"Əgər Suriyadan gəlmiş erməni mənşəli vətəndaşlar qəsdən Adanaya yerləşdirilibsə, bunu yanlış sayıram”. Bu sözləri APA-ya açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Adana millət vəkili Məhərrəm Varlı deyib.
APA-nın "Son aylarda mətbuatda Suriyadan gəlmiş ermənilərin Adana bölgəsinə yerləşdirildiyinə dair xəbərlər yayılıb. Bildirilir ki, Suriya erməniləri Adanaya öz tarixi torpaqlarına gəldiklərini və oradan ayrılmayacaqlarını deyirlər. Bu barədə məlumatınız varmı?”- sualına MHP Adana millət vəkili Məhərrəm Varlı belə cavab verib: