çərşənbə günü, 04 noyabr 2026
     

Ermənistanın azərbaycanlılara qarşı soyqırımlar tarixi - IV yazı

Image


Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yüzlərlə kənd, qəsəbə, şəhər viran edilib, əhalisi şəhid olub, əsir və girov götürülüb, bir qismi isə məcburi köçkünə çevrilib.

Ermənistan və onun havadarları Xocalıda, Xocalıya qədər isə işğal etdikləri digər ərazilərimizdə xalqımıza qarşı qanlı cinayətlər törədib, kütləvi qırğın, soyqırım aktı həyata keçiriblər. Erməni şovinistlərinin, daşnaklarının Azərbaycan xalqına vurduğu yaralar hələ də qanayır. Ermənilərin tükürpədici qətllər törətdiyi Xocalının Meşəli kəndi onlar tərəfindən tamamilə viran edilib.  

Azərbaycan Respublikasının Xocalı rayonunun kəndi olan Meşəlinin işğalı, əhalisinin şəhid edilməsi hadisəsi qanlı bir faciə kimi yaddaşlarda yaşayır.  

1992-ci ildən Ermənistan silahlı qüvvələrinin işğalı altında oan Meşəli kəndi qədim bir türk kəndidir və digər ərazilərimiz kimi ermənilər bu kəndimizə də öz mənfur caynaqlarını uzadıblar.

Meşəli kəndinin adı türk dilində izah olunur və meşəlik yerdə yerləşdiyinə görə belə adlandırılıb. Xocalıdan əvvəl də ermənilər dinc əhaliyə qarşı amansız vəhşiliklər edib, kütləvi qırğınlar törədiblər. Xocavənd rayonunun Qaradağlı kəndində 1992-ci il fevralın 17-dən 18-nə keçən gecə 77 nəfər dinc kənd sakini qətlə yetirilib, 84 nəfər isə əsir götürülüb. Çəmənli, Malıbəyli, Kərkicahan, Meşəli kəndlərindəki erməni vəhşilikləri azərbaycanlılara qarşı törədilmiş cinayətlər sırasında amansızlığı ilə seçilir. Xocalı soyqırımına gedən yol bu kənddən və digər kəndlərimizdən başlayıb.

Erməni silahlı qüvvələri tərəfindən Malıbəyli və Quşçularda törədilən qətliamlar tarixə qanlı izlər salıb. 10 fevral - 12 fevral 1992-ci il tarixlərində ermənilər Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular, Yuxarı Quşçular kəndlərini də darmadağın edib, əhalisini öldürüblər. Bu kəndlərin əsas hədəf kimi seçilməsinə səbəb onların strateji baxımdan əlverişli mövqedə yerləşməsi idi.

Malıbəyli və Quşçular qətliamından danışan tarixçilər qeyd edirlər ki, Qarabağ müharibəsi zamanı 10 fevral - 12 fevral 1992-ci il tarixlərində erməni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc etnik azərbaycanlı qətlə yetirilib.

Hadisələrin gedişatından və qətliamdan danışan tarixçilər qeyd edirlər ki, Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri (administrativ olaraq Aşağı Quşçular və Yuxarı Quşçular olaraq ayrılır) rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4000 nəfərə yaxın əhali yaşayırdı. 1988-ci ildə Xocalıya olduğu kimi, bu kəndlərə də Ermənistandan zorla çıxarılmış, təxmini sayı 1500-ə yaxın köçkün yerləşmişdi. Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdilər. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi.

1992-ci il fevralın 5-də kəndlərin üstündə uçan bir vertolyot kəndlilərə üzərində yaşayış yerlərini tərk etmək üçün onlara iki gün vaxt verildiyi yazılan bildirişlər payladı. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış vertolyotla mümkün idi. Şuşaya uçan axırıncı vertolyot yanvarın 28-də ermənilər tərəfindən vuruldu.

Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərinin düşmən işğalından azad edilməsi üçün təşkil etdiyi hücumlara və yaxınlıqda yerləşən erməni kəndlərinə doğru edilən həmlələrə son qoymaq məqsədilə ermənilər zirehli texnika və ağır artilleriyadan istifadə etməklə Malıbəyli və Quşçular kəndlərinə hücum etdilər.

Fevralın 10-u gecə yarısı rus silahlılarının da yardımı ilə erməni silahlı birləşmələri Malıbəyliyə hücum etdilər. Kənddəki qadın və uşaqlar Quşçular kəndinə qaçdılar. Kənddəki evlər yandırıldı. Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşdular. Yaxınlıqdakı Şuşa və Xocalı şəhərlərinə gedən yollar kəsildiyindən, kəndlərə ən yaxın yaşayış məskəni Ağdam rayonunun Abdal-Gülablı kəndi idi, lakin bu kəndə gedən yol ermənilərin məskunlaşdığı kəndlərdən keçirdi.

Tarixçilər qeyd edirlər ki, Ermənistanın təcavüzkar silahlı birləşmələrinin tərkibinə, həmçinin, Suriya, Livan, ABŞ və Fransadan gəlmiş könüllü ermənilər də qatılmışdılar. ATƏT-in sülhməramlı missiyasının Qarabağda iştirakı zamanı Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri erməni silahlı birləşmələri tərəfindən ələ keçirildi. Bununla da Şuşa və Xocalı şəhərləri tamamilə blokadaya alındı.

Tarixçilər bildirirlər ki, tarixdə bir əsrdə neçə dəfə erməni-azərbaycanlı müharibəsi olub və bu, XX əsrin sonlarına yaxın bir də təkrarlanıb, bu dəfə daha dəhşətli şəkildə.

Tarixçi Həyat Məhərrəmova qeyd edir ki, həmişə də erməni hiyləsi, erməni bicliyi özünü göstərib, özgə boşqabı yalayan, ikiüzlü, yaltıq, mənfur ermənilər ah-nalə qopardaraq haqqı nahaqqa boğdura biliblər. O vurğuladı ki, erməni terrorçuları 1988-1993-cü illərdə Azərbaycan vətəndaşlarına qarşı çoxlu terror əməli törədiblər. Onlardan biri də Meşəli, Malıbəyli, Quşçular faciəsidir. Həmçinin, qeyd etdi ki, erməni silahlı qüvvələri Qarabağda müharibəyə başlayarkən hədəf torpaqlarımızı silah gücünə ələ keçirmək olub. Azərbaycanın o vaxtkı rəhbərləri isə bunu münaqişə adlandırır, xalqı aldadır, torpaqların işğalını ictimaiyyətdən gizli saxlayırdılar...

H. Məhərrəmova bildirir ki, hələ 1991-ci ildə Meşəli kəndi ermənilərin hədəfində idi. “Ermənistan silahlı qüvvələri və onun muzdlu döyüşçüləri tərəfindən Meşəli kəndi böyük vəhşiliklə və amansızlıqla yer üzündən silindi. 1991-ci il dekabrın 23-də, səhər saat 7 radələrində erməni qüvvələri kəndi mühasirəyə almış və son evədək yandırmışlar. Çox böyük insan tələfatı olub. İlkin məlumata görə, ermənilər 30 nəfərdən artıq azərbaycanlını (qocaları, qadınları, uşaqları) qətlə yetirmiş, bir çoxunu isə vəhşicəsinə yandırmışlar. İtkin düşənlər olub. Kənd sakinlərindən 3 nəfərin evindən heç kəs çıxa bilməyib, 12 nəfər qadın, uşaq, qoca diri-diri yandırılıb.

Meşəli faciəsi bir daha göstərdi ki, ermənilər Dağlıq Qarabağı azərbaycanlılardan tam təmizləmək üçün Moskvadan və İrəvandan xüsusi göstəriş alıblar.

Meşəlidə genosid törədildi. İki gün ərzində vertolyotlar vasitəsilə günahsız adamların meyitləri daşınıb”. O, Nəbilər kəndinin də ermənilər tərəfindən viran edildiyini qeyd etdi. Bildirdi ki, 1992-ci il yanvarın 18-də erməni silahlı dəstələri Şuşa rayonunun Nəbilər kəndinə hücum edərək kəndi oda qaladılar. Qeyri-bərabər döyüşdə ermənilər üstünlük qazanaraq kəndi xarabazarlığa çevirmişlər.

Kənd əhalisi Şuşaya pənah aparıb. Günəşli kəndinin də eyni faciə ilə üzləşdiyini qeyd edən tarixçi vurğuladı ki, 1992-ci il fevralın 5-də Xocavənd rayonunun Günəşli kəndi ermənilər tərəfindən işğal olunub. 1992-ci il fevralın 11-də ermənilər tərəfindən Malıbəyli və Quşçular kəndlərinin tamamilə yandırıldığını xatırladan ekspert bildirdi ki, hər iki kənddən 13 nəfər girov götürülüb, 15 nəfərdən artıq adam şəhid edilib.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ