çərşənbə günü, 04 noyabr 2026
     

Ermənistanın azərbaycanlılara qarşı soyqırımlar tarixi - V yazı

Image


Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində xalqımız böyük faciələr yaşayıb.

Dağlıq Qarabağda ermənilər tərəfindən həyata keçirilən ilk işğal prosesindən danışarkən Kərkicahanın işğalını xüsusi qeyd etməliyik. Ermənilər Dağlıq Qarabağın qədim yaşayış məskəni olan və tarixən Azərbaycan türklərinin yaşadığı Kərkicahanı işğal edərək əhalisinə divan tutmaqla

böyük tarixi cinayətlərə yol veriblər.  

Tarixçilər qeyd edirlər ki, ermənilər tərəfindən 1989-cu ildən başlayaraq Xankəndidən azərbaycanlı əhalisi deportasiya olunmağa başlayır. Heç bir səbəb göstərməyən ermənilər öz havadarlarının köməyilə bu prosesi həyata keçirirdilər. Təbii ki, bu prosesin baş verməsində keçmiş SSRİ rəhbərliyinin razılığı vardı. Tarixçilərin verdiyi bilgiyə görə, ermənilərin silahlı hücumlarına, göstərdikləri təzyiqlərə baxmayaraq, bir neçə min nəfər əhali isə işğal gününədək Kərkicahanda qalır. Öz doğma yurdlarında ermənilər tərəfindən müxtəlif zorakılıqlara, təqiblərə məruz qalan kərkicahanlılar çox böyük problemlər yaşayırlar.

Rəsmi mənbələrdə bildirilir ki, Kərkicahan əhalisi gizlincə Malıbəyli tərəfdən Ağdama, Şuşaya və Bakıya gələrək ermənilərin onların başlarına gətirdiyi müsibətləri keçmiş rəhbərliyə çatdırırdılar. Həmin dövrdə ermənilər Kərkicahan camaatını qazsız, susuz, işıqsız qoymuşdular və digər ərazilərlə rabitə yox idi, onlara keçmiş Azərbaycan rəhbərliyindən isə heç bir dəstək verilmirdi. Keçmiş Azərbaycan rəhbərliyindən heç bir dəstək almayan həmin insanların bir çoxu erməni pusqusuna düşür və işgəncə ilə öldürülürdü. Buna isə reaksiya verən tapılmırdı. Ermənilər azərbaycanlılara işgəncələr verir, onları fiziki, mənəvi, psixoloji cəhətdən incidirdilər.

Xankəndi sakini olan Leyla Məmmədova adlı bir şəxsin mətbuata dediklərindən: “1990-cı ildə mən kolxozda işləyirdim və Kətükdən Xankəndiyə gəlirdim. Yolum Quşçulardakı erməni pusqusundan keçirdi. Orada erməni əsgərləri bir qızın başını kəsmiş, digərini isə asmışdılar”. Bütün bunlar açıq şəkildə baş verirdi, amma erməni daşnaklarının qanunsuz əməlləri, cinayətləri cəzasız qalırdı.

Məlumatlara görə, 1991-ci il dekabrın 29-u, gecə saat 22:00-da ermənilər artıq öz mövqelərini tutur. Saat 23:30-da hücum əmri verilir və savaş başlayır. Əsas hücumlar Kərkicahan tərəfə idi. Azərbaycanlıların Kərkicahandan çıxması üçün 3 yol var idi: Kərkicahandan birbaşa Şuşaya, Ərminavan ərazisi, Bakı-Xankəndi-İrəvan magistral yolu.

Tarixçilər qeyd edirlər ki, Kərkicahan işğal olunmuşdu, hərbçilərin bir çoxu orada idi və keçmək mümkün olmadı. İşğalların bir çoxunu həyata keçirən 366-cı motoatıcı alay Kərkicahanla Xankəndinin arasında yerləşirdi. Ərminavandakı binalar isə partladılmış və yolun üstünə düşmüşdü. Yol bağlanmışdı. Təkcə yol Bakı-Xankəndi-İrəvan magistralı idi. Bəzi məlumatlara görə, həmin magistral tərəfdən Ağdam və Xocalı əhalisi köməyə gəlirdilər. Yaşayış məntəqəsi işğal olunan zaman əsir düşən insanların gözləri, başları və digər yerləri kəsilir. Meyitlər yandırılır və ya itə yem edilir. İnsanların dərisi soyulur və s. Atışma səhərə qədər davam edir və erməni qüvvələri qalib gəlir. İşğal qurtardıqdan sonra isə yaşayış məntəqəsinin bir hissəsi və meşə əraziləri yandırılır. Şuşa elə bir yerdə idi ki, Xankəndi ovuc içi kimi görünürdü. Kərkicahan Xankəndiyə nisbətən daha da yaxın idi. Ermənilərin Kərkicahanı işğal etməsi nəticəsində 34 nəfər şəhid olub, 150 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.

Tarixçilərin bildirdiyinə görə, 1960-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxararaq özünü Xankəndi şəhərinə birləşdirmişdilər. Azərbaycanlılar yaşayan bu qədim kəndə şəhər tipli qəsəbə statusu verilmişdi. Xankəndi şəhərini vaxtilə Qarabağ xanı Pənahəli xanın oğlu Mehdiqulu xan Kərkicahan yaxınlığında salmışdı. Oykonim mənbələrdə Kərkican və ya Kirkican kimi qeydə alınıb. Əsli Kərkican olan bu etnotoponim kərki tayfa adından və yer, məkan bildirən can topoformantından ibarət olub, "kərki tayfasının məskəni" mənasındadır.

Qeyd etdiyimiz kimi, Kərkicahan uğrunda döyüşlərdə 150-dən çox azərbaycanlı, 40 qadın və 110 kişi şəhid olub. Həmin vaxt kəndin müdafiəsi yerli əhali, polis və yenicə yaranmış Azərbaycan Ordusunun bir qrup əsgəri tərəfindən təşkil olunmuşdu. Lakin bu müdafiə qüvvələri Xankəndi istiqamətindən qəsəbəyə doğru hücuma keçən erməni silahlılarının istifadəsində hərbi texnika və ağır silahlar olduğundan, son nəticədə geri çəkilməyə məcbur oldular. Bununla belə, pis silahlanmış Azərbaycan əsgərləri bir müddət erməni silahlılarının hücumlarının qarşısını aldılar və bunun hesabına dinc əhali qəsəbədən çıxa bildi. Kərkicahan kəndi uğrunda gedən döyüşlər haqqında rejissor Ceyhun Mirzəyev tərəfindən "Fəryad" bədii filmi çəkilib.

SSRİ dövründə Kərkicahanda 1922, 1939, 1959, 1978 və 1990-cı illərdə zavod və fabriklər açılır. 1930-cu ildə Qarabağa yenidən erməni əhali yerləşdirilir və onların xeyli hissəsi də Kərkicahana gətirilir.

İkinci Dünya Müharibəsində kərkicahanlılar da yaxından iştirak ediblər. Xankəndi Hərbi Komissarlığının arxivlərində də göstərilir ki, Kərkicahan ərazisindən ümumi 161 kişi və 2 qadın savaşda iştirak edib. Onlardan yalnız bir nəfər məshəti türkü olub, qalanları isə azərbaycanlı idi. 79 nəfər həlak olub. Onların 20-si itkin düşüb. 64-ü isə əlillik dərəcəsi alıb. Bundan da göründüyü kimi, ermənilər həmin dövrdə Kərkicahanda yaşamayıblar.

Kərkicahan sakinləri repressiyadan da ciddi əziyyət çəkiblər. Belə ki, SSRİ dövründə repressiya qurbanlarının sayı gizlədilirdi. Lakin SSRİ dağıldıqdan sonra bir neçə azərbaycanlı tədqiqatçı Moskvaya üz tutub və arxiv sənədlərini yoxlayıb. Arxivlərdə SSRİ-nin hər bir kəndindən neçə nəfərin repressiya qurbanı olması barədə məlumatlar var. Həmçinin, Kərkicahandan. Ümumiyyətlə, biz bu repressiyaları araşdırdıqda görə bilərik ki, repressiya olunan şəxslərin bir çoxu erməni satqınlığından zərər görüb və ya ermənilərə müqavimət göstərən zaman üstünə damğa vurulub.

1930-cu illərdə Ermənistandan Qarabağa axışan ermənilər azərbaycanlıların evlərinə göz dikir, evləri, tarixi yerləri dağıdırdılar. Azərbaycanlılar buna qarşı çıxan zaman ermənilər hay-küy salaraq rəhbərliyə məktublar göndərirdilər: "Türklər bizi qırır!". Buna görə də günahsız adamları qurban edirdilər. Hamçinin, Stalin rejimi hər zaman ermənilərin dayağı idi. 1920 və 1932-ci illərin repressiyası zamanı Kərkicahan itki verməyib. 1921-ci ildə yalnız bir nəfər - Əli Allahyar oğlu Ağamalıyev qurban olub. Az.ÇK-nın Kollegiya iclasının materiallarına əsasən (materiallar Moskvadadır), 1923-cü ildə haqsız yerə öldürülən 89 nəfərin 21-i Dağlıq Qarabağdan, onların da 8-i Xankəndi və ətraf yaşayış məntəqələrindəndir. 1931-ci ildə Kərkicahanın baş axundu Sahibi Qəhrəman oğlu Hacı Qulu repressiya qurbanı olub. 1935-ci ildə isə Kərkicahandan bir ailənin üzvü olan 3 nəfər repressiyaya məruz qalıb: İsmayılov Çələbi Məmməd Qərib oğlu, qaynı Çopur Kərim və kiçik qardaşı İsmayılov Matan Murtuz oğlu. Sənədlərdə qeyd olunub ki, onlar şəhər ərazisində panika və iğtişaşlar yaratmaqda suçlanıblar. Ən çox itki 1938-ci ildə baş verib. Həmin il Kərkicahandan 9 nəfər şəxs, ümumi Xankəndi və tərkibindəki yaşayış məntəqələrindən isə 23 nəfər repressiya qurbanı olub. Əlbəttə, bütün bu işlərdə də soyumuzu kəsməyə həris olan erməni daşnaklarının “xidmətləri” olub.

1960-cı və 1991-ci illərdə Kərkicahanda məktəblər açılır. Bu dövrə qədər isə mədrəsə və xan qızı Natəvanın evində məktəb fəaliyyət göstərirdi. 1950-1970-ci illərdə yanğınsöndürmə idarəsi, ATS, bağça, klub, su və qaz idarələri, stadion, 2 park, 2 hotel, pansionat, SES və bir çox idarə yaradılır. Kərkicahan həm də Azərbaycanın əsas kurort yerlərindən biri idi.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ