Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində qondarma məhkəmə işinin təşkil olunacağı haqqında Ermənistan mediasında yayılan məlumatlara münasibət bildirib.
APA-nın xəbərinə görə, XİN-in mətbuat xidmətindən bildirilib ki, qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycan vətəndaşları üzərində məhkəmə işi təşkil etməyə heç bir hüquqi əsası yoxdur və bu saxta məhkəmə tərəfindən qəbul ediləcək qərar heç bir hüquqi gücə malik ola bilməz: