Türkiyə F16 döyüş təyyarələrinin Suriya sərhədindəki kəşfiyyat uçuşlarından əldə etdiyi məlumatlar ABŞ və koalisiya qüvvələrinə verilir.
Nurman-xeber.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə kəşfiyyatının verdiyi məlumatlar əsasında ABŞ və koalisiya qüvvələri İŞİD mövqelərini bombalayır.
Əldə edilən məlumatlara görə, pilotsuz təyyarələr və F16 döyüş təyyarələri Şanlıurfanın Suruç mahalı sərhədinə yaxın olan Kobani bölgəsində kəşfiyyat uçuşları keçirir və İŞİD bölgədə olan mövqelərini təsbit edir. kəşfiyyat uçuşları ilə əldə edilən məlumatlar ABŞ və koalisiya qüvvələrinə verilir.