çərşənbə günü, 04 noyabr 2026
     

Rostovun qubernatoru İlham Əliyevə Heydər Əliyevə aid düz 40 il əvvəlki unikal videoyazını hədiyyə etdi - FOTO

Image


Prezident İlham Əliyev martın 3-də Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

-Xoş gəlmisiniz, sizi görməyə çox şadam. Əminəm ki, səfəriniz məhsuldar və xoş olacaq. Bizi qədim dostluq telləri bağlayır. Şadam ki, bu gün bizə gəlmisiniz. Əlbəttə, sizin səfərinizin gündəliyi yetərincə zəngindir. Bildiyimə görə, çoxlu görüşləriniz olacaq. Mənim fikrimcə, bu görüşlərin hamısı çox konstruktiv olacaq və onların nəticələrinə əsasən gələcək əməkdaşlıq yollarını planlaşdıracağıq. Ona görə ki, həm əmtəə dövriyyəsinin artırılması, həm də investisiya layihələrinin, mədəni layihələrin həyata keçirilməsi sahəsində böyük potensial var. Ümumiyyətlə, biz qonşuyuq, demək olar ki, eyni regionda yaşayırıq. Buna görə də, kənd təsərrüfatı istiqamətləri ümumiyyətlə oxşardır. Odur ki, kooperasiya üzrə istiqamətlər çoxdur. Bildiyiniz kimi, biz sizin kənd təsərrüfatı texnikasından fəal istifadə edirik və bizim fermerlər razıdırlar. Beləliklə, görüləsi işlər çoxdur, gündəlik zəngindir. Ümidvaram ki, səfəriniz çox səmərəli olacaq. Bir daha xoş gəlmisiniz.

Rostov vilayətinin qubernatoru Vasili Qolobev deyib:

- Əvvələn, səmimi qəbul üçün Sizə təşəkkür edirik. Biz artıq işə başlamışıq və xeyli görüşlər olub. Biznes nümayəndələri işləyirlər. Bilirəm ki, bu layihələr çox konkretdir, hər iki tərəfin marağına uyğundur. Bu, Sizin dediyiniz kimi, maşınqayıranlara da, “Waterfall PRO” şirkətinə də aiddir. Polimerlər istehsal edən bu şirkət xammalı Azərbaycandan alır. Potensial böyükdür, təqribən 60 min ton məhsuldan söhbət gedir. Ümidvaram ki, həmin şirkətlərlə əldə edilmiş razılaşmalar reallaşacaq. Onlar praktiki olaraq reallaşmağa başlayıb. Rostov vilayəti geniş şaxələndirilmiş regiondur. Son illərdə bizdə sənaye sektorunun, aqrar sənaye sektorunun inkişaf dinamikası yaxşıdır. Turizm potensialının inkişaf etdirilməsi üçün gözəl imkanlarımız var. Bir neçə şirkət elə bu gün əlaqələrin inkişafı barədə sazişlər imzalamağa hazırdır – sabah bu sazişlər imzalanacaq.

Mən humanitar əməkdaşlıq mövzusunu ayrıca qeyd etmək istərdim. Bizim ali məktəblər arasında əməkdaşlıq haqqında bu gün də müqavilələr var. Bilirəm ki, bizim Rostov Dövlət Texniki Universitetinin, Cənub Federal Universitetinin və bir sıra başqa ali məktəblərin konkret əlaqələri reallaşıb. Çox xoşagələn haldır ki, bu tərəfdaşlıq münasibətləri qədim tarixə malikdir.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev Prezident İlham Əliyevə videoyazı olan xatirə albomunu təqdim etdi.

Videoalbom 1980-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevin Rostov vilayətinə səfərinə həsr olunub. Səfər zamanı ulu öndər Böyük Vətən müharibəsi illərində misilsiz şücaət göstərmiş Azərbaycan əsgərlərinin qəhrəmanlığına həsr edilən və Rostov vilayətinin azad olunmasının rəmzi olan “Sambek yüksəklikləri” xatirə abidəsinin açılışında iştirak edib. O zaman alman faşistləri ilə döyüşlərdə böyük hünərlə vuruşan həmvətənlərimizdən ibarət 130-cu və 416-cı atıcı diviziyalar “Taqanroq” fəxri adına layiq görülmüşdü.

Prezident İlham Əliyev deyib: Bizim ortaq tariximizi xatırlatdığınıza görə çox təşəkkür edirəm. Əlbəttə, 40 il bundan əvvəl Heydər Əlirza oğlu Əliyev Rostov vilayətində bu memorialın açılışında iştirak edib. Bu tarix bizə çox əzizdir. Sağ olun ki, bu xatirəni qoruyursunuz. Riqqət hissi doğuran belə videoçarxa görə sağ olun. Əlbəttə, bu il bizim ümumi Qələbəmizin böyük bayram ilidir. Azərbaycanda Böyük Vətən Müharibəsi veteranları dövlət tərəfindən həm mənəvi, həm də maddi baxımdan dəstəklənirlər. Biz onların fədakarlığını, qəhrəmanlığını həmişə xatırlayırıq. Mən hər il mayın 9-nu adətən Bakıda veteranlarla birgə keçirirəm. Lakin, bu il Vladimir Vladimiroviç Putindən dəvət almışam və mayın 9-da Moskvada olmağı planlaşdırıram. Onu da demək istəyirəm ki, bizim ümumi Qələbəmiz şərəfinə Azərbaycan Ordusunun zabitləri Qızıl Meydanda paradda iştirak edəcəklər.

Fürsətdən istifadə edib onu da demək istərdim ki, bu məsələ barədə Rusiyanın və Azərbaycanın mövqeləri tamamilə eynidir. Böyük Vətən Müharibəsi haqqında həqiqətin təhrif edilməsi, tarixi yenidən yazmaq, faşizmi və faşistləri qəhrəmanlaşdırmaq cəhdlərinə qarşı biz də qətiyyətlə mübarizə aparırıq. Buna görə də, bu məsələdə bizim mövqelərimiz tamamilə üst-üstə düşür. Bu mövqelər həm tarixi həqiqətə, ədalətə, həm də ona əsaslanır ki, gələcək nəsillər kimin təcavüzkar, kimin təcavüz qurbanı olmasına, kimin qalib gəlməsinə və bu Qələbənin nəyin bahasına qazanılmasına heç vaxt şübhə etməsinlər.

Biz həlak olmuş bütün sovet vətəndaşlarının xatirəsini, əlbəttə, bizim nümayəndələrin də xatirəsini Azərbaycanda ehtiramla yad edirik. Müharibədə Azərbaycandan iştirak edənlərin yarısı, 300 min nəfərdən çoxu həlak olub. Müharibə illərində Sovet ordusunun sürtgü yağlarına tələbatının 90 faizini, benzinin və tanklar üçün yanacağın 80 faizini Azərbaycan təmin edirdi. Bu bizim ümumi Qələbəmizdə mühüm rol oynayıb. Bizim zavodlarda zəruri silahlar, o cümlədən məşhur “Katyuşa” raketləri istehsal edilirdi. Ona görə də, biz həmin günü ehtiramla yad edirik və bu xatirə hədiyyəsinə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Sağ olun.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ