Mən sizə bir qəlbin ətir saçan çiçəyindən - Mehriban xanım Əliyevadan danışmaq istəyirəm. Mən onun titullarından, təltiflərindən, mükafatlarından deyil, insanlığından söz açmağa calışacam. Zahirən kövrək olan bu xanımın çiyinlərindəki yükün ağırlığına necə tab gətirdiyindən bəhs etmək istərdim. Sadə və səmimi sözlərlə...
O insandan ki, amalı, məqsədi, məsləki, əqidəsi ancaq yaxşılıq etməkdir. Dara düşən, çətinliyə dücar olan insanların dadına çatmaqdır. Sözü, fikri, əməli xeyirlə yoğrulmuş, işığı və zəkası ilə digərlərini işıqlandıran, özü şəxsiyyət zirvəsinə ucalan, ömrünü xeyriyyəçiliyə həsr edən, sözü ilə əməli həmahəng olan, gənc ikən müdrik olan birindən.
İnsan hər şeydən əvvəl ruhun gücüdür.
Stenford Universiteti belə bir təəssüf doğuracaq fakt aşkar etmişdir ki, adi insan öz əqli potensialının yalnız 2 faizini istifadə edir.Yerdə qalan 98 faiz isə fəaliyyətsiz şəkildə öz növbəsini gözləyir. Mehriban xanım isə öz fəaliyyəti ilə bizi potensialımızdan tam olaraq istifadə etməyə həvəsləndirir. Onun özəlliyi də bundadır.
Mehriban xanim öncə özünün və ətrafının, daha sonra isə bütöv cəmiyyətin istiqamətini müəyyən edən, aydın fikrə malik insandır. Uğur əldə etmək üçün bir xüsusiyyət mütləq olmalıdır - məqsədlərin dəqiqliyi, nə istədiyinizi dəqiq bilmək və onu əldə etmək yanğısı. Bizim Mehribanımız da məhz bu yanğı ilə məqsədlərə nail olur. Onun uğuru hər gün əlində olan işin üzərində səylə calışmağının nəticəsində olmuşdur.
Sokrat “vəzifə qorxusu”nu iyrənc, cəsarəti və özünə əminliyi isə vəzifənin uğurla həyata keçməsində əsas vasitə hesab edirdi. Qələbənin yolu cəsarətdən keçir. Necə ki, Platon buna uyğun “qorxaqlar heç bir zaman zəfər abidəsi tikə bilməz” ifadəsini işlətmişdi. Mehriban xanım aydınlanmanı öz ölkəsi, toplumu və ətrafı üçün bir məşəl edən cəsarətli vəzifə sahibidir.
Onun mehriban çöhrəsi biz xanimlara yaşam gücü verir. Bəzən kicik bir problemi faciəyə çevirən bizləri yıxıldıqda qalxıb hamıdan güclü olduğumuzu sübüt etməyə ruhlandırır. İnsanlarla mehriban olan Mehriban xanım, sanki həyatın acı tərəfini insanlardan uzaqlaşdırır və həyatına hüzur verir. Mehriban xanımın əqidəsində heç bir iş çətin deyil, sadəcə, qarşıya qoyulan məqsədə nail olmaq lazımdır. Uğur məqsəddir, yerdə qalan hər şey isə təfsirdir. Haradan gəldiyimiz mühüm deyil, mühüm olan hara getməyimizdir. Hara getməyimiz isə bütünlüklə özümüzdən və düşüncələrimizdən asılıdır. Aydın məqsədlər Mehriban xanımın inamını artırır, daha səriştəli edir və motivasiyasını gücləndirir. Məqsədlər nailiyyət ocağının yanacağıdır. Nəyi əldə etmək istəyiriksə, onu alt şüurumuza həkk etdirməliyik. Mehriban xanım nə isə etmək istəyəndə səs-küy salmır, sakitcə məqsədinə catmağa çalışir və ortaya möhtəşəm bir iş cıxardır.
Konfutsi deyir: “Uzun səyahətlər bir addimla başlayır”. Qətiyyətlə yola çıxan Mehriban xanım üçün heç bir yol uzun deyil, səbrlə hazırlaşan adam üçün heç bir uğur uzaq deyil. Çox adam yanlış olaraq düşünür ki, uğurun hesabını ona nail olduqdan sonra ödəməlidir. Onlar həyat ocağının qarşısında oturub deyirlər: “Əvvəlcə məni isit, sonra isə mən odun ataram”. Mehriban xanım indiki vəziyyət və nail olmaq istədiyi məqsəd arasında körpü yaradır.
İllər ərzində liderlər üzərində aparılmış 3300-dən çox müşahidə və araşdırma nəticəsində onların hamısında bütün digər xüsusiyyətlərindən fərqlənən ümumi bir cəhət aşkar edilmişdir. Bu, təsəvvür qabiliyyətidir. Mehriban xanım da gözəl təsəvvürə malikdir. Mehriban xanım kim olduğunu və nə istədiyini bina tikilməzdən əvvəl hazırlanan layihə dəqiqliyi qədər dəqiq təsəvvür edəndir. Mehriban xanım gələcək, hara getmək və ora çatmaq üçün nə etmək haqqında düşünür. İnsan olmağın məsuliyyətindən qorxmur, çünki yükdə xəfif, dəyərdə nadir, qiymətdə olan bir zənginlikdir bu.
Mehriban xanım şüurluluğun, fərqindəliyin, kəşfetmənin, yenilənmənin, heyrət etmənin örtüsünə bürünmüş bir insandır. Yaşadığı hər gündə xalqını daha yaxşı bir hala gətirmək fürsəti təqdim etmək haqqında fikirləşir. Bu onun ölkəmizi daha parlaq bir gələcəkdə görmək istəməsinin təzahürüdür.
Çox inandığım bir söz var: “Daha yaxşı, yaxşının düşmənidir!” Halbuki, bu söz təkcə insanın özünü yeniləməsinin, kəşf etməsinin, çoxaltmağının qarşısında keçərsizdir. Mehriban xanım hər gün yenilənmək, kəşf edə bilmək qabiliyyətinə malikdir.
Biz var olan şeyləri gorər və təəccüblənərik. Mehriban xanım isə olmayan şeyləri xəyal edər və deyər: ”Nədən olmasın?! ” Ümumiyyətlə,” uzaq məsafəli düşünmək”, yəni bu gün veriləcək qərarlarda bir neçə il sonranı nəzərə almaq şəxsi və peşəkar həyatda uğur qazanmağın əsas amilidir. Mehriban xanım gələcəyi aydin təsəvvür etdiyinə görə həmin gələcəyin reallaşması ücün bu gün düzgün qərarlar verir.
Mehriban xanım daxili dəyərləri ilə harmoniyada yaşayan insandir. Həqiqi dəyərlərlə harmoniyada yaşamaq özünəinama və özünəhörmətə aparan əsas yoldur.
Xoşbəxtlik ən qaranlıq zamanlarda belə var, yetər ki, işığı açmağı unutmayaq. Bizim Mehriban xanım da işığı yandırmağı bacaranlardandır. O, sanki biz xanımlara ideal anı gözlə, anı yaşa və onu ideallaşdır, deyir. Bizim həyata inamımızı artırır. Həyatda asan iş yoxdur. Ən asan iş yemək yeməkdirsə, onun uçun də çənəni tərpətməlisən.
Diqqət uğurlu insanların xüsusiyyətidir. Dahilik sonsuz əziyyətləri qəbul etməkdir. Bütün möhtəşəm nailiyyətlər böyük diqqət və sonsuz əziyyətlə müşayiət olunur.
Mən Mehriban xanımı Tereza anaya bənzədirəm. Tanrının qismətinə bax ki, Tereza ana da avqustun 26 da doğulub. Ümumiyyətlə, Tereza Ana Tanrını sevdiyi üçün onun yaratdığı hər şeyi, o cümlədən insanları sevirdi. İllər sonra jurnalistlərdən biri ona deyəcək: "Şəxsən mənə milyon dollar versələr də, o xəstəyə toxunmazdım." Tereza Ana isə təbəssümlə cavab verəcək:"Şəxsən mən də milyon dollar müqabilində ona kömək etməzdim. Ancaq Tanrıya olan məhəbbətim məni bu addımı atmağa sövq etdi
Xanım Əliyevanin xəstə uşaqlara göstərdiyi mərhəmət məni həmişə hədsiz heyran qoyub. Onun əziz bayramları onlarla keçirməsi, öz nəvələrindən ayırmaması, onları öpüb bağrına basması bir insan üçün balaca bir işdir, insanlıq ücün isə cox böyük bir dərsdir. Nəvələrinə isə körpəlikdən aşılamaq istədiyi mərhəmət hissidir. Onların qəlbinə ideoloji cəsarət toxumları əkmək deməkdir. Bunlar ömür boyu xatırlanan hekayələrdir. Necə ki, üç balasını yetışdirdiyi kimi. Ana həm də övlad üçün, ictimai tərbiyə ücün yaşamalıdır. Qadın bütün həyatı çiçəkləndirən qüdrətli varlıq, mənəvi gözəllik, ruhi əzəmət və əxlaqi saflıqdır. Ana qəlbi pak, ülvi duyğuların, nəcib, xeyirxah arzu və istəklərin məskənidir. Ana qəlbi insanın ilk məktəbidir, məhəbbətin, səmimiyyətin, sədaqətin pozulmaz kitabıdır.
Xeyirxahlıq məfhumu olmasaydı, insanlıq da olmazdı. Həyat bəzən nəyi isə itirdiyimiz yerdən başlayır. Ən ümidsiz anımızda bizə uzanan, həyatımıza toxunan əllərdə, bəzən darıxdığımızda, bəzən addım atmağa gücümüz qalmadığında, dibə doğru çəkildiyimizi hiss etdiyimizdə, amma ən sonunda yeni bir başlanğıc ücün ayağa qalxdığımızda başlayır həyat. İçində itib-batdığımızda çox şeyi öyrədir bizə həyat. Təkcə bir toxunuşla qaranlıqdan çıxırıq, xəyallar qururuq, o qaranlıq isə bir anda dağılır, həyata bağlanırıq. Mehriban xanım o qaranlıqlarımızı dağıtmağa göndərilmiş bir möcüzədir. Gözəgörünməz qüvvə bizi yıxılmaqdan qorxmamağa çağırır, çünki yıxıldıqda bizi qaldiran biri var artıq. Bu qüvvənin adı ümiddir, Mehriban xanım bizim ümidlərimizi gerçəkləşdirən bir varlıqdır.
Tarix özü də heç vaxt xeyirxah əməlləri unutmur. Xeyirxahlığı ilə insanların qəlbində əbədi yer tutmuş şəxsiyyətlərimizi hamımız yaxşı xatırlayırıq . Bizim Mehribanımız da tarixdə qalanlardan olacaq. Gəlin unutmayaq ki, ən böyük əxlaqi vəzifə öz qəlbini xeyirxahlıga öyrətməkdən, başqalarına da onu təlqin etməkdən ibarətdir. Xeyirxah iş, xeyirxah əməlləri ilə taninan Mehriban xanim mənən ucalır, yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevrilir.
Məhəmməd Peyğəmbərin kəlamında deyilir:”Dünyəvi həyat əkin kimidir,onun məhsulu o dünyada yığılır”.
Səxavətli insan ALLAHa, xalqa, behiştə yaxın və cəhənnəmdən uzaqdır.
Mehriban xanımın qaçqınlara, kimsəsizlərə, qocalara göstərdiyi diqqət onlara arxalarında güclü bir dövlət olduğunu sübut edir.
Həyata baxışımız, özümüzü qiymətləndirməyimiz, dəyərlərimizi müəyyənləşdirməyimiz əsas etibarilə ətrafımız tərəfindən müəyyən edilir. Bütün karyeramız və işimizə münasibətimiz ətrafımız tərəfindən - gündəlik ünsiyyətdə olduğumuz insanlar tərəfindən müəyyən olunur. El arasında belə bir deyim var: “Mehriban xanımın qapısına gedən naümid qayıtmaz”. Bu onun qəlbinin saflığından, mərhəmətindən, iç dünyasının rəngarəngliyindən xəbər verir. Azərbaycan ziyalılarının əhatəsində böyüyən, Ulu öndər ocağında gəlin olan Mehriban xanım başqa cür ola bilməzdi.
Mehriban Əliyeva deyir:“Həqiqi mərhəmət real işlər görülməsini, konkret addımlar atılmasını tələb edir. Ən dəhşətlisi laqeydlik və biganəlikdir. Bunlar olmamalıdır. Sən istər ictimai xadim ol, istər dövlət xidmətində çalış, sadəcə, insanlıgı qoruyub-saxlamaq lazimdır”.
Mehriban xanım yaxşı əməlləri ilə insanlara örnək olası və başqalarını da yaxşı əməllərə sövq edən, dünyamızda hələ də var olan pisliklərin fonunda qayəsində kimlərəsə yaxşılıq etmək duran, amalında sülhpərvərlik duyğuları kök salan bir insandır.
“Mən humanizmin tərəfdarıyam və mənim üçün insan həyatı hər şeydən üstündür”- deyir, Mehriban xanım.
Humanizm kövrək qəlbin ifasıdır. Buna görə də rəhm hisslərini özündə daşıyır. Humanist insanlar öz ruhlarının göy üzünə bağlılığını dərk edərək, belə düşüncələri özlərində daşıyaraq, yer üzündə xeyirxah əməlləri həyata keçirməyi özlərinə borc hesab edirlər. Humanizm ruh zənginliyini özündə ehtiva edir. Mənəvi aləmə insanları sövq edir. Humanizm müdrikliyin tərkib elementləridir. Humanizm xeyirxah istəklərin və məqsədlərin məğzini ifadə edir. Humanizm, həmçinin, püxtələşmiş (burada müdriklik zirvəsinə yüksəlmə nəzərdə tutulur) insanın dəyərli xarakterini yaradan daxili hissələrdir, hisslərin məcmusudur. Humanist baxışlı, humanist qəlbli insanlarda səbr, dözüm mühüm şərtdir. Sabit və baza etibarilə dəyişməz pozitiv xarakter humanist təbiətli insanların məğzini təşkil edir.
Mehriban xanım həm də gözəl həyat yoldaşı, evdar xanım olmağı da bacarır. Sosial şəbəkələrdən onun ev işlərində nələrə qadir olduğunu gorürük. Möhtərəm prezidentimiz müsahibələrindən birində deyir ki, mən ancaq xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram, özünun kulinar əsərləri ilə mənə və ailəmizin bütün üzvlərinə çox sevinc bəxş edir.
Şəms Təbrizinin təbrincə desək, Mehriban xanım vətən üçun qan, dostlar üçün göz yaşı, ailə üçün tər tökənlərdəndir.
Hər gün yaxşı adam kimi günə başlamaq və yaxsi adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır.Yaxşı adam olmaq dağ başında, tufan qarşısında əlində top saxlamaq kimidir. Bir an unutdunsa, bir an boş buraxdınsa, əlindən düşəcək. Bəli, həyat budur. Bizim Mehribanımız isə bir an belə yaxşi olmaqdan əl çəkmir. Deyirlər, yaxşı insan olmaq ya irsən keçir, ya da tərbiyə ilə əldə olunur. Mənim fikrimcə, hər ikisinin rolu var, eyni zamanda insanın öz-ozünü yetişdirməyi isə ən vacibidir.
Mehriban xanım yaxşısı ilə, pisi ilə bütün insanları sevir. Yaxşılıq hər şeyi məğlub edir və özü heç vaxt məğlub olmur. Mövlana deyir: “Gül tikanla dostluğa qatlanıb səbr etdiyi üçün ona cox gözəl bir rayihə və lətif bir rəng nəsib oldu”.
Mehriban xanım dünyada ən böyük xoşbəxtlik olan yaxşılıq etmənin sevincini yaşayır.
Sonsuz kainatın, sonsuz sevginin, sonsuz yaxşılığın və sonsuz var olmağın böyüklüyü ilə dayanmadan özünü inkişaf etdirməyə çalışan Mehriban xanım hər zaman, hər formada, hər kainatda qazanan insandır.
Qoy Günəş, Ay Mehriban xanımın həyat yolunu işıqlandırsın ki, onun qəlbinin gözəlliyi həmişə, hər yerdə özünü büruzə verə bilsin, necə ki, verir.
Gülbehişt ORUCOVA ATU Əsaslı Kitabxananın direktor müavini