çərşənbə günü, 04 noyabr 2026
     

Paşinyan bütün xüsusi xidmət və kəşfiyyat orqanlarını hakimiyyətdaxili rəqiblərin izlənməsinə səfərbər etdi

Image


Ermənistanda hakimiyyət daxilində getdikgə özünü daha qabarıq şəkildə büruzə verməyə başlayan problemlər Nikol Paşinyan iqtidarı üçün indi ən böyük təhdidlərdən birinə çevrilib. Hətta fikirlər səslənir ki, hadisələrin indiki şəkildə inkişafı fonunda Paşinyan iqtidarının devrilmə ehtimalı da yüksəkdir. Elə bundan irəli gələrək Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin gizli dinləmə funksiyasını həyata keçirən bölməsinin işlərini gücləndirmək və bu işlə məşğul olanların sayını əhəmiyyətli dərəcədə artırmağı tapşırıb.

Məlumata görə, Paşinyanı tənqid edən bütün şəxslərə qarşı gizli dinləmə və xarici nəzarət həyata keçirmək tapşırılıb. Təkcə Paşinyanı tənqid edənlər deyil, eyni zamanda onu tənqid edənlərin ailə üzvləri və yaxınları da gizli dinləmə obyektidir. Qeyd olunur ki, gizli dinlənilənlərin bu cür misli görünməmiş sayı heç vaxt olmayıb. Artıq Ermənistan Milli Təhlükəsizlik Xidməti resursunun böyük bir hissəsi Ermənistanda Paşinyan əleyhdarlarına qarşı nəzarət həyata keçirmək və bu barədə ona məruzə etmək üzərində mərkəzləşib.  Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti zabitlərindən bir çoxu yaranmış misilsiz vəziyyətə sadəcə heyrət edir.

Ermənsitanın “Qraparak” nəşri yazır ki, hadisələrin bu səpkidə inkişafını şərtləndirən əsas məqamlardan biri Paşinyan komandasının monolitlikdən uzaq olmasıdır. Qəzetin yazdığına görə, elə gün yoxdur ki, Ermənistanda yeni bir qalmaqal yaranmasın və hansısa bir cavabdehin bəyanatı dövlətin birinci simalarının dodaqlarından səslənməsin:“Referendumun seçkiqabağı təbliğat mərhələsində olduğu üçün məlumat verilməlidir ki, bu cür bəyanatlar, qalmaqallar getdikcə artacaq, vəziyyət daha da idarəolunmaz olacaq və insanlar daha çox təşvişə düşəcəklər. Məsələn, bu günlərdə  hökumət rəhbəri hüquq-mühafizə orqanları rəhbərlərini yanına çağırıb, onların iştirakı ilə korrupsiyaya qarşı yönəlmiş alovlu bir çıxış edərək növbəti populist təbliğat aktını həyata keçirib. Çıxışın qısa mənası bu olub ki, ötən 2 il ərzində Ermənistan korrupsiyaya qarşı mübarizədə misilsiz uğurlar qazanıb. Lakin Nikol Paşinyan templərdən, xüsusilə də “dövlət reketi” ölçülərindən razı qalmayıb. Bu “dövlət reketi” adı altında müxtəlif varlılardan mühakimə, məhkəmə, normal hesablamalar olmadan və zərərlərin ölçüləri dəqiqləşdirilmədən böyük məbləğlər toplanır. Hökumət rəhbəri razı deyil, çünki “hüquq-mühafizə sisteminin rəhbərləri” arasında hansısa “tapşırıqları” yerinə yetirmiş “xainlər” olub. Bu “xainlər” kimlərdir? Onlar kimin və hansı göstərişləri yerinə yetiriblər? Niyə bunlar tapılmayıb və cəzalandırılmayıb? Nə bir söz, nə də bir konkret say və ya ad. Əlbəttə, bu məsuliyyətsiz münasibət sözdə yeni deyil. Qeyd etməyə məcburuq ki, Nikol Paşinyan təkcə “ağlar”ın yox, eyni zamanda savadsızların baş naziridir”.

Ermənistanın “Milli Gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan da eyni mövqedən çıxış edir:“Nikol Paşinyan özünəməxsus sensasion üslubda bildirdi ki, Ermənistanın hüquq-mühafizə sisteminin ən yuxarı halqalarında soyğunçulara qarşı mübarizə aparmağa və xalqa vəd etdiyi milyardları geri qaytarmağa mane olan xainlər var. Amma hesab etmək olardı ki, bu onun təxəyyülünün növbəti məhsuludur. Paşinyan sui-qəsdlər nəzəriyyəsinə qayıdıb və artıq rəhbərlik etdiyi hüquq-mühafizə orqanlarında xainlər tapıb”. Ermənistanın “Past” nəşrində dərc olunan məqalədə də məsələyə bu prizmadan yanaşılır: “Hakimiyyət dəyişikliyi dövründə Paşinyanla birlikdə addımlayan insanlar, əsasən dövlət idarəetmə aparatı haqqında heç bir təsəvvürə malik olmayan gənclər dərhal rəhbər vəzifələrə gəldilər. Bununla da Paşinyan ümid edirdi ki, heç olmasa dövlət idarəetmə sistemini yeniləyə və fəaliyyətini daha səmərəli və şəffaf edə biləccək. Kadr seçimini edərkən Paşinyan peşəkarlıq və təcrübəni yox, siyasi məqsədəuyğunluğu nəzərə alıb. Ancaq zaman göstərdi ki, eyforiya təsiri altında yüksək vəzifələrə təyin edilənlər özlərini doğrultmur. Paşinyan kadr siyasətinə uygun etdiyi təyinatları Ermənistanda artıq korrupsiyanın olmadığını bildirmək üçün kifayət hesab etsə də, zaman bunun əksini sübut etdi. Çünki bəzi öz təyin etdiyi kadrları, dövlət nəzarəti xidmətinin rəhbəri, elm, təhsil, idman və mədniyyət nazirinin müavini və şəhərsalma komitəsinin sədri, indi də Acapnyak məhəlləsinin rəhbəri və sair şəxslər korrupsiya qalmaqalları ilə ortaya çıxdılar. Bu, mövcud hakimiyyət üzvlərinin korrupsiyadan azad olmadığını göstərdi. Hətta mətbuat konfranslarının birində baş nazir kadr siyasətində nöqsanların olduğunu etiraf etməli oldu.  Bununla belə, kadr siyasətinin problemləri bunlarla məhdudlaşdırmır, çünki bir çox digər dövlət məmurları aşağı səviyyəli peşəkarlıqları ilə məşhurdurlar. Yəqin ki, bir çox məsələlərin baş nazirə çatmayanadək və ya baş nazir müdaxilə etməyənə qədər həll edilməməsinin səbəbi budur. Ümumiyyətlə, mövcud problemlərin həlli ilə bağlı cəmiyyətin müxtəlif tələbləri aidiyyəti qurumlara deyil, ilk növbədə baş nazirə ünvanlanır. Siyasi baxımdan məqsədəuyğunluğundan irəli gəlsə də, baş nazir bütün dövlət sistemini inqilaba qarşı çıxmaqda günahlandırır, amma digər tərəfdən bu, hökumətin “əksinqilabçı” dövlət idarəetmə sistemini işlədən məktəb səviyyəli nazirləri işə götürdüyünü, vəzifəyə təyin etdiyini etiraf edir. Bu çərçivədə vacib bir məsələ ictimai maraq kəsb edir. Hökumətin müxtəlif səviyyələrində çalışan yüksək səviyyəli dövlət məmurlarının iş qabiliyyəti, peşəkarlığı aşağıdırsa, dövlət büdcəsindən milyonlarla dram şəklində mükafatları necə alırlar? İş fəaliyyəti nəticəsində ictimaiyyətə fayda verməyi bacaran məmurlar, mükafat alacaq nazirlər və digər yüksək vəzifəli məmurlar üçün qiymətləndirmə miqyası tətbiq etməyin vaxtı çatmadımı?”. Rusiya Siyasi Müşavirlər Assosiasiyasının üzvü Yuliya Mileşkina bildirir ki, belə vəziyyətdə elə öz komandası da Paşinyanı devirə bilər. Onun sözlərinə görə, qeyri-peşəkar komanda özünə təhdid yarandıqda asanlıqla Paşinyanın rəqibləri ilə birləşib baş naziri oyundan kənarlaşdıracaq.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ