Ukraynada korrupsioner və məsuliyyətsiz məmur və deputatlarının zibil qutularına atılması ənənə halını alır.
Nurman-xeber.az bildirir ki, bu dəfə Ukraynanın Mixaylovski bölgəsində etirazçılar sərxoş vəziyyətdə avtomobil idarə etdiyi iddia edilən keçmiş Ukrayna lideri Viktor Yanukoviçin rəhbəri olduğu Regionlar Partiyasından olan millət vəkilini zibil qutusuna atıb.
Qəzəbli insanlar zibil qutusuna atılan deputatın üzərinə mürəkkəb tökərək onu boyayıblar. Yoldan keçən bir nəfərin, «Niyə edirsiniz? O rüşvət yemədi, almadı» deyərək etiraz etməsinə cavab olaraq bildiriblər ki, «o, iş saatında spirtli içki qəbul edərək sərxoş vəziyyətdə avtomobil idarə edir və qəza törədir!».
Bundan əvvəl yenə eyni partiyadan olan bir başqa millət vəkili V.Z. parlament binası qarşısında etirazçı qrup tərəfindən zibil qutusuna atılmışdı.
O, görüntü...