çərşənbə günü, 04 noyabr 2026
     

Ermənistan ordusunda dağılma – yoluxucu xəstəliklər, ayrıseçkilik, qətl və intiharlar...

Image


Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanda ən böyük problemlərin yaşandığı sahələrdən biri də silahlı qüvvələrdir. Bu ölkə ordusunda yaşanan xaosun dərinləşməsi fonunda baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin gedişinə təsiri də düşmən ölkədə başlıca müzakirə predmetlərindən biridir. Qeyd olunan xüsusda ermənilərin əsas narahatlığı həm də budur ki, Qarabağ konflikti hərbi müstəvidə çözüləcəyi halda erməni ordusu Azərbaycanın hücumları ilə qısa müddətdə darmadağın olacaq.

Bütün bunlar fonunda erməni mediası yenidən diqqəti orduda olan problemlərə yönəldir. Bildirilir ki, təminat sarıdan böyük çətinliklər yaşanan ordunu baxımsızlıq üzündən müxətlif növ xəstəliklər bürüyüb. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan ordusunda hərbi qulluqçular arasında yoluxucu xəstəliklərin tüğyan etdiyi bir vaxtda növbəti hadisə baş verib. Belə ki, Ermənistanda sosial şəbəkələrdə yayılan məlumatlara görə, Qafanda yerləşən hərbi hissələrdən birində xidmət edən hərbi qulluqçu İqor Sarkisyan koronovirusa yoluxduğu üçün təcili hospitala yerləşdirilib. Bir neçə gün əvvəl hərbi qulluqçunun koronavirusa yoluxduğuna dair xəbər verilməsinə baxmayaraq, bu onun valideynlərindən və ictimaiyyətdən gizlədilir. Hərbi qulluqçu təcrid edilərək karantinə alınıb. Onun ailə üzvləri ilə əlaqə saxlanılmasına da icazə verilmir. Ermənistan rəhbərliyi ölkədə bu xəstəliyin aşkar edilmədiyi və koronavirusla mübarizə aparmaqla bağlı açıqlamalar verməklə əhalini sakitləşdirməyə çalışır. Amma reallıq tam fərqlidir.

Xatırladaq ki, rəsmi məlumatlara əsasən, Ermənistanda koronavirusa yoluxmada şübhəli bilinən 36 nəfər xəstəxanaya yerləşdirilib. Bunların əksəriyyəti “Zvartnots” hava limanında, Baqrataşen keçid məntəqəsində qeydə alınıb. Meqri keçid məntəqəsində isə bir şübhəli aşkar edilib. Məsələ ilə bağlı “jamnews” portalı yazır: “Cənub hissəsində İranla birbaşa sərhədi olan Ermənistan fevralın 23-dən etibarən bu ölkə ilə sərhədi iki həftəlik bağlayıb. İki ölkə arasında hava əlaqəsi də, tam bağlanmasa da, məhdudlaşdırılıb. Bu, Ermənistan üçün iqtisadi cəhətdən çox ağır qərardır, çünki bu ölkənin yalnız bir açıq sərhədi qalıb – Gürcüstanla. Bununla əlaqədar olaraq ölkənin baş naziri Nikol Paşinyan izahat verməli olub. O bildirib ki, qapalı sərhəd İranla yükdaşımalarına mane olmayacaq. Yükdaşımalar məhdudiyyətsiz həyata keçiriləcək. Onun sözlərinə görə, iki həftə ərzində Ermənistan hökuməti İran hökuməti ilə sıx əlaqədə işləmək, bundan sonrakı addımları müəyyənləşdirmək üçün koronavirusun yayılmasının miqyası haqda məlumatları təhlil etmək niyyətindədir. Amma görünən budur ki, virus artıq ölkəyə ayaq açıb, hətta orduya belə sirayət edib. İndi bilinmir ki, nə qədər əsgərin, zabitin həyatı təhlükə altındadır”.

Hələlik görünən budur ki, xəstəlik artıq erməni ordusuna da sirayət edib. Düşmən ordusunda gigiyenik vəziyyətin ağır olması fonunda yeni xəstəliyin burada hərbçilər arasında daha sürətlə yayılması istisna olunmur. Xüsusilə Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində acınacaqlı vəziyyət, tibb xidmətinin yarıtmazlığı və tibbi ləvazimatların qıtlığı səbəbindən şəxsi heyət arasında geniş yayılmış yoluxucu xəstəliklər burada daha dəhşətli durumun yaranacağını istisna etmir. Hətta bu günlərdə şəxsi heyət arasında kəskin respirator xəstəliklərin artması ilə əlaqədar bir taborda karantin elan edilib. Otuzdan çox əsgər su çiçəyinə tutulduğundan hərbi hospitala yerləşdirilib, alayın iki hərbi qulluqçusu isə sətəlcəm diaqnozu ilə İrəvan hərbi hospitalına göndərilib. Araşdırma nəticəsində məlum olub ki, suçiçəyi xəstəliyinə tutulan əsgərlərin əksəriyyəti hərbi xidmətə yeni çağırılanlardır. Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün hərbi hissənin ehtiyat bölmələrinin bölük və taqım komandirləri ilə profilaktik tədbirlər mövzusunda məşğələlər keçirilsə də, nəticə yoxdur. Erməni mediası yazır ki, orduda yalnız az sayda hərbçiyə diqqət yetrilir ki, onlar da vəzifəli şəxslərə bağlı olanlardır. Hərbi bloqqer Arşak Zakaryan yazır ki, onlardan biri elə Paşinyanın oğludur və o, hərbi xidmət zamanı cangüdənlərlə gəzir. Aşot Paşinyanın təhlükəsizliyini isə Dövlət Mühafizə Xidməti təmin edir. Məlumata görə, konkret olaraq Aşot Paşinyanın təhlükəsizliyini təmin edənlər Qarabağ sakinləridir. O da vurğulanır ki, Aşot Paşinyanın da xidməti avtomobili var. “Toyota Land Cruiser Prado” markalı avtomobil 2013-cü il istehsalıdır. Avtomobilin bazar qiyməti isə 35 min dollardır. Xatırladaq ki, bundan əvvəl “Antifeyk” xəbər agentliyi də Aşot Paşinyanın qanunda nəzərdə tutulandan daha çox məzuniyyətdə olduğunu bildirib. Məhz belə yanaşma fonunda Paşinyanın da ordudakı problemləri həll etməsi mümkünsüz sayılır. Əksinə, yaranmış durumda erməni ordusunda baxımsızlıq üzündən xəstəliklərin tüğyan edəcəyi, bundan isə Aşot Paşinyan kimi azsaylı tapşırılımş əsgərlərin qoruna biləcəyi vurğulanır.  İndilikdə  Dağlıq Qarabağda yerləşən Ermənistan ordusunun hərbçiləri arasında yoluxucu xəstəliklər tüğyan edir.
Karantin tədbirlərinin görülməsinə baxmayaraq, hərbi qulluqçuların əksəriyyətinin səhhətində ciddi problemlər qeydə alınır. Ermənistan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Albert Hovannisyan bu xüsusda bildirir: “Biz xidmət etdiyimiz dövrdə, Manvel Qriqoryanın dövründə dinc vaxtda ölənlər bugünkündən daha az olub, çünki sahib və usta yoxdur. Hazırda orduda nəzarət olduqca pisdir. Bu səbəbdən xəstəliklərin yayılması, dinc vaxtda əsgər itkilərinin olması qaçılmazdır. David Tonoyanın Ermənistan Müdafiə Nazirliyinə rəhbərlik etdiyi dövrdə hərbi hissələrdə qeyri-döyüş şəraitində ölən əsgərlərin sayında durmadan artır”.

Çağırışçılarla bağlı problem də erməni ordusunun əsas çətinliklərindən biridir. Erməni ekspert  Qayane Hovannisyan bu xüsusda qeyd edir:“Son illərin müşahidələri göstərir ki, hərbi xidmətə çağırışçıların 60 faizinin  sağlamlığında müxtəlif problemlər olur. Bunlar ən çox ürək-damar xəstəlikləri, bel-onurğa, göz zəifliyi, allergiya, sinir xəstəlikləri və sair olur. Bu xəstələrin əksəriyyəti müalicə olunmadan hərbi xidmətə göndərilir. Təbii ki, hərbi xidmət zamanı onlar yararsız olur, tələbləri yerinə yetirə bilmir. Ordunun bu problemi hələ də davam edir. Daha bir problem odur ki, orduda xəstələnən əsgər və zabitlər müalicə olunmaq imkanından məhrumdur. Hərbi xəstəxanaların yoxluğu və kadr çatışmazlığı ucbatından xəstələnən əsgər və zabitlərə müalicə olunmaq üçün xəstəxanaya getməyə icazə verilmir”.

Bundan başqa məlumdur ki, intizamsızlıq da düşmən ordusunun başlıca probleməlrindən biri olaraq qalır. Ermənistan ordusunda əsgərlərin bir-birini odlu silahla qətlə yetirməsi halları tez-tez baş verir. Bütün bunlar xalqdan gizlədilir, ölənlərin və intihar edənlərin sayı barədə dəqiq məlumat verilmir. Xüsusilə də Ermənistan Müdafiə Nazirliyi əsgərlər arasında baş vermiş silahlı qarşıdurmanı qəza hadisəsi kimi təqdim etməyə çalışır. Həmçinin əsgərlərdən birinin digərinə atəş açması nəticəsində baş verən ölüm və ağır yaralanma hallarını ört-basdır etməyə çalışan Ermənistanın Müdafiə Nazirliyi bütün bunların, əsgər ölümünün guya atəşkəsin pozulması nəticəsində baş verdiyi barədə məlumat yayaraq ictimaiyyəti aldadır. Bütün bunlar Ermənistan ordusundakı intizamsızlıq və özbaşınalıqdan xəbər verir. Eyni zamanda, bunun kökündə işğalçı ölkənin ordusunda əsgər-komandir inamsızlığı, etimadsızlığı və nizamnamədənkənar halların baş verməsi, əsgərlərin yüksək rütbəli zabitlər tərəfindən qul kimi işlədilməsi dayanır. Ona görə də Ermənistanda yerli əhali övladlarını kütləvi surətdə hərbi xidmətdən yayındırmağa çalışır. Valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyətini komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olması, əsgərlərin alçaldılması və döyülməsi faktları təşkil edir. Bu səbəbdən də valideynlər bütün vasitələrlə övladlarını hərbi xidmətdən yayındırır, müxtəlif bəhanələrlə ölkədən çıxarırlar. Statistik məlumatlar da təsdiqləyir ki, son illər ölkəni tərk edənlər arasında gənclər çoxluq təşkil edir. Onların əksəriyyəti hərbi xidmətdən açıq şəkildə imtina edir. Erməni mediasında yer alan məlumatlara görə, 2004-cü ildən başlayaraq, demək olar ki, hər il Ermənistanda çağırış zamanı hərbi hissələrin çağırışçılarla tam şəkildə komplektləşdirilməməsi ciddi problem olaraq ortaya çıxır. Nəticə etibarı ilə hərbi xidmətdən tərxis olunanların evlərinə buraxılması bəzi hallarda aylarla ləngiyir. Bununla da daha çox döyüş bölgəsində yerləşən hərbi hissələrdə xidmət edən əsgərlər üzləşir. Məhz Azərbaycanla dövlət sərhədində və işğal olunmuş Azərbaycan ərazilərində yerləşən hərbi hissələrdə bu boşluğu doldurmaq üçün Ermənistanın hərbi rəhbərliyi və separatçı rejim mülki əhalinin “xidmətindən” istifadə etməyə çalışır. Bu məqsədlə yerli əhali müqavilə əsasında xidmətə cəlb olunur. Amma bu da nəticə vermir. Digər tərəfdən, acınacaqlı vəziyyətdə qulluq etmək istəməyən əsgərlər hərbi hissələri tərk edir. Məcburi hərbi xidmətdən yayınmaya görə müxtəlif illərdə minlərlə əsgərə cinayət işinin açılması da bunun real təsdiqidir. Təbii ki, belə bir ordu ilə düşmənin işğal siyasətini davam etdirməsi müşkül məsələdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ