ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyə prezidenti Ərdoğana zəng edib və üzr istəyib. Bunu «Associated Press» agentliyi xəbər verir.
Bayden oktyabrın 2-də Harvard Kennedi Məktəbində demişdi ki, xarici yaraqlıların Türkiyə ərazisindən Suriyaya keçməsinə icazə verməkdə Türkiyənin səhv etdiyini Ərdoğan etiraf edib.
Bundan sonra Ərdoğan bildirdi ki, o, Türkiyənin səhv etdiyini heç vaxt deməyib. Onun sözlərinə görə, əksinə, Türkiyə 6 min yaraqlının Suriya ərazisinə keçməsinə imkan verməmişdi.