Rusiyanın ən zəngin ailələrinin siyahısı açıqlandı
.jpg?v=1520254601)
"Forbes” jurnalının rus versiyası son araşdırmasında Rusiyadakı ən zəngin 10 ailəni müəyyənləşdirib. İlk dəfə aparılan bu araşdırmada oliqarxların sərvətlərində oğullarının və qardaşlarının paylarına diqqət çəkilir.
Nurman-xeber.az saytı xəbər verir ki, araşdırmaya görə, bu gün Rusiyanın ən zəngin ailəsi 5,55 milyard dollarlıq sərvətlə Arkadi və Boris Rotenberq qardaşlarıdır. Ümumi sərvətləri 4,8 milyard dollar olan Mixail, Sait-Salam və Hamzat Qutseriyev qardaşları siyahıda ikinci yeri tutur. 4,6 milyard dollarlıq sərvətləri ilə Aleksey və Dmitri Ananyev ilk üçlüyü qapayır.
Siyahıya daxil edilən, Rusiyanın ən varlı ailə şirkətlərinin ümumi sərvətlərinin 26,3 milyard dollar olduğu bildirilir. Bir məqamı da qeyd edək ki, ABŞ-da ən zəngin 10 ailənin sərvəti 530 milyard dolları ötür.
Rusiyanın ən zəngin 10 ailəsi siyahısındakı digər şəxslər və sərvətləri:
Sergey-Nikolay Sarkisov (2,7 milyard dollar)
Radi-Ayrat Şaymiyev (2,3 milyard dollar)
Zelihman-Amiran-Amirhan-Alik Mutsoyev (1,5 milyard dollar)
Ziyaudin-Maqomed Maqomedov (1,4 milyard dollar)
Mevlet-Musa Bajayev (1,2 milyard dollar)
Vyaçeslav-Vadim Aminov (1,1 milyard dollar)
Boris-Yevgeni-Andrey Zubitski (700 milyon dollar)