"Ermənistan- Azərbaycan münaqişəsinin həlli prosesində yaranmış hazırkı durğun vəziyyətregionda sülh və stabillik üçün çox təhlükəlidir. Ermənistan ordusunun işğal olunmuştorpaqlardan çıxarılması və Azərbaycan əhalisinin öz evlərinə geri dönmələri bumünaqişənin həlli üçün irəliyə addım olar. Bu cür hərəkət həmçinin AzərbaycanınDağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında etimadmühitinin yaranmasına kömək edəcək. Bu isə özlüyündə davamlı sülh yaratmaistiqamətində çox önəmli elementdir”.
APA-nın xəbərinə görə, bunu ATƏT ParlamentAssambleyasının (PA) Cenevrədə keçirilən payız sessiyasındakı çıxışında millətvəkili Azay Quliyev deyib.
A. Quliyev bildirib ki, hazırda dörd mindənartıq azərbaycanlı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin və əsirdüşüb: "Onlardan 600-ə qədəri qadın və yaşlılardır. Burdan Beynəlxalq QırmızXaç Komitəsinin prezidentindənazərbaycanlı əsirlərin azad olunmasına kömək etmələrini xahiş edirəm”.
A. Quliyev çıxışında ATƏT məkanındakı digərmünaqişələrə də toxunub və Ukraynadakı vəziyyətin ATƏT PA-nın hazırkınarahatçılığının əsas nüvəsi olaraq qaldığını vurğulayıb: "Münaqişə zamanıdünya ictimaiyyəti Ukraynada hədsiz insan itkilərinin və mülkiyyətə dəyənziyanın şahidi oldu. Bu günlərdə BQXK-nin isveçrəli əməkdaşı Laurent EtieninUkraynada öldürülməsi həddindən artıq utancverici bir hadisədir. Fürsətdənistifadə edərək, Beynəlxalq Qırmızı Xaş Komitəsinə və mərhumun ailəsinə dərinhüznlə baş sağlığı verirəm” .
Beynəlxalq ictimaiyyətin Ukrayna məsələsi iləbağlı bir sıra mühüm qərarlar qəbul etdiyini xatırladan deputat "bu qərarlarilk növbədə beynəlxalq hüququn bir sıra təməl prinsiplərinin, xüsusilə,mübahisələrin sülh yolu ilə həlli və dövlətlərin ərazi bütövlüyünə hörmətinvacibliyini nəzərdə tutur” deyə qeyd edib.
A. Quliyev İraq və Suriyadakı hadisələr barədədə fikirlərini bildirib: "Yeni təhdidlərin əsas səbəbi İŞİD kimi terrorçuqruplar üçün əlverişli şərait yaradan və getdikcə şiddətlənən münaqişələr,həmçinin o bölgələrdə dövlətçiliyin və idarəetmənin uğursuzluğa düçarolmasıdır. İŞİD ola bilsin adı ilə yenidir, lakin, bu yeni bir təhdid formasıdeyil. İndi İŞİD-ın 40- 50 min nəfərlik ordusu var. Sual olunur, hansı ölkələrvə yaxud qüvvələr İŞİD-in belə bir gücə çevrilməsinə köməklik edir? Kim İŞİD-ıdəqiq və ardıcıl kəşfiyyatla təmin edir? Hər kəsə məlumdur ki, kənardan dəstəkolmasa bu cür təşkilat qurula, fəaliyyət göstərə və bu qədər ciddi təhlükəyəçevrilə bilməzdi. Əgər biz İŞİD-ı yoxetmək istəyiriksə, o zaman bu suallara aydınlıq gətirməmiz lazımdır”.