Təhsil Nazirliyi məktəblərdə əyani tədrisin iki həftədən sonra dayandırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlamasında bu məlumatların yalan olduğunu söyləyib.
Onun sözlərinə görə, hazırda məktəblərdə əyani tədris davam etdirilir. Əyani tədrisin dayandırılacağı ilə bağlı hər hansı rəsmi qərar verilməyib: "Bu qərar ölkənin sanitar-epidemiologi vəziyyəti nəzərə alınmaqla verilir. Məktəblərdə tədrisin başlanılacağı və ya dayandırılacağı barədə qərarı Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti verir!
Fevralın 1-dən ölkə üzrə təhsil müəssisələrində ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib.