Fransa İraqın hava sahəsində kəşfiyyat uçuşlarının sayını artırır. Bu barədə açıqlama verən Fransa müdafiə naziri Jean-Yves Le Drian son iki həftədə fransız döyüş təyyarələrinin iki dəfə İŞİD hədəflərini vurduğunu bildirib.
Nurman-xeber.az saytı xəbər verir ki, əməliyyatlara qatılan "Rafale” tipi 9 döyüş təyyarəsinin gündə iki dəfə kəşfiyyat uçuşu reallaşdırdığını deyən Le Drian, hədəflər mövzusunda qəti əmin olunmadıqca İraq xalqına zərər verməmək üçün hava hücumu reallaşdırmadıqlarını bildirib.
İŞİD tərəfdə İraqda 30 min adamın döyüşdüyünü təxmin etdiklərinə toxunan nazir, bunlardan 10 mininin əcnəbi döyüşçülər olduğunu vurğulayıb.
Fransa müdafiə naziri, dünyanın digər bölgələrindəki radikal qrupların İŞİD-lə birləşmə xəbərlərinə də toxunaraq bunu böyük bir təhdid olaraq gördüklərini bildirib.
Qeyd edək ki, İraqdakı hava əməliyyatlarına qatılan Fransa, Suriyada anti-İŞİD əməliyyatlarının Əsəd rejimini gücləndirə biləcəyini deyərək bu ölkə ərazisindəki İŞİD hədəflərinə qarşı əməliyyatlarda yer almır.