çərşənbə günü, 04 noyabr 2026
     

Gürcüstan da Ermənistanın iqtisadi təcridinə qoşulur

Image


Ermənistan baş naziri Nikol Paşinyanın  Gürcüstan səfəri İrəvan üçün fiasko ilə nəticələnməkdədir. Belə görünür ki, elə bu səfərdən sonra Ermənistanın iqtisadi blokadasına qoşulanlardan biri də Gürcüstan olacaq. Düzdür, Gürcüstan bunu Ermənistanın ona ərazi iddiası olması ilə bağlı etmir. Çində 2019-cu ilin sonlarında başlayan koronavirus xəstəliyinin artıq Qafqaza da çatması Tiflisi bu addımı atmağa vadar edir. İranın ardınca Ermənistanın Gürcüstan sərhədlərinin də bağlanması bu ölkə üçün fəlakət kimi qiymətləndirilir.

Məsələ burasındadır ki, Ermənistan onsuz da regionda təcrid vəziyyətinə düşmüşdü. Bu ölkənin xariclə əlaqəsi İran və Gürcüstan üzərindən həyata keçirilirdi. Amma artıq İranla sərhədlər bir neçə gündür bağlıdır. Bu, iki ölkə arasında iqtisadi münasibətlərə də təsir edir. Belə ki, İranla sərhədlərin bağlanması Ermənistan bazarına tədricən ağır zərbə vurur. İranla Ermənistan arasında həm ticarət, həm də turizm mübadiləsi xeyli dərəcədə zəifləyib. Bu da zəif və kövrək olan Ermənistan iqtisadiyyatına ciddi şəkildə mənfi istiqamətdə təsir edir. Xatırladaq ki, martın 1-də Ermənistanda koronavirusa ilk təsdiqlənmiş yoluxma faktı qeydə alınıb. Virus İrandan gəlmiş 29 yaşlı Ermənistan vətəndaşında aşkarlanıb. Hazırda koronavirus səbəbindən Ermənistanda 50-yə yaxın şəxs təcrid olunub.

Erməni biznesmen Vaqram Mirakyan isə qeyd edir ki, artıq yaxın günlərdə Ermənistan iqtisadiyyatı Gürcüstan hökumətindən də böyük zərbə ala bilər. Onun sözlərinə görə, Gürcüstan Ermənistan şirkətləri və yükdaşıyıcıları tərəfindən daşınan İranın tərəvəz və meyvələrinin ölkəyə girişinə qadağa qoyub:“Çoxlu sayda erməni şirkəti və fiziki şəxslər İrandan aldıqları meyvə və tərəvəzləri Ermənistan gömrüyündə qeydiyyatdan keçirir və Rusiya bazarında satır. Biz İran və Rusiya arasında vasitəçiyik. Biz pul qazanırıq, vergi isə Ermənistana qalır. Amma artıq vəziyyət dəyişib”. İndi Gürcüstan erməni yük maşınları üçün keçidi bağlayıb. Hazırda İranın kivi, alma, pomidor və digər kənd təsərrüfatı məhsulları olan xeyli sayda yük maşını Gürcüstan-Ermənistan sərhədində dayanıb. Vaqram Mirakyan bu xüsusda bildirib: “Təhlükə ondan ibarətdir ki, məhsul Ermənistanda qalsa, yerli bazarda çürüyəcək, çünki ölkədə bu qədər böyük istehlak yoxdur. Nəticədə qiymətlər fəlakətli şəkildə enəcək ki, bu da sektordakı bütün müəssisələrə, eləcə də yerli alma və ya tərəvəz satan qurumlara təsir edəcək. Şayiələr gəzir ki, Gürcüstan istənilən yük maşınının Ermənistana giriş-çıxışını qadağan etmək istəyir. Bütün hallarda diplomatik müdaxilə vacibdir”. Qeyd edək ki, Gürcüstan hökuməti koronavirus təhlükəsi səbəbindən Ermənistanla sərhədləri bağlayıb. Ermənistanın "Qraparak" nəşri yazır ki, Gürcüstanla sərhədlər uzun müddətə bağlı qala bilər. Çünki Ermənistan hakimiyyəti koronavirusla mübarizəyə hazır deyil və Tiflis də bunu nəzərə alır.

Qəzet yazır ki, söhbət təkcə İrandan gələnlər üçün qrip peyvəndi, maska çatışmazlığı, karantinə alınmamaqdan getmir, hətta ölkədə operativ qərargah da yaradılmayıb:"Bu, iqtisadiyyatdan müdafiəyə qədər yalnız sağlamlıq problemi deyil, məsələ ilk növbədə ordu ilə əlaqəlidir. Əsgərlərin qohumlarına ziyarət qadağası qoyulub, ancaq koronavirus hava-damcı yolu ilə ötürülən virusdur. Zabit heyəti və xidmət işçilərini qorumaq üçün nə edilir? Virus orduda yayılsa, necə olacaq? Bütün normal ölkələrdə əməliyyat qərargahları yaradılıb və ciddi şəkildə işlənmiş bir plan var. Ermənistanda bu yoxdur. Belə vəziyyətdə Gürcüstanın sərhədləri bağlaması normal haldır". Ermənistanın "Çiçəklənən Ermənistan" partiyasının lideri Haqik Tsarukyan hökumətin koronavirusun yayılmasına qarşı gördüyü tədbirlərin yararsız və səmərəsiz olduğunu bəyan edib. O deyib ki, hakimiyyət vaxtında tövsiyələrə məhəl qoymadı, bu gün isə özünə haqq qazandırmağa çalışır. O əlavə edib ki, apteklərdə qoruyucu maska və dərman tapmaq mümkün deyil:"Vəziyyət təhlükəlidir. Ermənistan hökumətinin iqtisadi proqramı ölkənin inkişafını təmin etmək qabiliyyətinə malik deyil. Mən Harvardda təhsil almamışam, ancaq biznes sahəsində böyük təcrübəm var. Ermənistan iqtisadiyyatını şifahi, ağızdan deyil, praktiki olaraq bilirəm. Bizə iqtisadiyyatın dirçəlməsi, kənd təsərrüfatının yaxşılaşdırılması, kiçik və orta biznesin inkişafı lazımdır. Amma bunlar yoxdur. Bu durumda İran və Gürcüstanla sərhədlərin bağlanması vəziyyəti daha da pisləşdirir”. Tsarukyan deyib ki, hökumət iqtisadi inqilab elan edəndə borc alanların sayı 1,5 milyon nəfər idisə, indi onların sayı artıq 1,6 milyonu keçib. Partiya sədri vurğulayıb ki,  Ermənistanın iqtisadi inkişafı adi vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə təsir etmir. Belə vəziyyətdə Ermənistanın təcrid durumunun genişlənməsi isə sadə vətəndaşlara, iş adamlarına, idxal və ixracatla məşğul olanlara, Tsarukyanın fikrincə, əhəmiyyətli dərəcədə pis təsir edəcək. O, vəziyyətdən çıxış yolu olmadığını da bildirib və bu durumda ölkədə sosial narazalığın daha da dərinləşəcəyini vurğulayıb.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ