07/04/2020 14:34
728 x 90

Kürdəmir seçki dairəsində də 5 məntəqədə nəticələr ləğv edildi

img

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 57 saylı Kürdəmir seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Trend-in məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK üzvü İlkin Şahbazov deyib ki, araşdırmalar zamanı həmin beş seçki məntəqəsində səsvermənin pozulması halları öz təsdiqini tapıb. O bildirib ki, 7, 18, 20, 27, 33 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.

Son xəbərlər