şənbə günü, 17 oktyabr 2026
     

Azərbaycan qazı İtaliyanı enerji mərkəzinə çevirəcək...

Image


Yeni əsrin ən böyük layihələrindən biri sayılan “Cənub Qaz Dəhlizi”nin mümkün qədər tez reallaşması bu gün Qərb dünyasının xüsusi diqqət mərkəzində yer alır. Əslində, layihənin başa çatması istiqamətində mühüm addımlar atılıb. Onun əsas tərkib hissələrindən biri sayılan TANAP artıq işə salınıb. TANAP-ın qoşulacağı TAP kəmərinin də böyük hissəsi tamamlanıb.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan bu boru kəmərinin dəniz hissəsinin inşası üzrə də tikinti işlərinə başlanıb. TAP-ın icraçı direktoru Luka Sşieppati bu xüsusda bildirib: “Bu, TAP layihəsinin başa çatdırılması və 2020-ci ildə istifadəyə verilməsi istiqamətində daha bir önəmli mərhələdir. TAP hazırda Avropada həyata keçirilən ən strateji və mühüm infrastruktur layihələrindən biridir. TAP yeni qaz mənbələri təqdim etməklə regionda enerji təchizatının təhlükəsizliyini artırır. Ümumiyyətlə, layihənin 80 faizdən çoxu tamamlanıb”.

TAP-ın layihə meneceri Con Haynes isə bildirib ki, boru kəmərinin dəniz hissəsinin inşasına Albaniyada başlanıb və bu, həmin ölkədə miqyasına və böyüklüyünə görə ilk mühəndislik işidir: “Polad borular dənizin altında ən müasir gəmilərlə qaynaq olunacaq. Qaynaq işlərindən sonra sınaqlar keçiriləcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək. TAP Albaniyadakı ən böyük xarici investisiyalardan biri olmaqla yanaşı, ölkənin ən mühüm enerji layihələrindəndir”. Onu da bildirək ki, TAP-ın podratçısı İtaliyanın “Saipem” şirkəti dənizdəki tikinti işləri üçün təxminən 10 gəmidən istifadə edəcək.

Qeyd edək ki, TAP-ın Yunanıstandan keçəcək 550 kilometrlik hissəsində də artıq son tamamlama işləri görürülr. Yunanıstan və Albaniya ilə yanaşı, İtaliyada da bu kəmərin böyük bir hissəsinin inşası başa çatıb. Amma son məlumatlar göstərir ki, İtaliyada hələ də bu xüsusda müəyyən problemlər qalmaqda davam edir.

Məsələ burasındadır ki, İtaliya hökumətinin TAP layihəsinə münasibətdə qeyri-müəyyən mövqeyi yay fasiləsindən sonra tikinti işlərinin başlanmasını ləngidir. Bunu “İnterfax Natural Gas Daily” agentliyinə TAP şirkətinin adının açıqlanmasını istəməyən nümayəndəsi deyib. Mənbə bildirib ki, TAP Romadan tikintinin bloklanmayacağına dair hökumət səviyyəsində təsdiq gözləyir. İşlər Apuliya yarımadasında turizm mövsümünün pik dövrü ilə əlaqədar yaranan dörd aylıq fasilədən sonra oktyabrın 1-də başlamalı idi, lakin şirkət hökumətdən cavab ala bilmədiyinə görə işlərin başlanması ləngiyir: “Bizə İtaliyanın İqtisadi inkişaf Nazirliyinin qeyri-rəsmi bəyanatının rəsmi təsdiqi lazımdır ki, işləri bərpa edəndən sonra yenidən dayandırılmayacağına əmin olaq”.

Xatırladaq ki, İtaliyanın Rusiyameylli “Şimal Liqası” və “5 Ulduz” hərəkatı tərəfindən formalaşdırılmış koalision hökumətində TAP layihəsinə dair vahid mövqe yoxdur. Bundan əvvəl qaz kəmərinə qarşı çıxan “Şimal Liqası” mövqeyini yumşaldıb, amma “5 Ulduz” hərəkatı tikintinin qadağan olunması üçün əsas axtarmaqda davam edir. Bu hərəkat müxalifətdə olanda TAP kəmərinə qarşı ekoloji amilləri bəhanə edərək tez-tez etiraz aksiyaları, hətta diversiyalar təşkil edirdi. “5 Ulduz” hərəkatının energetika proqramlarının koordinatoru Canni Cirotto məsələ ilə bağlı “İnterfaks”a bildirib: “Mən hesab etmirəm ki, layihəni davam etdirməyə qeyri-rəsmi icazə olacaq”. Belə olan halda TAP şirkəti hakimiyyətin hər hansı qarantiyası olmadan tikinti işlərini başlamağa məcbur olacaq.  Amma bu halda İtaliyanın böyük miqdarda cərimə ödəməsi də qaçılmazdır. Digər tərəfdən Avropa ölkələri, eləcə də ABŞ-ın TAP-ın tamamlanması üçün İtaliya üzərində böyük təzyiqləri var. Hətta məlumdur ki, ABŞ prezidenti Donald Tramp İtaliya hökümətindən TAP layihəsinin başa çatdırılmasını istəyib. O, İtaliyanın baş naziri Cüzeppe Konte ilə görüşündə TAP-ın başa çatdırılmasının vacib olduğunu bildirib. Romanın buna sona qədər müqavimət göstərməsi mümkünsüzdür. Yunanıstanın Xəzər regionu üzrə eksperti Marika Karayianni isə bildirir ki, əslində, TAP  layihəsi İtaliya üçün çox faydalı olacaq. Onun sözlərinə görə, İtaliyanın qazpaylama şəbəkəsinin genişləndirilməsi "Cənub Qaz Dəhlizi"nin proqramında yer alır və bu, "Şahdəniz" yatağından hasil olunan qazın gələcəkdə İtaliyadan Mərkəzi və Qərbi Avropaya nəql olunmasına imkan yaradacaq: "Bunun nəticəsində İtaliya terminalları ilə birlikdə özü də enerji mərkəzinə çevriləcək". Karayianni əlavə edib ki, Yunanıstan və İtaliya dost ölkədir və hər iki ölkə Avropa İttifaqının üzvü olduğundan, enerji məsələlərində sıx əməkdaşlıq edirlər. Bu səbəbdən o, İtaliyada TAP-ın reallaşmasına qarşı hərəkətlərin nəticəsiz olacağını bildirir.

Bir daha xatırladaq ki, TAP Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Son nöqtəsi İtaliyanın Puqlia bölgəsi olan TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Ekspertlər isə diqqəti ona çəkir ki, TAP-dan fərqli olaraq, İtaliyanın Rusiyadan qaz alışını həyata keçirməsi hələ qeyri-realdır. Xatırladaq ki, İtaliyanın baş naziri Cüzeppe Konte ilə keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin Romanın “Türk axını” qaz boru kəməri layihəsinə daxil olma imkanını qiymətləndirdiyini açıqlayıb: "Bu, Bolqarıstan üzərindən ola bilər. Hətta Serbiya, Macarıstan və ya Yunanıstan üzərindən də ola bilər". Amma məsələ burasındadır ki, Moskva “Cənub axını” layihəsi hadisəsinin təkrarlanmaması məqsədilə Avropa İtifaqı və digər ölkələrin “Türk axını” layihəsində iştirakının yalnız təminat verildiyi təqdirdə mümkün olduğunu vurğulayıb. Avropa isə belə təminat vermir və bu fonda İtaliyanın “Türk axını”na qoşulması sual altındadır. Məhz bu səbəbdən Romanın TAP-dan başqa seçim imkanı olmadığı vurğulanır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ