çərşənbə günü, 04 noyabr 2026
     

Münhen debatından sonra Ermənistan beynəlxalq təzyiqlərin labüd şəkildə artacağından möhkəm narahatdır…

Image


Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhendə keçirilən debatlardan artıq bir neçə gün keçsə də, məsələ hələ də geniş müzakirə predmeti olaraq qalmaqda davam edir. Ermənistanın prosesə yanaşmasından belə bəlli olur ki, Münhen debatından sonra düşmən ölkə ona qarşı diplomatik təzyiq və hücumların daha da artacağından ciddi narahatlıq ifadə edir.

Burada hesab edilir ki, əslində, Münhen debatı Erəmnistana qarşı diplomatik təzyiqlərin işə salınması baxımından Azərbaycan üçün mühüm bir cəbhə oldu. Çünki məhz burada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın nə qədər əsassız bir mövqedə olması bütün dünyanın gözü qarşısında bir daha öz təsdiqini tapmış oldu. Ermənistanın “politik.am” nəşri də yazır ki, Paşinyanın Münhen debatında yol verdiyi səhvlər ölkəyə Qarabağ məsələsində baha başa gələcək: “Xülasə etməyə çalışsaq, Paşinyanın İlham Əliyevlə məlum Münhen debatına yekun vurmalı olsaq, o zaman onun çox səhvlərə yol verdiyi ortaya çıxar. 1. Əvvəla, Qarabağ münaqişəsinin həlli məsələsinin bu formatda müzakirə edilməsi göstərdi ik, konflikt tərəfləri məhz Ermənistan və Azərbaycandır. Qarabağ rejiminin burada tərəf olmadığını dünya aydın gördü.  2. Paşinyan ümumiyyətlə hazır deyildi, onun timsalında münaqişənin ilkin başlama tarixçəsi barədə məlumat verilmədi, ritorika sənəti axsayırdı. Əvəzində, Azərbaycan tərəfi daha inamlı davrandı. 3. Müzakirə dilini seçmək də səhv bir seçim idi. Paşinyan erməni dilində nitqi zamanı bəzi boşluqları neytrallaşdıra bilərdisə, ingilis dilində zəif çıxış etməsi bəzi problemlərə səbəb oldu. Paşinyanın ingilis dili biliyi zəif idi, bu da ingilis dilini daha yaxşı bilən İlham Əliyevə üstünlüklər qazandırdı. 4. Paşinyan Xocalı hadisələrini səhv şərh etdi, BMT-nin qətnamələri ilə bağlı İlham Əliyevə yaxşı müqavimət göstərə bilmədi. 5. Bundan başqa, Paşinyanın buraxdığı başqa bir yanlışlıq ona baha başa gəldi. Belə ki, o, Qafqaz bürosunun qərarından danışarkən Dağlıq Qarabağın Azərbaycana verildiyini dedi və daha sonra sözünü düzəldərək Ermənistana verildiyini bildirdi. Bu səhv Azərbaycan mediasında və sosial şəbəkələrdə Paşinyana qarşı istifadə olundu. 6. Həmçinin, Ermənistan baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə erməni müəllif tərəfindən yazılan kitaba istinad etməsi müsbət hal deyil. Çünki münaqişə tərəflərindən birinin yazdığı kitab (kitabın müəllifi Şahen Avakyandır) beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qarşılanmayıb”.

Elə rusiyalı siyasi ekspert Dmitri Fetisov da Münhen debatından sonra Ermənistanın ciddi zərbələr aldığını vurğulayır: “Münhen görüşünü diqqətlə izlədim və görüş faktının özü sevindirir. Burada Nikol Paşinyana iradlar daha çoxdur, çünki İlham Əliyev mütəmadi olaraq danışıqlara hazır olduğunu göstərib. Ancaq Paşinyanın hakimiyyətə gəlməsi ilə danışıqlar prosesi əhəmiyyətli dərəcədə yavaşlayıb. Birmənalı şəkildə İlham Əliyevin sonuncu görüşdə üstün olduğunu söyləyən eskpertlərlə razılaşıram. Bu həqiqətən də belədir. Azərbaycan prezidentinin böyük siyasi və diplomatik təcrübəsi var, Nikol Paşinyanda isə bunlar yoxdur. Hazırkı Ermənistan lideri heç vaxt diplomatiya ilə məşğul olmayıb, o, populizmlə məşğul olmağa öyrəşib. Azərbaycan prezidentinin mövqeyi dəqiq və təsdiqlənmiş haldadir. Ermənistanın baş nazirinin isə mövqeyi, sadəcə yoxdur. İrəvanın mövqeyinin maksimal dərəcədə qeyri-müəyyən olmasına çalışmaqla, Nikol Paşinyan Qarabağ mövzusunu öz siyasi maraqları naminə istifadə etməyə davam edir. Nikol Paşinyan müzakirə zamanı bir dəfə də olsun Dağlıq Qarabağı “Arsax” adlandırmayıb. Buna görə də Ermənistanda onu ittiham edirlər. Axı erməni tərəfi dünya ictimaiyyətinin “Arsax”ın nə olduğunu öyrənməsi üçün o qədər güc sərf etmişdi. Lakin Münhendə bu alınmadı. Nikol Paşinyan çox gözəl başa düşdü ki, dünyada onu başa düşməyəcəklər. “Arsax” nədir? Yerli sakinlərdən başqa heç kim bunu anlamır və bilmir. İstənilən halda Ermənistanda Münhen zərbələrini uzun müddət unutmayacaqlar”.

Bundan başqa, Münhendə Paşinyanın istinad mənbələrinin də yalan olmasına dair yeni faktlar İrəvanı daha da çıxılmaz bir duruma salır. Belə  ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Nikol Paşinyan Xocalı soyqırımı ilə bağlı danışarkən Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova “istinad etmişdi”:“90-cı illərin ortalarında Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Rusiyanın “Arqumentı i Faktı” qəzetinə müsahibəsində bildirmişdi ki, Xocalıdakı təxribat onu hakimiyyətdən uzaqlaşdırmaq üçün Azərbaycan müxalifəti tərəfindən hazırlanmışdı”. Lakin Azərbaycan Prezidenti İlham Əliyev buna qətiyyətlə cavab verərək, onun iddialarının əsassız olduğunu bildirdi. Bunun ardınca “Arqumentı i Faktı” qəzetinin özü də Paşinyanın panel müzakirəsində Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Nikol Paşinyana müraciət edən qəzet Ayaz Mütəllibovun 1995-ci ildə verdiyi müsahibədə Xocalıda baş verən qətliamla bağlı heç nə demədiyini bildirib. Bu faktın özü də Paşinyanın mövqeyinin sırf yalan üzərində qurulmasının növbəti vacib təsdiqi sayılır.

Başqa bir məsələ Paşinyanın “erməni hökmdarı” Böyük Tiqrana “sığınması” ilə bağlıdır.  Tarixdə heç də böyük sərkərdə kimi xatırlanmayan Tiqranın ermənilərə heç bir aidiyyətinin olmadığı bəllidir. Bəzi elmi araşdırmalara görə Tiqran sak, bəzilərinə görə isə parfiyalıdır. Ancaq məsələ həm də burasındadır ki, Paşinyanın özü də Tiqrana qarşı qətiyyən müsbət mövqedə olmayıb. Nikol Paşinyan özünün redaktoru olduğu “Aykakan Jamanak” qəzetində 9 dekabr 2005-ci ildə çap etdirdiyi bir məqalədə qeydə aldıqları da bunu təsdiq edir. Burada o yazır: “Erməni xalqına siyasi və elmi tribunalardan edilən ən populyar müraciətlər tarixdən dərs çıxarmaq zərurətinə aid edilir. Erməni xalqı öz ziyalısına qulaq asmaqdan qəti şəkildə imtina edir və tarixdən nəticə çıxarmaqla bağlı çağırışların getdikcə daha populyar olması da bundan xəbər verir. Ola bilər ki, buna səbəb tarixdən nəticə çıxarmağa çağıran ziyalının daha sonra erməni xalqının qəhrəmanlıq tarixi barədə əfsanələr yazmağa, əcdadlarımızı tərif etməyə və ucaltmağa başlamasıdır. Ümumiyyətlə isə, əcdadlarımızı obyektiv qiymətləndirmək bir iş, onları tərifləmək tamam başqa işdir. Gəlin, əcdadlarımızı tərifləməyi dayandıraq və özümüzə çox praqmatik bir sual ünvanlayaq: bu əcdadlarımız bizə nə vəsiyyət etdi, özlərindən sonra nə qoyub getdilər? Heç bir şeydən daha artıq bir şey… Mən bizim atalarımızı qınayıram və onları lənətləyirəm. Çünki onlar bizim bu gün daha ləyaqətli və qürurlu yaşamağımız üçün heç bir şey etməyiblər. Bizim əcdadlarımız, ən azından, öz nəsillərinin qeydinə heyvanların instinktiv şəkildə öz nəsillərinin qeydinə qaldığı kimi də qalmadı. Mən bizim əcdadlarımızı tərif edən hər kəsi qınayıram. Bununla da sadəcə bundan sonrakı nəsillərin layiqli və güclü vətənə sahib olmaq hüququnu inkar edir, bizə, yaşayanlara isə gələcək nəsillərə heç bir şey vəsiyyət etməmək haqqını bəxş edirlər. Əcdadlarımızı tərənnüm etməklə onlar indiki erməni məmurlarının təkəbbürlü gədəçələri kimi primitiv, tərbiyə almamış oğlunun xəyanətinə məruz qalan Böyük Tiqran adlandırılan şəxsin öz tacını Roma hökmdarının ayağı altına atdığı həmin vaxtdan başlayan və artıq iki min ildən artıqdır ki, içində olduğumuz bu sonsuz prosesə sadəcə yeni təkan verirlər…Bəzən bizim biabırçı və alçaldıcı keçmişimizi qəhrəmanlıqlarla dolu kimi göstərən tarixçiləri anlayıram. Onlar həqiqi tarixin bizi sındıra, alçalda biləcəyini düşünürlər. Ancaq saxtakarlıq daha çox dağıntıya səbəb olur və bizə dayanmağa, minillik alçaldılmamızı qırmağa icazə vermir”.

Paşinyanın özünün bu yanaşması onun əcdadları, o cümlədən həmin əcdadlarından biri saydığı Tiqrana qarşı mövqeyini aydın surətdə meydana qoyur. Məhz bu fonda onun Münhendə Tiqrana “sığınması” Ermənistanın özündə belə ikiüzlülük kimi qyimətləndirilir. Təbii ki, belə vəziyyətdə Paşinyan və digərlərinin Azərbaycan qarşısında duruş gətirməsi də mümkünsüzdür. Çünki erməni tərəfinin bütün arqumentləri sırf yalan üzərində qurulub və qəbul olunmur. Bu fonda Münhen görüşündən sonra daha çox sayda erməni anlamağa başlayıb ki, Azərbaycan rəhbərliyi çox güclüdür və bu ölkə prezidentinin siyasi, ideoloji, diplomatik, mənəvi-əxlaqi səviyyəsi Ermənistan dövlət başçısından dəfələrlə üstündür. Azərbaycan tərəfinin qətiyyətli mövqeyi qarşısında erməni tərəfi birmənalı şəkildə duruş gətirə bilməz. Bu durumda Dağlıq Qarabağ münaqişəsinin həlli modelinin işə salınmasına razılıq verməklə Ermənistan özünü də xilas edə bilər və Münhendəki kimi biabırçı duruma düşməz. Bu modelə əsasən, öncə Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi və erməni silahlı qüvvələrinin oradan çıxması, sonra öz yurdlarından didərgin düşən azərbaycanlıların evlərinə qaytarılması mühümdür. Ardınca kommunikasiyaların açılması, sabitlik yaranandan sonra isə Azərbaycan qanunları çərçivəsində bölgənin statusunun Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində həll edilməsi baş tutmalıdır. Elə Münhendə bu mövqe bir daha ən yüksək səviyyədə diqqətə çatdırıldı. Ermənistan bundan lazımi nəticələr çıxarmasa, daha çox diplomatik, ardınca isə sərt hərbi məğlubiyyətə məruz qalacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ