çərşənbə günü, 04 noyabr 2026
     

Ermənilərin “Tehran-43 nağılı” – Gevorq Vartanyanı mifik kəşfiyyatçı kimi təqdim edirlər, qaldı Njde ilə Vartanyanın İrəvanda qoşa heykəli...

Image


Ermənilər yenə də öz ənənələrinə sadiq qalaraq tarixi faktları saxtalaşdırmaqda, başqalarının uğurlarını öz adlarına yazmaqda davam edirlər. Guya ki, Sovet dövründə baş verən bütün hadisələrin əsas “hərəkətverici qüvvəsi” ermənilər olub. Erməni mediası gecə-gündüz yalanlar uydurmaqdan başqa bir iş bacarmır, bacarsaydı, tarixi faktları bir kənara qoyub, qondarma “fakt” yaratmazdılar.

Ermənistan mediası bu dəfə elə yalan, təxribat dolu bir məlumat gündəmə gətirib ki,    

oxuyanın ayağının altından yer qaçır. Erməni mətbuatı yazır ki, 1943-cü ildə keçirilən məşhur Tehran konfransında Stalin, Ruzvelt və Çörçilə qarşı faşist Hitlerin hərbi kəşfiyyatı ABVER-in hazırladığı sui-qəsd planının qarşısını guya ermənilərin “əfsanəvi kəşfiyyatçı”sı Gevorq Vartanyan alıb. Rostovda yaşayan Xaçik Xutlubyanın saxtakar G.Vartanyanın “kəşfiyyatçılıq” məharətinə həsr etdiyi “ABVER-i idmuş agent” kitabına “istinadən” erməni mediasının yazdığı bu yalanlara özlərindən başqa inanan yoxdur.

Erməni mediasına açıqlama verən müəllif deyib ki, guya ona Vartanyan barədə kitabın yazılmasını vaxtilə Rusiyanın kəşfiyyat idarəsinin rəisi Sergey İvanov təklif edib. Müəllif iddia edib ki, guya İvanov şəxsən ona zəng edərək “belə bir qəhrəman var, onunla bağlı bu məsələni yazmaq lazımdır” deyib. Buna əsasən müəllif tərəfindən yalan və qondarma məlumatların, mülahizələrin əsaslandırılmasına çalışılıb.

Qeyd edək ki, ermənilərin bu iddiası tamamilə yanılışdır və Hitlerin casus-kəşfiyyat şəbəkəsinə aid  ABVER-in Tehran konfransında antihitler koalisiyasında birləşən üç dövlətin başçısına sui-qəsd planının üstünü Vartanyan deyil, azərbaycanlı kəşfiyyatçı açıb.

  • Arzu Nağıyev: “Tehran 43” əməliyyatının keçirilməsində və dövlət başçılarına qarşı sui-qəsdin qarşısının alınmasında azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədovun müstəsna xidmətləri olub”

Bu barədə bir neçə il əvvəl tanınmış siyasi şərhçi, millət vəkili Arzu Nağıyev özünün Tehran-43 konfransına həsr etdiyi yazısında geniş bəhs edib.  

Siyasi şərhçi A.Nağıyev yazır: “İkinci Dünya Müharibəsində Azərbaycan övladlarının göstərdiyi əzmkarlıq və böyük qəhrəmanlıqlar faşizm üzərində qələbəni yaxınlaşdıran amillərdən biri idi. Tarixin bu səhifəsini də mənfur qonşularımız olan ermənilər öz havadarları vasitəsilə öz xeyirlərinə yazmağa çalışıblar və müəyyən qədər buna nail olublar. Əsas məqsəd Azərbaycanın və azərbaycanlıların rolunu kiçiltmək, mütəmadi olaraq heçə endirmək olub.

Ancaq tarixi silmək olmur, müəyyən qədər dəyişdirmək olur. Bu araşdırma vasitəsilə Azərbaycanın və onun mərd oğullarının tarix üçün verdiyi əvəzsiz xidmətləri hər bir azərbaycanlının nəzərinə çatdırmağa çalışmaq lazımdır. Belə əvəzsiz xidmətlərdən biri də "Tehran 43" əməliyyatının iştirakçısı, həmyerlimiz, uzun müddət kəşfiyyat orqanlarında çalışmış Məmmədhüseyn Əsədova aiddir. Demək olar ki, keçirilən əməliyyatların hamısı onun birbaşa istirakı və ya rəhbərliyi ilə mümkün olurdu.

Bəs, Məmmədhüseyn Əsədov kim idi?

Əsədov Məmmədhüseyn Xudadat oğlu 1899-cu ildə Həştərxanda anadan olub. 19 yaşında olarkən Qızıl Ordunun xüsusi təyinatlı hərbi hissəsində qulluq etməyə başlayır. Böyük Vətən Müharibəsi başlayanda əməliyyat şəraitini yaxşı bildiyi, bir neçə dildə sərbəst danışdığı üçün və geniş kəşfiyyat imkanları olduğuna görə Əsədovu Baş Kəşfiyyat İdarəsi tərəfindən İrana işləməyə göndərirlər. Əsas iş istiqaməti isə ingilis və alman kəşfiyyatına qarşı əməliyyatların təşkilindən ibarət olub.

Beləliklə, 1943-cü ildə İran antihitler koalisiyası rəhbərlərinin danışıqları üçün ən məqbul yer kimi seçilir. Bu, Stalinin təklifi idi. Konfransa hazırlıq tam məxfi şəraitdə aparılırdı. Bu barədə xəbəri olanlardan biri də Məmmədhüseyn Əsədov idi. Müttəfiqlər hətta İran tərəfini təhlükəsizlik baxımından xəbərdar etmirdilər. Konfransın başlamasına 6 gün qalmış, yəni 22 noyabr 1943-cü ildə İran tərəfinə məlumat verildi.

Noyabrın 24-də Baş Komandanlığın üzvü, Baş Qərargah rəisi, SSRİ marşalı Aleksandr Vasilyevski gecə Astaraya gəlir və onu Məmmədhüseyn Əsədov qarşılayır. Həmin gün gecə saat 4-ə qədər Astarada Məmmədhüseynin evində qalan marşal Vasilyevski 2 saatdan sonra Əsədovla bir yerdə İrana gedir. Marşalın gəlməsində əsas məqsəd liderlərin görüşü vaxtı qoşun hissələrini təlimatlandırmaq və bir daha Stalinin göstərişi ilə təhlükəsizlik məsələlərini yoxlamaq idi. Noyabrın 26-da Stalin Tehrana gəlir və təyyarəsi Kale-morqe hərbi aerodromuna enir.

Noyabrın 28-də konfrans baş tutur. Həmin vaxt Almaniya kəşfiyyatının dövlət başçılarına qarşı edəcəkləri sui-qəsd və terror aktı haqqında eyni zamanda Məmmədhüseyn Əsədova məlumat verilir və o da, öz növbəsində, təcili olaraq bu məlumatı rəhbərliyə məruzə edir. Vaxtında verilmiş məlumat nəticəsində planlaşdırılmış sui-qəsdin qarşısı çox peşəkarcasına alınır.

İlk dəfə bu sui-qəsdlə bağlı geniş ictimaiyyətə mətbuat konfransı vaxtı, 17 dekabr 1943-cü ildə ABŞ Prezidenti F.Ruzvelt məlumat verir.

Bu sui-qəsdin qarşısının alınmasında müstəsna rolu olmuş Məmmədhüseyn Əsədov iki mükafatla - "Lenin" ordeni və "Qırmızı ulduz" ordeni ilə təltif edilir.

Müharibədən sonra bu mövzuya bir neçə dəfə qayıdılır və sovet kəşfiyyatının rəhbərlərinin Stalinin 70 illiyinə bir sürpriz etmək fikirləri olur. Sürprizlərdən biri də o vaxt, yəni 1943-cü ildə 19 yaşı olan kəşfiyyatçı G.Vartanyanın guya bu sui-qəsdin qarşısının alınmasında müstəsna rolu olması idi. Tarixi araşdırmalar göstərir ki, bu mövzu, demək olar ki, 1968-ci ilə qədər qapalı olub. Sonradan isə bu mövzuya qayıdılıb və Vartanyan söhbəti gündəmə gəlib”.

G.Vartanyan haqqında da məlumat verən A.Nağıyev qeyd edir ki, onun haqqında ən dəqiq məlumatı Vladimir Voronov verib. “Bu barədə öz araşdırmalarında 1930-1940-cı illərdə SSRİ-nin hərbi və xarici siyasəti üzrə ekspert, tarixçi və jurnalist Vladimir Voronov yazır: "Vartanyanın atası Siyasi idarənin, sonradan da Daxili İşlər Xalq Komissarlığının ən aşağı səviyyəli agenti olub. Bir müddət İranda fəaliyyət göstərib və sonradan Rostova qayıdıb. Oğlu Gevork isə İranda qalıb. Vartanyan və onun ətrafındakı bir neçə gənc erməni uşağı kimi isə döymək, soymaq, izləmək kimi xırda işlərlə məşğul olurdu və təbii ki, kəşfiyyat orqanları onlardan istifadə edirdilər. Adlarını "uçan kavaleriya" qoyub, əsasən ingilislərə qarşı xırda izləmə və təxribat xarakterli işlər görürdülər. Belə kiçik mahiyyətli tapşırıqları yerinə yetirən qrupun üzvünün ciddi casus şəbəkəsindən, ümumiyyətlə, xəbəri ola bilməzdi".

Yəni Vartanyan hətta kəşfiyyatçı olsa belə, on illərdən sonra nəyə isə nail olub və "Tehran 43" məsələsinə heç bir aidiyyəti olmayıb. 1984-cü ildə ona Sovet İttifaqı Qəhrəmanı adı ola bilsin ki, başqa tapşırıqların yerinə yetirilməsinə görə verilib.

Yaxın tariximiz olan 1999-cu ildə xüsusi xidmət orqanları rəhbərlərinin Moskvada keçirilən görüşündə Vartanyan bütün mükafatlarına görə azərbaycanlılara minnətdar olduğunu özü də etiraf edib.

Beləliklə, "Tehran 43" əməliyyatının keçirilməsində və dövlət başçılarına qarşı sui-qəsdin qarşısının alınmasında azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədovun müstəsna xidmətləri olub...”

  • Qasım Hacıyev: “Bu gün ermənilərin Məmmədhüseyn Əsədovun uğurunu Hitlerə casusluq etdiyi ehtimal edilən Gevorq Vartanyanın adına yazmaq cəhdləri böyük tarixi saxtakarlıqdır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev erməni mediasının yaydığı məlumatın və “ABVER-i udmuş agent” kitabının tamamilə yalan üzərində qurulduğunu bildirdi. Q.Hacıyevin sözlərinə görə, heç bir arxiv sənədində, tarixi-elmi məlumatlarda “əfsanəsi erməni kəşfiyyatçısı”nın adı keçmir. O qeyd etdi ki, Tehran-43 konfransında iştirak edən Stalin, Çörçil və Ruzveltə qarşı Hitlerin hərbi-kəşfiyyat dəstəsi olan ABVER-in planlaşdırdığı sui-qəsdin üstünün açılmasında Vartanyanın əlinin olması qətiyyən həqiqət deyil. Q.Hacıyev vurğuladı ki, həmin konfransla bağlı məxfi sənədlərdə “xilaskar” kimi “əfsanəvi erməni kəşfiyyatçısı”nın adının keçməsi inandırıcı deyil. Bunun növbəti erməni uydurması olduğunu deyən Q.Hacıyevin sözlərinə görə, əgər bu həqiqət olmuş olsaydı, ermənilər bu barədə Sovet dövründə danışardılar. Faşizmin alovlu təbliğatçısı olan və bunu dövlət siyasətinə çevirən Ermənistanın bu gün G.Vartanyanın “kəşfiyyatçılıq məharətini” gündəmə gətirməkdə məqsədi yenə də faşist əlaltılarına bəslədiyi rəğbətin bir örnəyidir. “Mən bir tarixçi kimi, erməni mənbələrini, onların bütün dövrlərdə yazdıqlarını araşdıran bir ermənişünas kimi indiyə qədər G.Vartanyanın “qəhrəmanlığı” haqqında heç bir məlumata rast gəlməmişəm. Əgər Tehran-43 konfransında Vartanyan adlı kəşfiyyatçı, agent belə bir “fədakarlıq” göstərsəydi, indiyə qədər ermənilər bunu şişirdib dağ başına qoyardılar. Eyni zamanda, Stalinin ətrafında olan ermənilər bu “planın açılmasında birbaşa iştirakına görə” Stalindən ona “Sovet İttifaqı Qəhrəmanı” adı verilməsini xahiş edərdilər. Bilirsiniz ki, ermənilər belə bir fakt baş versəydi, mütləq onu dünya ilə bir edərdilər. Amma, məlum olduğu kimi, Tehran-43 konfransında Stalinin, Çörçilin və Ruzveltin həyatını ABVER-in sui-qəsd planından Azərbaycan cəsur kəşfiyyatçısı qurtarıb və buna görə də SSRİ-nin yüksək mükafatlarına layiq görülüb. Bu gün ermənilərin Məmmədhüseyn Əsədovun uğurunu Hitlerə casusluq etdiyi ehtimal edilən G.Vartanyanın adına yazmaq cəhdləri böyük tarixi saxtakarlıqdır. Vartanyan adlı agentin adı bu məsələdə çəkilmir. Ola bilsin ki, konfrans zamanı Vartanyan da Tehranda olub, amma o bura antihitlerçi qüvvələri təmsil edən dövlətlərin başçılarını ABVER-in sui-qəsdindən xilas etmək üçün yox, başqa bir məqsədlər üçün gəlib. Yəni ABVER-in əlaltısı kimi oralarda ona tapşırılan kiçik işləri görüb. Vartanyanın faşist əlaltısı olan Njdenin tapşırığı ilə SSRİ kəşfiyyatında yerləşdirilməsi, faşistlərin xeyrinə casusluq etməsi daha inandırıcı görünür. Njde kimi Vartanyan da faşist əlaltısı olub və ermənilərin də faşistlərə, onlara qulluq edən şəxslərə rəğbəti olduğu üçün bu gün Vartanyanı “qəhrəmanlaşdırırlar”. Yəqin ki, onlar Vartanyana da heykəl qoymaq istəyirlər. Qoysalar, heç təəccüblənmərəm. Çünki Njdeyə və başqa faşist əlaltılarına heykəl qoyan Ermənistandan bundan artıq nəsə gözləmək olmaz”.

Q.Hacıyev vurğuladı ki, tarixən ermənilərdən başqa dövlətlər öz xeyirlərinə casus kimi istifadə ediblər. Səfəvilər dövründə onların bütün sirlərini düşmən dövlətlərə çatdıran, aradakı nifaqı qızışdıranlar da məhz həmişə erməni casusları olub. “Bu baxımdan hesab edirəm ki, Vartanyan da Njde kimi faşist əlaltısı olub və o konfransa da (əgər gedibsə) məhz Hitlerin tapşırığını yerinə yetirmək üçün gedib. Lakin Azərbaycanın cəsur oğlunun sui-qəsd planından vaxtında xəbər tutması nəticəsində plan baş tutmayıb” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ