07/04/2020 13:05
728 x 90

Ciddi danışıqlara oturanadək Ermənistana borc və qrantların verilməsinə beynəlxalq qadağa – təcavüzkarla bağlı yeni ideya...

Məhəmməd Əsədullazadə: “Vaşinqton bu mövqeyi reallaşdırsa, regionda siyasi mənzərə dəyişə və Ermənistan ciddi təzyiqlərə məruz qala bilər”

img

“Yerevan danışıqlarda ciddi şəkildə iştirak edənədək Ermənistana beynəlxalq borcların və qrantların verilməsi dayandırılmalıdır”. Bunu amerikalı ekspert Piter Teys Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrini şərh edərkən deyib.

Onun fikrincə, Prezident İlham Əliyev çıxışında ermənilərin tarixi manipulyasiyaları və son otuz il ərzində Azərbaycana qarşı dezinformasiya kampaniyası ifşa olunub: “Prezident İlham Əliyev yüksək ixtisaslı, unikal demokratik dövlət xadimidir. Çiçəklənmə, multikulturalizm və heyrətamiz tarixi irs Azərbaycanı hər kəsi ruhlandıran müstəsna məkana çevirir”.

P.Teys qeyd edib ki, N.Paşinyan qarşısıalınmaz korrupsiyadan, mütəşəkkil cinayətkarlıqdan, iqtisadi azalmadan və yüksək işsizlik səviyyəsindən əziyyət çəkən ölkəni təmsil edir: “Bu cür qaranlıq reallıqlar Ermənistanı Avropanın ən təhlükəli yerlərindən biri, eyni zamanda, Cənubi Qafqazda qeyri-sabitliyin mənbəyi edir”.

Ekspert əlavə edib ki, mövcud status-kvo dayandırılmalıdır və BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar və ekoloji nəticələrini aradan qaldırmalıdır: “Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir. Yerevan danışıqlarda ciddi şəkildə iştirak edənədək Ermənistana beynəlxalq borcların və qrantların verilməsi dayandırılmalıdır. Ermənistanın Azərbaycana qarşı qlobal miqyasda dezinformasiya kampaniyası və siyasi manevrlərinə son qoyulmalıdır, əks halda, Avropa təhlükəsizlik sahəsində ciddi problemlərlə üz-üzə qalacaq. Paşinyan üçün ən yaxşı resept Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq və səylərini ölkənin iqtisadiyyatının möhkəmlənməsinə yönəltməkdir”.

Həqiqətən də təcavüzkar Ermənistanı ram etməyin yolu bu ölkəyə qarşı bir sıra sanksiyaların tətbiq edilməsindən keçir. Bu kimi təsir rıçaqları işə salınarsa, o zaman qarşı tərəfi danışıqlarda konstruktiv mövqe tutmağa məcbur etmək olar. Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?

  • “İşğalçı ölkənin cəzalandırılması yalnız bu istiqamətdə olmalıdır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanın işğalçı siyasətinə görə bu ölkəyə qarşı sanksiyaların tətbiqini Azərbaycan daim qeyd edir: “Məhz ABŞ-da ekspert səviyyələrində bu məsələnin qaldırılması ədalətin bərpa edilməsidir. Hesab edirəm ki, Ermənistanın işğalçı siyasəti regionda və Avropanın qonşuluğunda ciddi təhdid mənbəyi yaradır. Bu, Qərbin regionda siyasi-enerji maraqlarına təhlükədir. Məhz ABŞ regionda Ermənistanın bu siyasətinin qarşısını almaqdan ötrü mütləq şəkildə sanksiyalar tətbiq etməlidir. İşğalçı ölkənin cəzalandırılması yalnız bu istiqamətdə olmalıdır. Çünki Ermənistan Avropa və ABŞ-ın maraqlarına qarşı regionda destruktiv siyasət aparır. Qarabağ münaqişəsinin nizamlanmasında bütün səyləri sabotaj edərək Qərbin ərazi bütövlüyü prinsiplərini qəbul etmir. Vaşinqton bu mövqeyi reallaşdırsa, regionda siyasi mənzərə dəyişə və Ermənistan ciddi təzyiqlərə məruz qala bilər. Rəsmi Bakı bu istiqamətdə iş aparmalı, Konqresdə məsələnin qaldırılmasına çalışmalıdır”.

Vidadi ORDAHALLI

Son xəbərlər