Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT Minsk Qrupu həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. “Trend”-in məlumatına görə, bu barədə nazir öz “Twitter” səhifəsində yazıb.
O bildirib ki, ATƏT Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində daha aktiv fəaliyyət göstərməlidir: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır”.