İŞİD-lə kürdlərin PYD təşkilatı arasında yaşanan və bu gün daha da şiddətlənən qarşıdurmanın Türkiyə sərhədinə yaxınlaşması NATO-nun da diqqət mərkəzindədir.
Nurman-xeber.az bildirir ki, Polşada qatıldığı bir konfransda açıqlama verən NATO-nun baş katibi Jens Stoltenberq Türkiyənin təhlükəsizliyini təmin etmək üçün lazım olsa hərəkətə keçəcəklərini bildirib.