Pakistanda Taliban silahlı qruplaşması Suriya və İraqda döyüşən İŞİD silahlılarına ilk dəfə dəstək verəcəyini açıqlayıb. İndiyə qədər bu iki təşkilatın bir-birinə rəqib olduğu bildirilirdi.
Nurman-xeber.az saytı xəbər verir ki, Taliban İŞİD-ə düşmən dedikləri ABŞ liderliyindəki beynəlxalq koalisiyaya qarşı birləşməyə çağırıb. Təhrik-i-Taliban Pakistan (TTP) sözçüsü Şahidullah Şahid tərəfindən Qurban Bayramının birinci günü açıqlanan mesajda "Düşmənə qarşı zəfərlərinizdən qürur duyuruq. Yaxşı zamanda da pis zamanda da yanınızdayıq. Düşmənlərinizin sizə qarşı birləşdiyi bu çətin günlərdə səbrinizi qoruyun. Köhnə rəqabətləri unudun birləşin" – deyə bildirilir.
AFP xəbər verir ki, bu müddətdə İŞİD-in yanında olacaqlarını və əllərindən gələn köməyi edəcəklərini ifadə edən Şahidullah Şahid İslam Dövlətinə dəstək olmaq üçün, İraq və Suriyada döyüşmələri üçün onlara mücahidlər göndərməyə davam edəcəyiklərini bəyan edib.
Pakistan Talibanının indiyə qədər bölgəyə müxtəlif zamanlarda təxmini 1.000-1.500 döyüşçü göndərdiyi bildirilir.
"Biz İD yardım üçün mücahidləri göndərməyə davam edəcəyik, biz onları tamamilə dəstəkləyirik. Düşünürük ki bu təşkilat islama xidmət edir" - deyə əlavə edib.