Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gəlib. Dövlətimizin başçısı Ağstafa şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının fəaliyyəti ilə tanış olub. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Azərbaycan Prezidenti Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında da iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Ağstafa rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Martın 4-də 110/35/10 kilovoltluq “Ağstafa” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib. Prezident İlham Əliyev açılışda iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiya haqqında məlumat verib. Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.
Prezident Ağstafa Aqrar Sənaye Kompleksinin də açılışında iştirak edib. Kompleksin Müşahidə Şurasının sədri Rəsul Orucov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Prezident İlham Əliyev komplekslə tanış olub. Sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşüb.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Ağstafada yerləşən “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Prezident İlham Əliyev martın 4-də Tovuz rayonuna da səfər edib. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda görülən işlər barədə dövlət başçısına məlumat verib.
Prezidenti “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin, Tarix-Diyarşünaslıq Muzeyinin,
Dövlət Rəmzləri Muzeyinin, “ASAN Həyat” kompleksinin açılışlarında iştirak edib. ASAN könüllüləri ilə görüşüb, görüşdə çıxış edib və xatirə şəkli çəkdirib.
Prezident İlham Əliyev Tovuzda Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində də iştirak edib, yolun rəmzi açılışını bildirən lenti kəsib.
Baki-xeber.com