ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyənin ardından, Birləşmiş Ərəb Əmrliklərində də üzr istəyib.
Baki-xeber.com xəbər verir ki, BƏƏ şahzadəsi Məhəmməd bin Zayid Əl Nahyan ilə görüşən Baydenin üzr istədiyini açıqlayıb.
Görüşdə Baydenin Birləşmiş Ərəb Əmrliklərinin terrora qarşı mübarizədə verdiyi dəstəyi alqışladığı bildirilir.
ABŞ rəsmisi Harvard Universitetində çıxışı zamanı Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri də daxil, bəzi müttəfiq ölkələrin bölgəyə pul və silah göndərdiyini iddia etmişdi.
Bu açıqlamalardan sonra Ankaranın sərt reaksiyası ilə üzləşən Bayden prezident Rəcəb Tayyib Ərdoğandan üzr istəməyə məcbur olmuşdu.