Prezident İlham Əliyev martın 3-də Goranboy rayonuna səfər edib. Dövlət başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə son vaxtlar rayonda görülən işlər barədə məlumat verib.
Prezidenti İlham Əliyev Goranboy rayonuna səfəri çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Daha sonra Prezident Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdikdən sonra Prezident xəstəxanada yaradılan şəraitlə tanış olub.
Tibb ocağının kollektivi ilə görüşən dövlət başçısı onlarla xatirə şəkli çəkdirib.
Prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialının fəaliyyəti ilə də tanış olub. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevə müəssisədə yaradılan şərait barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şəmkir rayonuna da səfərə gəlib. Dövlət başçısı əvvəlcə Şəmkir şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Prezident İlham Əliyev Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlərlə bağlı məlumat verib.
“Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi də istifadəyə verilib. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə kompleks barədə məlumat verib. Dövlət başçısı kompleksin işə salınmasını bildirən düyməni basıb. Sonra o, kompleksin kollektivi ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.