07/04/2020 14:18
728 x 90

Rusiyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında oldular

img

Rusiyanın Azərbaycandakı Səfirliyinin müşaviri Andrey Maslin və Səfirliyin ikinci katibi Alina Zolotaryeva Azərbaycan Mətbuat Şurasında olublar.

Qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun beynəlxalq media təşkilatları ilə əməkdaşlığından söz açıb. O bildirib ki, Rusiyanın media sahəsindəki qabaqcıl təcrübəsinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Şura sədri bu baxımdan diqqəti MŞ ilə Rusiya Jurnalistlər İttifaqı ilə arasında imzalanmış anlaşma memorandumuna çəkərək vurğulayıb ki, sənəd hər iki ölkə jurnalistləri arasında sistemli qarşılıqlı əməkdaşlıq üçün münbit zəmin yaradır. Ə.Amaşov, həmçinin, Azərbaycanın media təmsilçilərinin ötən il Rusiayaya səfərinə də toxunub.

Görüşdə Rusiya və Azərbaycan jurnalistlərinin qarşılıqlı təmaslarının gücləndirilməsinin vacibliyi vurğulanıb. Bununla bağlı görüləcək işlər nəzərdən keçirilib. Mövcud xüsusda Xəzər dənizi hövzəsinə daxil olan ölkələrin jurnalistlərinin görüşünün təşkili məsələlərindən söz açılıb, buna yönələn təşəbbüsləri gücləndirmək barədə məsləhətləşmələr aparılıb. 

Son xəbərlər