çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Türkiyənin qorxunc PUA-ları ordumuzun ixtiyarına verilir – Ermənistan müharibə təhlükəsini artırır

Image


Bu günlərdə qardaş Türkiyə Silahlı Qüvvələrinin arsenalına yeni silah daxil edilib. Müdafiə  Texnologiyaları Mühəndislik və Ticarət şirkəti tərəfindən tamamilə yerli imkanlar daxilində istehsal olunmuş “Karqu” adlı kamikadze dronlar qısa müddət əvvəl ordunun xidmətinə verilib. Şirkətin baş direktoru Murad İkinci “Karqu”nun 3 ildir istehsal olunduğunu və terrorla mübarizədə effektiv formada istifadə edildiyini bildirib. Onun sözlərinə görə, fırlanan qanadlarla yanaşı, sabit qanadlı yeni kamikadze “Alpaqu” pilotsuz uçuş aparatlarının sınaqları davam edir və yaxın zamanda ordunun xidmətinə veriləcək.

Qeyd edək ki, “Karqu” kiçikölçülü, üzərində silah daşıya bilən drondur. Xüsusi özəlliyi ondan ibarətdir ki, assimmetrik əməliyyatlarda və döyüşlərdə risqli bölgələrə daxil ola bilir və əsgərlər daxil olmadan öncə bölgəyə girərək təhdidləri aradan qaldırır. Hər hansı idarəetmə mərkəzinə ehtiyac duymur. Ümumiyyətlə, Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlardan sonra bəlli oldu ki, Ankara dron sahəsində böyük uğurlara imza atıb. Həmin dronlar vasitəsilə hərbi əməliyyatlar insan itkisini əhəmiyyətli dərəcədə azaldır. Eyni zamanda düşmənin texnika və canlı qüvvəsinin neytrallaşdırılması baxımından da bu dronlar, yaxud pilotsuz uçuş aparatları böyük əhəmiyyət kəsb edir. Belə bir vaxtda işğalçı Ermənistan üçün də ən böyük qorxulardan biri sözügedən dronların Azərbaycan ordusunda peyda ola biləcəyidir. Erməni analitik Yervand Bozoyan bunu mümkün sayır və qeyd edir ki, Ankara böyük zərbə gücünə malik dronlarını Azərbaycan tərəfinə də ötürəcək. O bunu həm də Rusiya və Türkiyə arasında baş verən proseslərin nəticəsi kimi qiymətləndirir:“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Moskva üçün yetərli qədər uyğun fiqurdur. İstənilən digər hökumət müzakirələrə daha az açıq və daha çox qərbyönlü olacaq. Bu o deməkdir ki, Moskva Ərdoğanla daha elastik və çoxsəviyyəli siyasət aparmalıdır. Amma Rusiya-Türkiyə münasibətlərində ən zəif halqa Dağlıq Qarabağ  münaqişəsidir.  Putinlə görüşdə gözlədiyindən daha az şey əldə edən Ərdoğan Qarabağ kartını oynayacaq. Türklər özlərinin Cənubi Qafqazdan olan qardaşlarına ən geniş yardımı göstərəcəklər. Ərdoğanın Bakıya səfəri zamanı tərəflər arasında hərbi-texniki müqavilə imzalandı. Buna əsasən, Ankara Bakını Suriyada uğurla istifadə edilən ən müasir pilotsuz uçan aparatlarla təchiz etməyə hazırlaşır. Ekspertlərin sözlərinə görə, cəmi 2 günə Türkiyə PUA-ları Suriyada 100-dən çox fərqli hərbi texnikanı məhv etdi. İndi bu silahları Azərbaycan özü də əldə etməkdə maraqlıdır. Elə Ankara da Bakının istəyinə yox deməyəcək”.

Həqiqətən də Türkiyənin Suriyada tətbiq etdiyi zərbə və kəşfiyyat dronları, dünyanın bir çox ölkələri kimi, Azərbaycanı da yaxından maraqlandırır. Burada söhbət  ilk olaraq "Bayraktar TB2", "Akıncı", ANKA, ANKA-S, "Alpagu", barəsində yuxarıda bəhs edilən "Karqu", "Sərçə" zərbə və kəşfiyyat PUA-larından gedir. Həmin silahlar bir sıra xüsusiyyətlərinə görə seçilir. Məsələn,  ANKA 24 saat havada uça bilir. Bu pilotsuz uçuş aparatı gecə və gündüz, istənilən hava şərtlərində nəzarət, sabit və ya hərəkətli hədəfi aşkarlama, müəyyənetmə, təqib məqsədli, real zamanlı görüntü kəşfiyyatı vəzifələrini yerinə yetirir. Digər pilotsuz uçuş aparatlarından fərqli olaraq, ANKA-S PUA-larının fəaliyyətinə "Türksat" peyklərinin əhatə dairəsinə daxil olan istənilən nöqtədən, hava şəraitindən asılı olmayaraq, asanlıqla nəzarət edilə bilər. Məsələn, bu günlərdə Suriya ərazisində fəaliyyət göstərən ANKA-S PUA-ları Ankaradan idarə edilə bilir. Tamamilə yerli və milli istehsal olan ASELSAN-ın "Sərçə" kvadrokopteri də döyüş əməliyyatlarında özünü doğruldub. Tam avtonom hərəkət edə bilən PUA gecə zamanı ərazini müşahidə etməyə imkan verir. 4 mühərrikdən hər hansı birinin sıradan çıxması uçuşu əngəlləyə bilmir.

Türkiyənin "Baykar Makina" şirkəti isə qardaş ölkə üçün ən müasir PUA-lar istehsal edir. "Baykar" tərəfindən hazırlanan və inkişaf etdirilən ilk "Bayraktar" PUA-sı 2007-ci ildə Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına daxil edilib. Bu aparat həm də ilk ixrac edilən Türkiyə PUA-sıdır. Şirkətin istehsal etdiyi məhsullar arasında daha üstün taktiki-texniki xüsusiyyətlərə malik "Akıncı" zərbə PUA-ları xüsusilə seçilir. "Akıncı" zərbə PUA-sı təyin edilən marşrut üzrə hava kəşfiyyatı aparmaq, əldə edilən məlumatları idarəetmə məntəqəsinə tədqim etmək, yerüstü, suüstü və hava hədəflərinə müstəqil və ya operatorun komandası ilə silahlanmasında mövcud olan sursatlarla aviazərbələr endirmək üçün nəzərdə tutulur. PUA-ların havada olduqda belə tapşırıqları və ya hədəflərinin dəyişdirilməsi, həmçinin onların ləğv edilməsi mümkündür.
Bu PUA-nın istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir. "Akıncı" PUA-ları kifayət qədər geniş rayonlarda uzun müddət davam edən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müddət) sinifinə aiddir. Buna səbəb kimi onların ölçüləri ilə bərabər həm fəaliyyət radiusunun, həm uçuş yüksəkliyinin, həm də daşıdığı faydalı yükün kütləsinin hardasa pilotlu hərbi təyyarələrin göstəricilərinə yaxınlaşması göstərilir. HALE sinfindən olan PUA-lar dünyanın yalnız 4 ölkəsi tərəfindən istehsal edilir. "Akıncı" MAM-L, MAM-C, "Cirit", L-UMTAS, UMTAS, BOZOK, MK-81, MK-82, MK-83, HGK, KGK, Teber-82, "Gökdoğan", "Bozdoğan", SOM kimi lazer və ya idarəolunan raket və bombalardan istifadə edə bilir.

Azərbaycanın bu dronların alışını həyata keçirməsi isə tamamilə mümkün sayılır. Ekspertlər hesab edir ki, əslində bu dronların alışını vacibdir. Məsələn, Azərbaycan ordusunun silahlanması üçün əldə edilən ROKETSAN şirkətinin SOM qanadlı raketlərinin yaşlanan qırıcı aviasiya əvəzinə yeni "Akıncı"ya inteqrasiyası daha məqsədəuyğundur. Bu proses PUA-ya 180 kilometrə qədər məsafədən, nəinki Ermənistan Hava Hücumundan Müdafiə qoşunlarının məhvetmə zonasına daxil olmadan, hətta ona yaxınlaşmadan 230 kiloqramlıq döyüş başlığı ilə hədəflərə nöqtə zərbələri endirməyə imkan verə bilər. Digər tərəfdən isə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində idarəolunan aviasiya bombalarının "Akıncı" ilə tətbiqi də mümkündür. Belə olan halda qırıcılar üçün təhlükəli hesab edilən vəzifələrin eyni silahlara malik PUA-larla, həm 24 saat ərzində havada fasiləsiz müşahidə aparmaqla, həm də tam təhlükəsiz məsafədən yerinə yetirilməsi ordumuz üçün hərbi əməliyyatlar teatrında ciddi üstünlük qazandırar. Hazırda bu sinif PUA-ların əvvəlki versiyaları Qətər və Ukrayna tərəfindən əldə edilib. Azərbaycan, eləcə də Pakistan, İndoneziya, Filippin, Oman və Malayziya isə bu məhsullarla yaxından maraqlanır. Ekspretlər hesab edir ki, Türkiyənin "Akıncı" PUA ailəsinin yalnız alınması deyil, həm də Azərbaycanda istehsal sahəsinin yaradılması mümkündür. Ən azı o baxımdan ki, Azərbaycanın bu sahədə təcrübəsi də var. İsraillə belə istehsal həyata keçirilir. Belə ki, “Pegasus 120” adlanan PUA İsrailin “Aeronautics” şirkəti ilə müştərək əsasda "Azad Systems" müəssisəsində istehsal olunur. Hərbi və mülki təyinatlı logistik yüklər daşıyan “Pegasus 120” 75 kiloqramadək yükləri 40 kilometrə qədər məsafəyə daşıya və tam yüklü vəziyyətdə havada 45 dəqiqəyədək qala bilir.

Bundan başqa, məlumdur ki, İsrailin “Israel Aerospace Industries LTD” şirkəti Azərbaycanda nümayəndəlik açıb. Xatırladaq ki, “Israel Aerospace Industries” Azərbaycanla fəal əməkdaşlıq edir. Xüsusilə Azərbaycan şirkətdən “Naqor” PUA və digər avadanlıq alıb. Şirkət aviatexnika, kosmik peyklər, rabitə və kəşfiyyat üçün alət və avadanlıqların istehsalı, dünyada aparıcı PUA tərtibatçısı və istehsalçısıdır. Onlardan bəzilərinin dünyada analoqu yoxdur. Bundan başqa, məlumdur ki, Azərbaycan Silahlı Qüvvələri öz cəbbəxanasını İsrailin “Elbit Systems” şirkətinin istehsal etdiyi “SkyStriker” idarə olunan uçuş aparatları ilə zənginləşdirib. Azərbaycan ordusunun ixtiyarında artıq “Israel Aerospace Industries” şirkətinin istehsalı olan “Harop” və “Aeronautics Defense Systems” şirkətinin istehsalı olan “Orbiter 1K” birdəfəlik kiçik zərbə PUA-ları da var. 2016-cı ilin aprelində dördgünlük müharibənin gedişində həmin PUA-lardan erməni mövqelərinə zərbələrin endirilməsində istifadə edilib. “Harop”dan fərqli olaraq, “SkyStriker” və ADS “Orbiter 1K”, demək olar ki, səssizdirlər, belə ki, elektrik mühərrikləri ilə hərəkətə gətirilirlər.

Bütün bunlar o deməkdir ki, Türkiyə də Azərbaycanla PUA sahəsində sıx qarşılıqlı əməkdaşlıq edə bilər. Azərbaycanın belə silahlara ehtyiacı müharibə aparan ölkə kimi yüksəkdir. O baxımdan ki,  zərbə PUA-larının tətbiqi Hərbi Hava Qüvvələrinin pilotlu vasitələri üzərinə düşən döyüş yükünün azaldılmasına imkan verir. Digər tərəfdən isə, bu PUA-lar qırıcılarla qarşılıqlı əlaqədə paralel hava əməliyyatlarında iştirak edərək ordumuzun hava komponentinin zərbə gücünü artırmağa da imkan verə bilər. Hər halda, bir məqam dəqiqdir ki, qardaş ölkədən yeni PUA-ların alınması Azərbaycana hərbi müstəvidə əlavə üstünlüklər qazandıracaq. Elə düşməni də lərzəyə salan budur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirilir

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ