə-neçə yaralı hərbi qulluqçumuzu ölümün cəngindən xilas edib və yenidən düşmənin başına od-alov yağdırıb”.

Çavuş Fərid Bağırlının qeyd etdiyi kimi, Kamran elə onun özünü və baş çavuş Əsgər Əhmədovu (sonralar Cəbrayıl istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olub) məhz düşmənin artilleriya atəşi altından xilas etmişdi.          

5 oktyabr 2020-ci il... Cəbrayıl istiqamətində gedən döyüş Kamranın son döyüşü oldu...

İştirakçısı olduğu bu hərbi əməliyyatlar barədə xatirələrini bizimlə bölüşən qazimiz çavuş R.Həsənov məhz cəsur komandirin rəhbərliyi altında qarşıya qoyulan bir çox döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirdiklərini deyir: “Bu döyüşdə baş leytenant K.Kazımov qrupun şəxsi heyəti ilə birgə düşmənin şəhər ətrafındakı yüksəkliklərdə yerləşən bir neçə strateji postunu ələ keçirərək, ermənilərin 38 nəfər canlı qüvvəsini, o cümlədən iki tankını, dörd topunu və biri sursat daşıyan olmaqla, iki avtomobilini məhv edib. Bundan qorxaraq, “UAZ” markalı avtomobillə döyüş meydanını tərk edərək qaçan yüksək rütbəli düşmən komandirini və sürücüsünü baş leytenant K.Kazımov “Muxa” tipli qumbaraatanla cəhənnəmə vasil edib. Təbii ki, bu məğlubiyyətlə barışmaq istəməyən və əlavə xeyli qüvvə toplayaraq yenidən hücuma keçən ermənilərin niyyətini yaxşı anlayan komandirimiz şəxsi heyət mühasirəyə düşməsin deyə onlara geri çəkilməyi əmr edərək, özü 2 nəfər silahdaşımızla birgə atəş dəstəyi ilə düşmənin irəliləməsinin qarşısını aldı. Lakin şiddətli döyüşün gedişində ağır yaralanan cəsur komandirimiz, eləcə də onunla birgə vuruşan Daxili Qoşunların digər hərbi qulluqçusu – baş çavuş Vüqar Cəfərov və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Orxan Əlimuradov qəhrəmancasına şəhid oldular”.

Baş leytenant K.Kazımov 2020-ci il oktyabrın 6-da Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub. Evli idi. Xalqımıza Aydan adlı qız və Ərtoğrul adlı oğul əmanəti qalan şəhidimizin yaxın aylarda üçüncü övladı da dünyaya göz açacaq.     

Azərbaycan Prezidentinin 9 dekabr 2020-ci il tarixli, 15 dekabr 2020-ci il tarixli, 22 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə baş leytenant Kazımov Kamran Qurbanəli oğlu (ölümündən sonra) “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Sən Vətənlə yaşadın, bu Vətəndən güc aldın,
Vətəni sevə-sevə sevgin ilə ucaldın,
Qəhrəmanlıq dastanın yazıb tarixdə qaldın,
Əzminin sorağını eşitdi bütün cahan,
Əziz canından keçib Vətənə sipər olan.

Adını yaşadacaq millətin hər bir zaman,
Vətən minnətdar sənə qəhrəman şəhid Kamran,
Səninlə qürur duyur atan, qardaşın, anan,
Həsrətinlə sızlayır səni sevən bir qadın
Kədərə yelkən açıb bacın, iki övladın.

Bu misralar şairə Manya Səxavətqızının zabitimizin şəhadətə qovuşduqdan sonrakı ilk doğum günü münasibətlə qələmə aldığı şeirindən parçalardır.

Kamranın ailə üzvlərinin və onunla birgə döyüşlərdə iştirak etmiş hərbçi yoldaşının xatirələri əsasında Azərbaycan Televiziyasının “TeleSəhər” verilişində efirə gedən “Cənnətində rahat uyu, cənab baş leytenant”, “Space” televiziya kanalında efirə gedən “Şəhidlik zirvəsi”, o cümlədən 30 yaşının tamam olması münasibətilə “ARB” televiziya kanalının “Günə doğru” verilişində efirə gedən “Şəhid baş leytenant Kamran Kazımov” adlı süjetlərdə qəhrəman zabitimizin gənc nəslə nümunə olan həyat və hərbi xidmət yolu barədə məlumatlar izləyicilərə təqdim edilib. Bundan əlavə, “525-ci qəzet”in 22 yanvar 2021-ci il tarixli sayında Şəhanə Müşfiqin müəllifi olduğu “Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!” başlıqlı məqalədə digər şəhidlərimizlə yanaşı, cəsur silahdaşımızın da həyat və döyüş yolu işıqlandırılıb.   

“Şəhid atası olmaq baş ucalığıdır” - deyən hörmətli veteranımız Qurbanəli Kazımovun qeyd etdiyi kimi, Kamran indi təkcə onun yox, həm də bu Vətənin övladıdır. Vətən uğrunda canını qurban verən Kamran kimi igid oğullarımızın əziz xatirəsi isə qədirbilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.

Allah rəhmət eləsin!

Mayor Anar ƏHMƏDOV
DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin redaktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ