çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Ankara və Moskvanın İdlib anlaşması İrəvanı yasa boğdu

Image


Rusiya və Türkiyə arasında Suriya ilə bağlı Moskvada əldə olunan razılıq bu iki ölkənin Yaxın Şərq əməkdaşlığının davam edəcəyini göstərir. Xatırladaq ki, Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüşdən sonra tərəflər atəşkəs və əməkdaşlığın davam etdirilməsinə dair razılıq əldə edib. Dünya ölkələrinin bu razılığa münasibəti fərqlidir. Məsələn, Qərb ölkələri bu razılıqdan o qədər də məmnun deyil.

Cənubi Qafqaz ölkələrinin də məsələyə münasibəti fərqlidir. Qonşu Gürcüstan burada daha çox neytrallıq nümayiş etdirsə də, Ermənistan ciddi şəkildə narahatlıq keçirir. Məsələn, erməni ekspert Ruben Baqratyan bildirir ki, Türkiyə və Rusiyanın İdlib anlaşması Ermənistan üçün müsbət heç nə vəd etmir:“Türkiyə - Rusiya yaxınlaşması Ermənistanın mövqelərinin daha da zəifləməsi anlamına gəlir. Çünki Ankaranın Ermənistana münasibəti bəllidir. İdlibdə son hadisələrdən sonra Moskva və Ankaranın əlaqələrindəki çatlar Ərdoğanın Rusiya səfəri ilə düzəldi. Rusiya üçün Türkiyə daha vacib amildir və buna görə, Türkiyənin istəyinə uyğun olaraq, Moskva Ermənistanı qurban verə bilər”.

Ümumiyyətlə, Ankara ilə Moskva arasında yaxınlaşmanın geosiyasi nəticələrinin olması qaçılmaz sayılır. Bu prosesin bütövlükdə qlobal siyasətə, o cümlədən Cənubi Qafqazda da. təsir edəcəyi istisna edilmir. İndiki durumda  İrəvan Rusiya - Türkiyə münasibətlərinin normallaşmasını özünə təhlükə kimi qiymətləndirsə də, real heç bir addım ata bilmir. Erməni analitiklər iddia edr ki, Türkiyə ilə yenidən yaxınlaşma fonunda Kreml Ermənistanın təhlükəsizliyinin müdafiəsindən geri çəkilə bilər. Onlar hesab edir ki, bu, daha çox, geosiyasi əhəmiyyətli Türkiyə və Azərbaycan faktoru ilə bağlıdır. Erməni politoloq Yervand Bozoyan qeyd edir ki, Türkiyə və Suriya orduları arasında toqquşma Türkiyə-Rusiya münasibətlərində ciddi gərginlik yarada bilərdi. Amma Ərdoğan Moskvaya səfər etməklə buna son qoydu: “Böyük dövlətlər arasında güclü gərginlik olanda onlar Liviya və Suriyada olduğu kimi bu gərginliyi daha kiçik tərəfdaşları vasitəsilə meydanlara ötürürlər. Rusiya-Türkiyə gərginliyi güclənərdisə, prosesin Qarabağa ötürüləcəyi ilə bağlı böyük təhlükə mövcud olardı. Amma o zaman Rusiya yenə bizi müdafiə edə bilərdi. Lakin bu dəfə biz Rusiyanın müdafiəsindən məhrumuq. Çünki Kreml Ankara ilə əlaqələrini yenidən düzəldir. Belə olan halda Ankaranın Qarabağ məsələsini aktivləşdirəcəyini söyləmək olar. Regiondakı hazırkı situasiya sayəsində Ermənistan rəhbərliyi gərək bütün hərbi resurslarını konsolidasiya edib, müharibəni gözləsin. Lakin biz bu dəfə güclü Azərbaycan, onun tərəfdaşı Türkiyə qarşısında təkik”. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan da eyni narahatlığı bölüşür:“Ermənistan Yaxın Şərqdəki vəziyyətin inkişafını diqqətlə izləyir və başqa ölkələrdən olan həmkarları ilə daim əlaqədədir”. O qeyd edib ki, Suriyada baş verən hadisələr Cənubi Qafqaza birbaşa təsir edə bilər:
“Bu bizim üçün çox vacibdir. Biz bütün hadisələri diqqətlə izləyirik. Bundan başqa tərəfdaşlarımızla, xüsusilə də Rusiya ilə, zərurət yarandığı təqdirdə isə digər ölkələrlə daim əlaqədəyik. Məlumatı birinci əldən almaq üçün əməkdaşlıq edirik”. Erməni tərəfində bu fikir hakimdir ki, Türkiyə və Rusiya formatında İrəvana təzyiqlər artır. Azərbaycan isə bu münasibətdən istifadə edərək Ermənistanı daha ağır duruma salır.

Digər tərəfdən məsələni şərtləndirən məqamlardan biri də Moskvanın özünün Ermənistanı cəzalandırmaq niyyətidir. Çünki Kreml İrəvanın onun orbitindən çıxması ilə barışmaq istəmir.  Rusiyanın “Kommersant” nəşri də məsələyə bu prizmadan yanaşır: “Ermənistan, dəfələrlə verilən mesajlara rəğmən, Qərbə can atır və Rusiyanın onun üçün etdiklərini unudur. Təbii ki, Kreml bunu qəbul edə bilməz. Nikol Paşinyan iqtidarı, buna rəğmən, Rusiyadan uzaqlaşmağa çalışır. Eləcə də Rusiyaya yaxın şəxsləri neytrallaşdırmağa can atır. Məsələn, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsdə saxlanması bunun təsdiqidir. Rusiya prezidenti Vladimir Putinin dostluğunu gizlətmədiyi Köçəryana qarşı olan təqib Ermənistan-Rusiya münasibətlərində əsas ağırlaşdırıcı amillərdən biridir. Köçəryandan başqa KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, həmçinin Prezident Administrasiyasının keçmiş rəhbəri Armen Qevorgyanın da ittiham edildiyi Konstitusiya quruluşunun pozulmasına dair cinayət işinə Şenqavit Birinci İnstansiya Məhkəməsində baxılır. Köçəryana qarşı məhkəmə işi təkcə Ermənistanın daxili məsələsi deyil. Əvvəldən Moskva siyasətçinin ətrafındakı hadisələri yaxından izləyir. Proses 2018-ci ildə başlayanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu cür hərəkətlərin “yeni Ermənistan hakimiyyətinin addımları sələflərinə siyasi təqib göstərmək niyyətində olmadıqları ilə bağlı açıqlamalarına ziddir” deyə açıqlama verib. Maraqlıdır ki, Köçəryana qarşı cinayət işi açıldıqdan sonra Rusiya prezidenti ona zəng vurub və ad günü münasibətilə təbrik edib. Ötən ilin oktyabrında Avrasiya İqtisadi Birliyinin Ali Şurası İrəvanda toplaşarkən Rusiya lideri Ermənistanın keçmiş prezidentinin həyat yoldaşı Bella Köçəryan və oğlu Levon Köçəryanla görüşmüşdü. Görüş Rusiyanın İrəvandakı səfirliyində baş tutmuş və hər kəs bunu Rusiya prezidentinin dəstəyi kimi qiymətləndirmişdi. Rusiya tərəfi Ermənistanın ikinci prezidentinə qarşı başlanan prosesi siyasi təqib hesab edir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - FOTO

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ