Nurman-xeber.az saytı xəbər verir ki, Hizbullaha yaxın bir qaynaq İŞİD-i dəstəkləyən Nusra Cəbhəsi üzvlərinin Suriya sərhədini keçərək şiə Hizbullah qrupuna aid 10 fərqli hərbi bazaya hücum etdiyini bildirib.
"Reuters"ə danışan qaynaq qarşıdurmalara yüzlərlə Nusra Cəbhəsi və İŞİD üzvünün qatıldığını deyərək, hücumda 16 Nusra Cəbhəsi üzvünün öldüyünü bildirib. Bekaa bölgəsindəki Hizbullah üzvlərinin də hücuma uğrayan bazaları qorumaq üçün köməyə getdiyi qeyd edilir.
Livanlı şiə qrupu Hizbullah Suriyadakı daxili döyüşlərdə Əsəd rejiminin ən əhəmiyyətli müttəfiqlərindəndir. İran tərəfindən də dəstəklənən Hizbullah, Suriyanın cənubunda Livanın Arsal qəsəbəsi və ətrafına nəzarət edir.
Avqust ayında İŞİD və Nusra üzvləri sərhəddəki Arsal qəsəbəsinə basqın edib 32 Livan əsgərini girov götürmüşdü. Nusra Cəbhəsi 3 livanlı əsgəri öldürmüşdü.