Sahibə Qafarova bu gün 6-cı çağırış Azərbaycan Milli Məclisinin sədri seçilib.
"İnterfaks-Azərbaycan"agentliyinin müxbirinin verdiyi məlumata görə, S.Qafarovanın namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təklif edilib, onun lehinə 116 deputat səs verib.
Iclasda Milli Məclin sədr müavinləri də seçilib. Səsvermə nəticəsində Əli Hüseynli Milli Məclis sədrinin birinci müavini seçilib.
Adil Əliyev və Fəzail İbrahimli də Milli Məclis sədrinin müavinləri seçilib.
Bu gün 6-cı çağırış Milli Məclisin ilk iclası keçirilib